/ / ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi ciddi geosiyasi və simvolik siyasi məna daşıyır
ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi ciddi geosiyasi və simvolik siyasi məna daşıyır
09.07.2025 [17:36]
Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə – İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edərək, Azərbaycanın suveren ərazilərinin beynəlxalq arenada tanınmasının daha bir göstəricisinə çevrildi. Son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qarabağ bölgəsi yalnız müasir infrastrukturla deyil, həm də diplomatik və iqtisadi imkanları ilə diqqət mərkəzinə çevrilib. Artıq Bakı ilə yanaşı, azad edilmiş ərazilərimiz də beynəlxalq tədbirlər üçün ideal məkan kimi tanınır.
Prezident İlham Əliyevin 3 iyul 2025-ci il tarixində Qarabağa səfəri çərçivəsində Xankəndidə və ətraf bölgələrdə bir sıra mühüm tədbirlər keçirildi. Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışında, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Həmçinin, Xankəndi Biznes Mərkəzinin və Konqres Mərkəzinin açılışları, eləcə də Xankəndi–Şuşa kanat yolunun inşası üçün müəyyən edilmiş əraziyə baxış keçirildi. Bu tədbirlər Qarabağın gələcək inkişaf konsepsiyasının mühüm mərhələsini təşkil edir.Xankəndidə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən birgə ziyarət edilən "Businesstex JV" tikiş fabriki isə Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın simvoluna çevrilib. Bu müəssisənin yaradılması iki ölkə rəhbərlərinin tapşırığına əsasən həyata keçirilib və həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Yüngül sənaye sahəsində yeni imkanlar yaradan bu layihə eyni zamanda qardaş dövlətlər arasında tərəfdaşlıq münasibətlərinin davamlı inkişafını nümayiş etdirir. Bu günlərdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü həm simvolik, həm də strateji baxımdan son dərəcə əlamətdar bir hadisədir. Xankəndi kimi Azərbaycanın yenidən nəzarətini bərpa etdiyi bir şəhərdə belə mötəbər beynəlxalq tədbirin təşkili ölkəmizin postmünaqişə dövründəki uğurlu dövlət quruculuğu və reinteqrasiya siyasətinin birbaşa nəticəsidir. Bu, eyni zamanda, dünya ictimaiyyətinə və xüsusilə də ECO-ya üzv dövlətlərə bir mesajdır: Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, regionda sabitlik və əməkdaşlıq mühitini formalaşdırmaqda qətiyyətlidir. Zirvə görüşü zamanı üzv dövlətlərin qarşılıqlı maraqlara əsaslanan inteqrasiyaya çağırış etmələri qlobal çağırışlar fonunda iqtisadi əməkdaşlığın daha çevik və səmərəli modelinin formalaşdırılması zərurətini ortaya qoyur. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu tədbir, təşkilatın gələcək fəaliyyətində Bakı-Xankəndi platformasının güclənəcəyini və Azərbaycanın rolunun daha da artacağını göstərir. ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə təşkilati və diplomatik uğur deyil, eyni zamanda, son dərəcə ciddi geosiyasi və simvolik siyasi məna daşıyır. Bu hadisə Azərbaycanın 2020-ci il Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri nəticəsində bərpa etdiyi suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının və qəbul olunmasının bariz nümunəsidir. Prezident çıxışında ilk olaraq qeyd etdi ki, Azərbaycan artıq üçüncü dəfədir ki, bu mötəbər tədbirə ev sahibliyi edir. Amma bu dəfəki, ev sahibliyinin xüsusiliyi təkcə coğrafiyada deyil, tarixdədir. Zirvənin Xankəndində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, beynəlxalq təşkilatların bu gerçəkliyini qəbul etdiyini və Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bütün dünyaya əks etdirir. Qarabağda quruculuq və beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. İlham Əliyevin Xankəndidə çıxışı bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi diplomatik və iqlim gündəliyi baxımdan Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji lider ölkədir. Bu Zirvə görüşü göstərdi ki, Azərbaycan artıq postmünaqişə mərhələsini təkcə yenidən qurma ilə deyil, həm də diplomatik fəallıq və beynəlxalq əməkdaşlıqla müşaiət edir. Xankəndindən verilən bu mesajlar təkcə bölgəyə deyil, bütün dünyaya ünvanlanmış çağırış idi. Xankəndidə keçirilmiş ECO Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız ərazilərini deyil, həm də beynəlxalq etimadı və dəstəyi qazanaraq regionda sülh və rifahın əsas memarına çevrilib.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
10 Mart 16:23
İdman
10 Mart 16:18
YAP xəbərləri
10 Mart 16:16
YAP xəbərləri
10 Mart 16:08
YAP xəbərləri
10 Mart 15:28
Dünya
10 Mart 15:25
YAP xəbərləri
10 Mart 14:48
Dünya
10 Mart 14:46
Xəbər lenti
10 Mart 14:11
YAP xəbərləri
10 Mart 13:28
Gündəm
10 Mart 13:26
Gündəm
10 Mart 13:06
Sosial
10 Mart 13:05
Gündəm
10 Mart 13:03
Dünya
10 Mart 12:49
MEDİA
10 Mart 12:34
Elm
10 Mart 12:33
Sosial
10 Mart 12:32
Dünya
10 Mart 12:14
Dünya
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:56
Sosial
10 Mart 11:54
Sosial
10 Mart 11:53
Dünya
10 Mart 11:25
Sosial
10 Mart 11:25
Mədəniyyət
10 Mart 11:19
Dünya
10 Mart 10:40
Dünya
10 Mart 10:39
İqtisadiyyat
10 Mart 10:20
Dünya
10 Mart 10:13
Dünya
10 Mart 09:56
Gündəm
10 Mart 09:36
Sosial
10 Mart 09:23
Dünya
10 Mart 09:22
Dünya
10 Mart 09:10
Dünya
10 Mart 08:45
Sosial
10 Mart 08:24
Dünya
10 Mart 08:19
Dünya
10 Mart 07:50
Mədəniyyət
10 Mart 07:41
Dünya
10 Mart 07:32
Dünya
10 Mart 07:05
Dünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22

