Qaçqın və məcburi köçkün rayonların əhalisi Prezident İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:42]
YAP Zəngilan rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyinin Mədəniyyət Evində keçirilib.
Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov bildirib ki, oktyabrın 9-da ölkəmizdə mühüm bir siyasi hadisə-prezident seçkiləri günüdür. Ə.Hüseynov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, bildirib ki, bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosialyönümlü tədbirlər, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi azalıb, çadır şəhərcikləri ləğv edilib. Azərbaycan hakimiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yüksəldilməsinə daim qayğı göstərir, onların yaşayış şəraitlərinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirir: “Ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan edən Azərbaycan Prezidenti verdiyi vədi artıq yerinə yetirib. Bu müddətdə qaçqın və məcburi köçkünlərin işlə təmin olunmaları və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi sənədlərin qüvvəyə minməsi sosial sahədə böyük irəliləyişə səbəb olub. Pensiya sisteminin təkmilləşdirilməsi, fərdi uçot sisteminin tətbiq olunması bu sahədə müsbət dinamika ilə müşahidə olunmaqdadır. Mən əminəm ki, Zəngilan seçiciləri də bu inkişafın, bu irəliləyişin davamına-Prezident İlham Əliyevə səs verəcəklər”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov bildirib ki, bu gün ölkəmizdə aparılan iqtisadi-sosial siyasət vətəndaşlarımızın, əsasən də aztəminatlı vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi, gəlirlərinin artmasında mühüm əhəmiyyətli rol oynayıb. Dövlətimizin mütəmadi olaraq əldə olunan gəlirlərdən müharibə iştirakçılarının, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atdığını diqqətə çatdıran millət vəkili Prezident İlham Əliyevin öz ata-baba yurdlarından qaçqın düşmüş, yurd-yuvalarından didərgin olmuş insanların müvəqqəti yaşaması üçün normal şəraitin yaradılması məsələsinə hər zaman xüsusi diqqət nümayiş etdirdiyini önə çəkib: “Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, Dövlət Proqramı qəbul edilib. Prezident İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərlə görüşlər keçirir, onların mənzil şəraitinin yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirir. Bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün qaçqınlar və məcburi köçkünlər müasir standartlara cavab verən yaşayış yerləri ilə təmin olunub və onların yaşamağa məcbur olduqları çadır şəhərcikləri tamamilə ləğv edilib. Mən əminəm ki, hər zaman dövlətçiliyə sadiqlik nümayiş etdirən Zəngilan camaatı oktyabrın 9-da Azərbaycanın Prezidenti olmağa ən layiqli namizədə-möhtərəm İlham Əliyevə səs verəcək”.
Daha sonra çıxış edən Zəngilan sakinləri Həsən Bədəlov, Famil Cabbarov, Aysel Quliyeva, Ənvər Məmmədov da ölkədə aparılan sosial-iqtisadi siyasətdən razılıq ifadə ediblər. Seçicilər təqaüdlərin və maaşların artırılmasını təqdir ediblər və bildiriblər ki, onlar ölkəmizdə mütərəqqi gələcəyə aparan siyasi kursa - Ulu öndər Heydər Əliyev siyasi kursuna və bu siyasi kursu layiqli şəkildə həyata keçirən Prezident İlham Əliyevə səs verəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

