/ / Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin xeyrinə imzatoplama prosesi uğurla başlayıb
Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin xeyrinə imzatoplama prosesi uğurla başlayıb
14.08.2013 [09:08]
Rayon sakinləri böyük həvəslə cənab İlham Əliyevin namizədliyi üçün öz imzalarını verirlər
Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri kampaniyası çərçivəsində uğurlu fəaliyyət göstərməkdədir. Artıq partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Avqustun 13-dən etibarən isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyinə əsasən tələb olunan imza toplanılması prosesinə başlanıb.
Ümumiyyətlə, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də xalqımıza xidmət edən güclü siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Məhz güclü siyasi təşkilatın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması təsadüfi deyil.
21 illik fəaliyyəti dövründə partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalıdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyanın V qurultayında da qəbul olunmuş qərarlar xalqımızın rəyini, arzu və istəklərini özündə ifadə edir.
Bu mənada qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri də YAP üçün böyük önəm kəsb edir. Xatırladaq ki, yarandığı vaxtdan partiyamız bütün seçkilərdə qələbə qazanıb. Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırki seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb. Qeyd edək ki, dünəndən etibarən YAP rayon və şəhər təşkilatlarında müəyyənləşdirilmiş qaydada partiya fəalları imzatoplama prosesinə başlayıblar.
İmzatoplama prosesi YAP Nərimanov rayon təşkilatı tərəfindən də uğurla həyata keçirilir. Rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, imza toplamaq üçün müəyyənləşdirilmiş şəxslər 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci seçki dairələrində bu prosesi həyata keçirirlər. “Biz təxminən 1000 nəfərə yaxın şəxsdən imza toplamalıyıq. İnanıram ki, bu prosesi tezliklə yekunlaşdıracağıq. Çünki imza toplayacaq şəxslərə müvafiq təlimatlar verilib və onların əksəriyyəti bu işdə təcrübəlidirlər. Fikrimcə, qısa müddətdə bu proses başa çatdırılacaq” - deyə, T.Tağıyev bildirib.
Qeyd edək ki, dünən imzatoplama prosesinə başlayan şəxslər vətəndaşların YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevin xeyrinə böyük məmnuniyyətlə imza verdiklərini bildirdilər. Bu prosesi izləyərkən həqiqətən də, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması üçün insanların öz imzalarını böyük həvəslə verdiklərinin şahidi olduq. Həmsöhbətimiz olan Nərimanov rayon sakini Xalis Osmanov YAP-ın namizədi üçün imza verməsini belə əsaslandırdı: “Mən cənab İlham Əliyevin xeyrinə imza verməyimi özümə borc bilirəm. Çünki məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir, əhalinin rifahı yüksəlir. Ona görə də, YAP-ın nümayəndələri mənə imza vermək üçün müraciət edəndə böyük məmnuniyyətlə qəbul etdim. Mənim ailə üzvlərim də cənab İlham Əliyevin xeyrinə öz imzalarını verirlər”.
Nərimanov rayonunun gənc sakini Nərminə Yunusova da cənab İlham Əliyevin xeyrinə öz imzasını könüllü olaraq verdiyini deyir. Bir gənc olaraq ölkəmizdə gəncliyin inkişafı üçün əhəmiyyətli işlərin görüldüyünü deyən N.Yunusovanın sözlərinə görə, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. “YAP-ın Sədri, dövlət başçısı İlham Əliyev Öz fəaliyyətində daim gənclərə diqqət və qayğı göstərir. Onun həyata keçirdiyi siyasət nəticəsində gəncliyimiz daim inkişaf edir. Mən cənab İlham Əliyevin namizədliyinin xeyrinə imza atmaqla özümün sabahıma imza atmış oluram” - deyə, N.Yunusova qeyd edib.
Ümumiyyətlə, Nərimanov rayonu üzrə imzatoplama prosesinin qısa müddətdə başa çatacağı şübhəsizdir. İnsanların könüllü olaraq, böyük həvəslə cənab İlham Əliyevin namizədliyinin xeyrinə imzalarını verməsi bunu deməyə tam əsas verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

