Türk dünyasının geostrateji mövqeyi
23.05.2025 [17:52]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-rəsmi Zirvə toplantısı növbəti dəfə türk dünyasının geostrateji mövqeyini və siyasi-iqtisadi potensialını nümayiş etdirdi. Zirvə toplantısının TDT tarixində ilk dəfə müşahidəçi ölkədə - Macarıstanda keçirilməsi isə təşkilatın Şərqi Avropa regionunda nüfuzunu, qlobal iqtisadi proseslərdə aktiv gücünü təsdiqlədi.
Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın TDT ölkələri ilə əlaqələrinin inkişafına verdiyi töhfələrə, regional və qlobal transmilli layihələrdə fəal roluna diqqət çəkərək təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyduğunu xatırladıb. Həmin investisiyalar Türkiyədə enerji və kimya sektoruna, eləcə də digər qardaş ölkələrin sənaye, energetika, nəqliyyat sahələrinə yatırılıb. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda da fəal rol oynayır. Ötən ildən başlayaraq respublikamız fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Nəqliyyat infrastrukturunun modernləşdirilməsi açıq dənizlərə çıxışı olmasa da, Azərbaycanı Asiya və Avropa arasında nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib və imkanlar durmadan daha da artır. Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradan Azərbaycan müştərək müəssisələr qurmaqla, Orta Dəhlizin coğrafiyasını ən işlək haba çevirməkdədir. Bu dəhlizin ən axıcı qollarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb ki, bu da, BTQ-nin nəqliyyat xəritəsində strateji əhəmiyyətindən xəbər verir.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verən respublikamız hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işləri də davam etdirir. TDT-nin mühüm prioritetlərindən biri də qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Türk dövlətləri arasında son illərdə qabaqcıl kommunikasiyaların mübadiləsi və artan iqtisadi dinamikadan qaynaqlanan yeni tələbatlar bir çox sahələrdə olduğu kimi, vahid rəqəmsal platformada da koordinasiyanın qurulmasını aktuallaşdırır. Xüsusilə də, üzv ölkələr arasında regional ticarət həcmlərinin davamlı olaraq artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin genişlənməsini təşviq edən yeni ölkələrarası razılaşmaların imzalanması rəqəmsal ticarətin əlaqələndirilməsini zəruri edir. TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi qarşıdakı ilin əsas iqtisadi hədəflərindən biri olacaq.
Bütövlükdə, həyata keçirilən layihələr türk dünyası üçün böyük perspektivlərdən xəbər verir. Şübhəsiz ki, bu istiqamətdə cari ildə ölkəmizdə keçiriləcək TDT Zirvə görüşündə də vacib qərarlar qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

