Qardaşlıqdan Alyansa – Türk-İslam geosiyasətinin yeni ritmi
30.05.2025 [19:11]
2025-ci il 28 May tarixində, Azərbaycanın Müstəqillik Günü kimi əzəmətli və simvolik bir gündə, Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü tarixə sadəcə protokol səviyyəsində deyil, yeni qlobal güc mərkəzinin bəyanı kimi daxil oldu. Bu görüş bir daha sübut etdi ki, qardaşlıq artıq emosional münasibət deyil, strateji alyans səviyyəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev bu görüşün rəmzi dəyərini vurğulayarrkən deyib: “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var.” Bu mənəvi və tarixi mənzərə fonunda səslənən siyasi mesajlar, beynəlxalq ictimaiyyət üçün açıq bir xəbərdarlıq idi və regionda artıq söz sahibi başqa bir koordinat sistemi üzrə formalaşır. Bu formalaşma strateji yaxınlıqdan, siyasi dostluqdan təhlükəsizlik alyansına qədər gəlib çatdı. Zirvə görüşündə bir neçə əsas istiqamət üzrə qlobal səviyyəli mesajlar verildi. Ən önəmlisi, üç dövlətin yalnız dostluq deyil, siyasi sinxronluq içində hərəkət edən strateji aktorlar kimi mövqelərini möhkəmləndirməsidir. Cənab Prezident İlham Əliyev bu həqiqəti belə ifadə etdi: “ Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.” 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın göstərdiyi dəstək, yalnız mənəvi deyil, siyasi rasionallıq baxımından da mühüm idi. Bu üçlüyün siyasi gündəmdə sinxronluqla irəliləməsi, qərarvermə platformalarında ortaq mövqelərin təşəkkül tapmasını da labüd edir. Bu da o deməkdir ki, artıq yalnız bəyanat yox, birlikdə iradə var. İƏT formal qurum yox, effektiv əməkdaşlıq platformasıdır. D-8 Azərbaycan üzvlüyü ilə real gücə çevrilmək şansı qazanır. Cənab Prezident İlham Əliyev Zirvə görüşündə iqtisadi diplomatiyanın əsas vektorlarını da açıq şəkildə təqdim etdi. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollar, Pakistan iqtisadiyyatına isə 2 milyard dollara yaxın sərmayə planı, bu əlaqələrin sadəcə ticarət mübadiləsi deyil, iqtisadi inteqrasiya səviyyəsində olduğunu göstərdi: “Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.” Eyni zamanda, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat arteriyaları artıq sadəcə logistik layihələr deyil – geosiyasi güc xətləri kimi fəaliyyət göstərir. Bu xəttin Pakistanla birləşməsi Orta Asiyadan Hind okeanına uzanan ticarət və təsir coğrafiyasının formalaşmasına şərait yaradır. Zirvə iştirakçılarının hərbi əməkdaşlıqla bağlı vurğuları göstərdi ki, bu sahədəki koordinasiya artıq praktik reallıqdır. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimləri, texniki əməkdaşlıq və silahlı qüvvələrin sinxronlaşdırılması regionun sülh qarantına çevrilmişdir: “Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.” Bu o deməkdir ki, üçlük yalnız öz maraqlarını yox, bölgədə balansın, sabitliyin və sülhün himayədarı rolunu da öz üzərinə götürür. Prezident Əliyevin süni intellekt və kosmik texnologiyalarla bağlı çağırışı sadəcə texnoloji ambisiya deyil – bu, gələcəyin yeni güc mənbəyinə açılan qapıdır: “Rəqəmsal innovasiyalar və süni intellekt kimi sahələrdə əməkdaşlığı dərinləşdirməliyik.” Bu strateji baxış onu göstərir ki, Laçında yüksələn səs yalnız bu günün deyil, XXI əsrin nəbzini tuta bilən bir siyasi vizyondur. Azərbaycanın və müttəfiqlərinin süni intellekt, kosmik texnologiyalar, rəqəmsal innovasiyalar sahəsində əməkdaşlıq təşəbbüsü, yalnız inkişaf deyil, bilik üzərində qurulan müstəqil güc anlayışının göstəricisidir: Cənab Prezidentin dediyi kimi; “Biz rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.” Bu o deməkdir ki, Laçın Zirvəsi təkcə keçmişin dərsləri ilə deyil, gələcəyin elmi ilə də silahlanmışdır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

