Macarıstan-Azərbaycan əlaqələri: birgə hədəflər və gələcək perspektivlər
23.05.2025 [19:21]
Azərbaycanın dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur.
Bu zaman diqqəti çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin Macarıstana dövlət səfəri bunları bir daha təsdiq etdi.
Prezident İlham Əliyevin mayın 20-də Macarıstana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla Macarıstan arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir.
Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin əvvəllərindən qurulub. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Göründüyü kimi, Azərbaycan- Macarıstan əlaqələri çox möhkəm təməl üzərində qurulub. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Ölkəmiz bu gün Macarıstanın əsas tərəfdaşlarından biridir. Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq konteksində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. İmzalanmış sənədlər bir daha bunu sübut edir.
Səfər çərçivəsində Prezident İlham Əliyev mayın 20-də Budapeştdə mətbuata verdiyi bəyanatında bildirmişdir ki, biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
Prezident İlham Əliyev Ermənistanla sülh prosesi və regional əməkdaşlıq məsələlərinə toxunmuşdur. Dövlətimizin başçısı bununla bağlı bildirib ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.
Enerji sahəsində əməkdaşlıq görüşün əsas mövzularından biri olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Avropaya, o cümlədən Macarıstana təbii qaz ixracını artırmaq niyyətində olduğunu və Macarıstanın bu prosesdə həm istehlakçı, həm də tranzit ölkə kimi rol oynayacağını bildirmişdir. Bununla yanaşı, Xəzər dənizində külək enerjisi istehsalı və bu enerjinin Qara dənizin altından keçən kabel vasitəsilə Avropaya ötürülməsi layihəsi də müzakirə olunmuşdur.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri və mətbuat qarşısında verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Macarıstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

