Ağstafa seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyirlər
18.09.2013 [10:47]
Rayonun Köhnəqışlaq, Tatlı, Göycəli kəndlərində seçicilərlə görüşlər keçirilib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Köhnəqışlaq, Tatlı, Göycəli kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. Bildirilib ki, ölkəmizdə azad, şəffaf və ədalətli seçkilər keçirilir. YAP-ın ümumxalq partiyası olduğunu diqqətə çatdıran R.Tatarov deyib ki, cənab İlham Əliyevin son 10 ildə apardığı uğurlu siyasi kurs Azərbaycanın qüdrətlənməsinə, vətəndaşların sosial rifah halının yüksəlməsinə, bununla yanaşı, dövlətimizin beynəlxalq arenada daha yüksək səviyyədə tanınmasına yol açıb. YAP rayon təşkilatının sədri deyib ki, Azərbaycan dövəlti və Azərbaycan Prezidenti qarşıdakı illərdə əldə olunan bu uğurların davamının gətirilməsi istiqamətində yüksək qətiyyətlə səy göstərir. Bunun üçün seçicilər oktyabrın 9-da seçki məntəqələrinə gedib ölkəmizin gələcək inkişafına-YAP-ın namizədi cənab İlham Əliyevə səs verməlidir: “Bu gün Azərbaycan quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə səfərdə olması, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməsi, insanların problemləri ilə yaxından tanış olması qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə həyata keçirilməsinə stimul olmaqla yanaşı, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Bu, eyni zamanda, onun təsdiqidir ki, dövlətin siyasətində vətəndaş amili ön yerdə dayanır. Təkcə ötən il Prezident İlham Əliyev 30 dəfədən çox regionlarda səfərdə olub, 130-dan çox obyektin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Mən bu mənada Ağstafa rayonunda görülən işləri misal göstərə bilərəm. Son dövrdə rayonumuza olan diqqət rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab Prezidentimizin rayonumuza səfəri zamanı yeni infrastrukturların açılışı, yeni iş yerlərinin yaradılması, əhalinin rifahıının yüksəlməsi yönündə görülən işlər bu gün hər bir ağstafalı üçün işıqlı gələcəyə böyük inam ifadə edir”.
Çıxış edən Gəncə Dövlət Universitetinin professoru Mahal Qurbanov bildirib ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir.
Daha sonra çıxış edən Gəncə Dövlət Universitetinin professoru Telman Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” imzaladığı tarixi Fərmandan söz açıb. Bildirilib ki, bu fərman ölkədə reallaşdırılan ən əhəmiyyətli sosial layihələrdən biri kimi dövlətin sosialyönümlü və vətəndaşların maraqlarını özündə birləşdirən siyasətin həyata keçirildiyini və çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna, həmçinin ölkə iqtisadiyyatının daha da aktivləşməsinə birbaşa təsir göstərəcək siyasi iradəni ortaya qoyub.
Çıxış edən şairə Cığatel Qasımova ölkəmizdə yaradıcı insanlara göstərilən diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin Azərbaycanın təbliğ olunmasındakı rolundan söz açan C.Qasımova bildirib ki, məhz ölkə başçısının səyi və apardığı siyasi kurs Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyada tanınmasına yol açıb. O da, digər natiqlər kimi seçiciləri oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Çıxış edən kənd ağsaqqaları Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

