/ / Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır
Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır
29.04.2025 [17:57]
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan Çin münasibətləri, istər iki tərəfli, istər beynəlxalq əməkdaşlıq, gələcək perspektivlər və s. məsələlərlə bağlı Azərbaycan dövlət başçısının yanaşmaları və mövqeyi dünya ictimaiyyətinə açıqlanıb.
Çin Azərbaycan münasibətlərinin çoxəsrlik tarixi var. Bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olan respublikamız tarixən qədim İpək Yolu üzərində yerləşir və bu yol öz mənbəyini məhz Çindən götürür. Azərbaycanın Çin ilə müasir əlaqələri isə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər bu münasibətlərin daha da inkişafı üçün münbit zəmin yaratmışdır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkələrimiz arasında iqtisadi əlaqələr məhz ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir. Çin tərəfi ŞƏT-də Azərbaycanın hüquqi statusunun artırılmasını dəstəkləyir və onun BRİKS-ə qoşulmaq istəyini alqışlayır. Bu münasibətlər bütün sahələrdə – siyasi, iqtisadi, mədəni və hətta mənəvi sahələrdə özünü göstərir. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Çinin Azərbaycana dost münasibətini görə biləsən. Çin COVID-19 pandemiyası başlayanda Azərbaycana peyvəndlərin çatdırılmasında kömək edən yeganə ölkə olub. Ötən ilin noyabrında Bakıda keçirilən COP29-un işində Çinin nümayəndə heyəti qlobal iqlim təhlükəsizliyi ilə bağlı Azərbaycanın təkliflərini dəstəkləyən ən fəal iştirakçılardan biri olub. Bu gün Azərbaycan – Çin əlaqələri çoxşaxəli struktura malikdir, dövlətlər arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan biridir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələrinədək bir sıra məqamlar var. Yeri gəlmişkən, Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir.
Aprelin 22-24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bu münasibətlərin pik nöqtəsidir. Belə ki, bu anlaşma Azərbaycan – Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Səfər çərçivəsində keçirilən görüşlərin əsas məğzini qarşılıqlı siyasi etimadın daha da gücləndirilməsi, iqtisadi və ticari əlaqələrin yeni mərhələyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi, eləcə də qlobal təşəbbüslər çərçivəsində birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması təşkil edir. Aprelin 23-də liderlər “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayaraq ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişlər. Bu mühüm sənəd Azərbaycan Çin münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi rolunu oynayır. Bəyanatda qarşılıqlı siyasi dəstək, beynəlxalq hüququn prinsiplərinə hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması, eləcə də qorunması kimi fundamental prinsiplər təsbit olunub. Çin Xalq Respublikasının ölkəmizin ərazi bütövlüyünə davamlı dəstəyi, “Vahid Çin” siyasətinə dövlətimizin verdiyi birmənalı və ardıcıl dəstək qarşılıqlı hörmətə əsaslanan münasibətlərin təməlini təşkil edir. Bəyanatda Azərbaycanın Çin tərəfindən irəli sürülmüş “Qlobal Təhlükəsizlik Təşəbbüsü”, “Qlobal İnkişaf Təşəbbüsü” və “Qlobal Sivilizasiyalar Təşəbbüsü”nə dəstək verməsi xüsusilə vurğulanıb. Həmin təşəbbüslər beynəlxalq münasibətlərdə yeni və daha inklüziv yanaşmanın tətbiqini hədəfləyir. Azərbaycan bu çağırışlara özünün çoxtərəfli xarici siyasət doktrinası çərçivəsində müsbət cavab verib, bu da ölkənin qlobal miqyasda etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir. Bu səfər gələcək onilliklər üçün Azərbaycan Çin münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. İki dövlət arasında bir-birinə hörmət və strateji əməkdaşlıq əsasında qurulan münasibətlər beynəlxalq sistemdə sülh, təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu çərçivədə siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsi regional sabitlik və inkişaf üçün mühüm imkanlar yaradır. Bu yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından deyil, həm də Asiya ilə Avropa arasında geostrateji körpünün güclənməsi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

