/ / Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir
15.05.2025 [13:47]
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Azərbaycan xalqı yüksək mədəniyyəti və qonaqpərvərliyi ilə tanınır. Azərbaycanlılar dünyanın o xalqlarındandır ki, hər bir mövsümdə qonaq qarşılama mədəniyyətinə malikdir. Ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq Azərbaycan xalqının qanındadır. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Məkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycana səfər etdi. Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İki ölkə rəhbərlərinin geniş tərkibdə görüşü keçirildi. Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi yer tutur. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qalxması deməkdir. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana səfəri zamanı apardığı danışıqlar, əməkdaşlıq və sənədlərin imzalanması onların əhəmiyyətini daha da artırır.
2025-ci il may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Baş katibi To Lam arasında keçirilmiş yüksək səviyyəli görüş, iki ölkə arasında münasibətlərin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həm siyasi bəyanatların məzmunu, həm də imzalanan sənədlərin miqyası göstərdi ki, Azərbaycan–Vyetnam əlaqələri artıq ənənəvi dostluq və diplomatik çərçivəni aşaraq strateji əməkdaşlıq və qlobal səviyyəli həmrəyliyə doğru yönəlir. Daha dəqiqi qlobal çağırışlara ortak cavab və strateji hədəflərə doğru yeni bir yol başlayır. İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət kəsb etmişdir. 18-19 may 2014-cü il tarixlərində Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açmışdır. Bu səfər zamanı iqtisadi, ticarət və mədəni əməkdaşlığı gücləndirən bir sıra sazişlər imzalanmışdır. 13-15 may 2015-ci ildə Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın artmasına töhfə vermişdir. Bu səfərlər nəticəsində siyasi dialoq yüksək səviyyəyə qaldırılmış, iqtisadi və humanitar əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır. Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər, imzalanmış sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müzakirələrin həm məzmun, həm də nəticə baxımından məhsuldar və səmərəli olması, liderimizin diplomatik məharətini və tərəfdaş ölkələrlə münasibətlərə verdiyi strateji önəmi bir daha təsdiqləyir. Siyasi dialoqdan tutmuş iqtisadi, energetika, mədəniyyət, təhsil, müdafiə sənayesi və nəqliyyat sahələrinə qədər geniş spektrdə əməkdaşlıq perspektivlərinin formalaşması, məhz Prezident İlham Əliyevin beynəlxalq əlaqələri dərinləşdirmək istiqamətində atdığı uğurlu addımların təzahürüdür. Ölkə rəhbərləri eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardı və burada da heç bir fikir ayrılığının olmadıqı qeyd olundu. Eyni zamanda iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətinin yüksək dərəcədə ürəkaçan olması vurğulandı. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə də bu dəstəklənmə yüksək qarşılanmışdır. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərilməkdədir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağını daha da artırmışdır. Görüşdə Vyetnamın öz tarixində işğaldan əziyyət çəkdiyi, azadlıq müharibəsi nəticəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğu xatırlanıb. Eyni zamanda, Azərbaycanın da 30 ilə yaxın dövr ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi vurğulanıb. Baş katib To Lam Vyetnamın azadlığı uğrunda mübarizəsində və bu ölkənin birləşməsi prosesindən sonra quruculuq və bərpa işlərində Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycan və Vyetnam arasında münasibətlərin bu günkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki, bu iki ölkə qlobal çağırışlar fonunda dayanıqlı, suveren və strateji tərəfdaşlıq modelini formalaşdırır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət, Cənub-Şərqi Asiyada da yeni dostlar və tərəfdaşlar qazanmaqla nəticələnir. Azərbaycan–Vyetnam münasibətləri yalnız keçmişin tarixi bağlarına əsaslanmır – bu münasibətlər müasir dünyanın ehtiyaclarına uyğun strateji əməkdaşlıq, qlobal sabitlik və ədalətə dəstək, siyasi iradə və iqtisadi praqmatizmin vəhdəti üzərində qurulub. Bu model, qarşıdakı illərdə Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan üçün yeni imkanların və qlobal nüfuzun daha da güclənməsinə zəmin yaradır. Azərbaycan və Vyetnam arasında qurulan diplomatik münasibətlər qısa müddətdə böyük irəliləyiş əldə etmişdir. Yüksək səviyyəli səfərlər, institusional mexanizmlər və mədəni təşəbbüslər bu əlaqələrin davamlı inkişafını təmin edir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyi və hər iki ölkə üçün qarşılıqlı fayda gətirəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

