/ / Yeni Azərbaycan Partiyasının nümayəndələri Belarusda keçirilən beynəlxalq konfransda iştirak ediblər
Yeni Azərbaycan Partiyasının nümayəndələri Belarusda keçirilən beynəlxalq konfransda iştirak ediblər
20.05.2025 [10:20]
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə Belarusun paytaxtı Minsk şəhərində 16-17 may tarixlərində “Belaya Rus” Partiyasının təşkilatçılığı ilə “Birlik ideologiyası Böyük Qələbənin əsası kimi: keçmişin təcrübəsi və müasir dövrün tələbləri” mövzusunda keçirilən beynəlxalq partiyalararası konfransda iştirak ediblər.
Mayın 16-da konfransın plenar iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü A.Badamov nasizm üzərində qələbənin əldə edilməsində birlik ideologiyasının rolundan və onun gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. O, çıxışında Azərbaycan xalqının İkinci dünya müharibəsi illərində göstərdiyi şücaətdən ətraflı bəhs edib: “Müharibə illərində Azərbaycan xalqı ümumi qələbəmiz naminə səfərbər olundu. Belə ki, müharibəyə gedən 640 min Azərbaycan vətəndaşından 300 mini geri qayıtmadı. Göstərdikləri qəhrəmanlığa görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 min əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmiş, onlardan 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə istehlak etdiyi neftin 70 faizindən çoxunu, benzinin 80 faizini, motor yağlarının 90 faizini verirdilər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur”.
A.Badamov xüsusi vurğulayıb ki, Azərbaycan dövləti və xalqı Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıqların xatirəsini yaşadır və gənc nəslə ötürür: “Ümummilli Liderimiz Heydər Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə hörmət və qayğı ilə yanaşdığı kimi, eyni tendensiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində də görürük. Cənab İlham Əliyev çıxışlarında daim qeyd edir ki, biz yalnız faşizmlə deyil, həmçinin bu ideologiyanın müasir təzahürləri ilə mübarizə aparırıq”.
YAP İdarə Heyətinin üzvü çıxışının sonunda tarixi revanşizmin bütün təzahürlərini aradan qaldırmaq və bu istiqamətdə birgə addımlar atmağın zəruriliyini vurğulayıb.
Həmin gün “Birliyin mənəvi əsasları: Böyük Qələbənin yaxınlaşmasında ənənəvi dinlər və dünyəvi mədəniyyətin rolu” mövzusunda panel sessiyasında çıxış edən YAP Mərkəzi Aparatının əməkdaşı Rəşad Abbaszadə İkinci Dünya müharibəsi ölkənin təkcə siyasi, iqtisadi və maliyyə resurslarını deyil, həm də sosial və mənəvi resurslarını səfərbər etməyi tələb edirdi: “Müharibənin ilk illərində sovet hökuməti tərəfindən din siyasətinin dəyişdirilməsi sosial tərkibinə və inancına görə bu qədər fərqli xalqları ümumi düşmənlə vuruşmaq üçün birləşdirməyə imkan verdi”.
Müharibə illərində xalqımızın göstərdiyi şücaətdən bəhs edərək Azərbaycanın cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü olduğunu vurğulayan R.Abbaszadə ölkəmizdə etnik-mədəni müxtəlifliyi ilə seçilən xalqlar və dinlər arasında münasibətlərin çoxəsrlik ənənələrə, qarşılıqlı hörmət, etimad və əməkdaşlığa əsaslandığını bildirib: “Məlumdur ki, Azərbaycan tarixən ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda, Azərbaycan dövlətinin məqsədyönlü siyasəti sayəsində öz etnik-mədəni xüsusiyyətlərini, inanclarını, həyat tərzini, adət-ənənələrini qoruyub saxlamış müxtəlif xalqların və dini icmaların məskəni olmuşdur. Bu prinsiplərin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan xalqının multikultural dəyərlərinin qorunması siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu prioritet istiqamət ölkəmizdə multikulturalizmin Azərbaycan modelinin inkişaf etdirilməsi və onun azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən birinə çevrilməsidir. Qeyd edək ki, azərbaycançılıq ideologiyasının əsasını məhz vahid Azərbaycan xalqının tarixi, mənəvi və mədəni ənənələrinə söykənən vətəndaş birliyi və vətəndaş kimliyi təşkil edir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının inkişafı istiqamətində atılan uğurlu addımların əsasında həm də azərbaycançılıq ideologiyası və multikultural dəyərlər dayanır”.
Azərbaycanda multikulturalizm, millətlərarası və dinlərarası münasibətlər və dialoq məsələlərinə həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyinə diqqəti çəkən R.Abbaszadə multikulturalizm siyasətini tolerantlıq prinsiplərinə sadiqliyin bariz nümunəsi adlandırıb.
Səfər çərçivəsində YAP nümayəndələri ilə “Belaya Rus” Partiyasının sədri Oleq Romanov arasında keçirilən görüşdə Azərbaycan ilə Belarus arasında mehriban dostluq münasibətləri fonunda partiyalararası əməkdaşlığın inkişafından məmnunluq duyulduğu qeyd edilib.
Mayın 17-də konfrans iştirakçılarının “Xatın” Memorial Kompleksini ziyarəti təşkil olunub. Ziyarət zamanı YAP nümayəndələri müasir dövrdə erməni faşizminin təzahürü olan və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barədə iştirakçılara məlumat veriblər.
Xəbər lenti
Hamısına baxHadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07

