Xankəndi media forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək
25.07.2025 [23:18]
İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb. Dövlət başçımızın Forumda çıxışı, media nümayənədləri tərəfindən verilən sualları cavablandırması həm regional, həm də qlobal miqyasda davam edən siyasi, iqtisadi və ekoloji gündəmində yeni mərhələ idi. Yüksək səviyyəli tədbirin təşkilati əhəmiyyəti, eləcə də Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasında medianın rolu forumun əsas mövzularından idi. Forumda vurğulanan prioritetlər - yaşıl gündəlik, enerji tranziti, Zəngəzur dəhlizi, regionda sülh müqaviləsinin imzalanması, beynəlxalq əməkdaşlıqlar - hamısı Azərbaycanın qarşısında duran strateji hədəfləri açıq şəkildə ortaya qoyur. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı növbəti dəfə açıq şəkilfə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Azərbaycanın həm Avropa, həm də İslam dünyası ilə paralel əlaqələr saxlaması onu unikallıq baxımından geosiyasi körpü statusuna yüksəldir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də qlobal təşəbbüslərin yerli reallaşdırılması üçün mühüm platformadır.
Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq sistemdə təkcə iştirakçı deyil, təşəbbüskar və formalaşdırıcı aktor statusunu nümayiş etdirdi. Bu Forum yalnız medianın gələcəyi ilə bağlı qlobal müzakirə platforması deyil, həm də Azərbaycanın artan yumşaq gücünün ifadəsidir.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, dövlətin media siyasətinə baxışlarını, regionun geosiyasi reallıqlarını, mövcud reallıqlar fonunda informasiya təhlükəsizliyinin əhəmiyyətini və Azərbaycanın qlobal media sahəsindəki rolunu əks etdirdi. Azərbaycan bu gün təkcə regional deyil, qitələrarası fikir mübadiləsinin, enerji təhlükəsizliyinin və sülh təşəbbüslərinin yeni mərkəzinə çevrilir. Bu Forum isə həmin transformasiyanın, sadəcə başlanğıcı deyil, artıq gerçəkləşən strategiyanın qlobal təqdimatıdır.
III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib. Bu forum göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məşləhətçisi
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

