Şabranlılar 9 oktyabrda ölkəmizdə inkişaf və sabitliyin qarantına səs verəcəklər
21.09.2013 [09:56]
YAP Şabran rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Pirəbədil və Qorğan kəndlərində seçicilərlə görüşlər keçirilib. Tədbiri giriş sözü ilə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq ölkədə ötən dövr ərzində əldə olunan uğurlar barəsində tədbir iştirakçılarına məlumat verib. YAP Şabran rayon təşkilatının sədri qeyd edib ki, ötən dövrlər ərzində Azərbaycan sözün əsl mənasında uğurlu inkişaf yolu keçərək regionun liderinə çevrilib: “Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb oldu. Amma neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı, regionların, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə ÜDM-in, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib. Bütün bunlar isə Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyini gücləndirir, ölkəmizin beynəlxalq iqtisadi nüfuzunu artıran əhəmiyyətli faktor qismində çıxış edir”.
O, deyib ki, praqmatik iqtisadi inkişaf strategiyası bu sektorla bilavasitə əlaqəsi olan digər sahələrin də intensiv tərəqqisini təmin edib: “Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ön yeri tutmaqla inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Ölkə iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında 46-cı yerdədir. Biz bu uğurları görür və ölkə başçısı cənab İlham Əliyevi dəstəkləyirik”.
Tədbirdə çıxış edən millət vəkili Tahir Süleymanov qeyd edib ki, bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır: “Ölkəmizdə artıq yeni mərhələ başlayıb və dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın, proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. Əsas məqsəd ölkənin qüdrətini daha da artırmaq, sosial rifahı yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirməkdir. Əsası Ümummilli lider tərəfindən qoyulan kənd təsərrüfatına dövlət qayğısını Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, 2003-cü ilin noyabr ayında Prezident İlham Əliyev aqrar bölmədə islahatların ikinci mərhələsini həyata keçirmək üçün Sərəncam və xüsusi tapşırıqlar verdi. Aqrar sahədə emal müəssisələrinin yaradılmasını və inkişaf etdirilməsini, fermerlərin maddi-texniki bazasının gücləndirilməsini, xidmət servislərinin yaradılmasını, toxumçuluq bazasının və bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsini bir vəzifə kimi qarşıya qoydu. Ölkə başçısının 2004-cü ilin əvvəlində imzaladığı “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” buna əyani sübutdur. İlham Əliyev ölkəmizin uğurlu gələcəyini regionların inkişafı ilə bağlayır. Hazırda kənd təsərrüfatında dövlət siyasətinin başlıca məqsədi kənd əhalisinin maddi rifahının və sosial-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Aqrar sahədə taxılçılığın, pambıqçılığın, meyvəçiliyin, üzümçülüyün, çayçılığın, heyvandarlığın və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qarşıya məqsəd qoyulmuşdur. Bunun davamı olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edildi. Ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi olduğu üçün bütün ölkələrdə kənd təsərrüfatı istehsalı xüsusi əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanların əsasında Azərbaycan sürətlə və uğurla inkişaf edir”.
Daha sonra çıxış edən professor Nizami Xudiyev qeyd edib ki, dövlətin elmin problemlərinə xüsusi diqqətlə yanaşması həm də respublikamızın ötən müddət ərzində geniş maliyyə imkanları qazanması ilə şərtlənir: “Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Eyni zamanda, neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin həlli məsələsini aktuallaşdırır. Milli iqtisadiyyatın yüksək dinamizmlə inkişafı elmin müasirləşdirilməsi məqsədinə yönəlmiş dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır. Azərbaycanın dövlət büdcəsində elmə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Bu uğurlu və sistemli intibahın davamlı olması üçün hamımız 9 oktyabrda cənab Prezidentimizə səs verməliyik”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

