Yeni Azərbaycan Partiyası növbəti dəfə böyük qələbəyə imza atacaq
27.07.2013 [13:27]
Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri ilə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri ilə görüş keçirilib. Partiyanın Xətai rayon təşkilatında keçirilən görüşdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq və seçki texnologiyalarına əsaslanaraq yerlərdə seçkilərin hazırlanması, keçirilməsi, təbliğat, təşviqat kampaniyasının aparılması, müşahidəçilik, imzatoplama kampaniyası və digər proseslərin həyata keçirilməsinə Yeni Azərbaycan Partiyasının seçki qərargahı, yerlərdə isə partiyanın rayon-şəhər təşkilatlarında yaradılmış seçki qərargahları rəhbərlik edəcək: “Artıq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarında yaradılmış seçki qərargahlarının üzvləri müəyyənləşib, onların siyahıları təqdim olunub. Çalışmışıq ki, o insanlar bu qərargahlara cəlb olunsunlar ki, ilk növbədə, rayon ictimaiyyəti arasında nüfuza və hörmətə malikdirlər, eyni zamanda, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün maksimum gücü ilə çalışacaqlar”.
Seçkilərə 3 aydan da az vaxt qaldığını söyləyən YAP İcra katibinin müavini deyib ki, Azərbaycanda seçki prosedurlarının həyata keçirilməsi üçün 2 ay nəzərdə tutulub. Avqust ayının əvvəllərində artıq seçkilərə start veriləcək: “Bizim seçkilərə hazırlığımız əvvəlcədən nəzərdə tutulmuş plana uyğun olaraq mərhələli şəkildə və uğurla həyata keçirilməkdədir. Artıq bir sıra məsələləri həll etmişik. Məsələn, rayon-şəhər ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüşlərin keçirilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi, onlara treninqlərin keçirilməsi və s. işlər başa çatdırılıb. Yaxın vaxtlarda digər prosedurların həyata keçirilməsinə start veriləcək. O cümlədən, təbliğat və təşviqat kampaniyasının həyata keçirilməsinə indidən hazırlıq aparmaq lazımdır. Yəni, indidən kampaniya çərçivəsində keçiriləcək görüşlərlə bağlı dəqiqləşdirmələr olmalıdır. Yerli seçki qərargahları qanunla qadağan olunmayan və görüşlərin keçirilməsi üçün nəzərdə tutulan yerləri təyin etməli, onların vaxtı müəyyənləşməlidir. Bakının hər bir rayonunda orta hesabla 100 min nəfərdən artıq seçici var. Biz çalışmalıyıq ki, maksimum dərəcədə o seçicilərin böyük əksəriyyəti ilə görüşlər keçirək. Eyni zamanda, təbliğat materiallarının hazırlanması ilə bağlı müvafiq işlər həyata keçirilməlidir. Bu işdə də seçki qərargahlarının üzərinə böyük məsuliyyət düşür”.
Azərbaycanda seçki praktikasının mütəmadi olaraq təkmilləşdiyini deyən Siyavuş Novruzovun sözlərinə görə, YAP 20 ildən artıqdır ki, bu istiqamətdə ciddi işlər həyata keçirir. Partiyamızın seçki sahəsində yüksək təcrübəyə malik olduğunu diqqətə çatdıran YAP İcra katibinin müavini Siyavuş Novruzov əlavə edib ki, YAP üzvləri ayrı-ayrı dövlətlərdə keçirilən seçkilərdə iştirak edir, beynəlxalq təcrübəni öyrənir, əldə olunan biliklər partiyanın seçki praktikasında tətbiq olunur. O, həmçinin, deyib ki, YAP qarşıdan gələn prezident seçkilərini ən müasir standartlara və qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə keçirəcək və növbəti dəfə böyük qələbəyə imza atacaq.
Daha sonra qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin növbəti dəfə qalib gələcəyi heç kəsdə şübhə doğurmur. Görüşdə, son on ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, əldə olunan uğurlardan geniş bəhs edilib. Bildirilib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yüksək zirvələri fəth edir. Hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkəmizin qarşısında yeni hədəflər müəyyənləşdirilir. Bu inam da ifadə olunub ki, Azərbaycan yaxın 10 ildə dünyanın yüksək gəlirli ölkəsinə çevriləcək.
Bu uğurların bələdçisi olan xalqımız cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, Onun ətrafında sıx birləşir. Təbii ki, seçkilərin yüksək səviyyədə keçirilməsi seçici fəallığından çox asılıdır. Seçicilərə xoş əhval-ruhiyyə bəxş edən isə ölkəmizin bugünkü reallıqlarıdır.
Sonra yığıncaq rayon təşkilatlarında görülən hazırlıq işlərinin müzakirəsi ilə davam etdirilib. Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və seçkilərə hazırlığı ilə bağlı ətraflı məlumat verib. O, deyib ki, YAP Nəsimi rayon təşkilatının 25 min üzvü var ki, bunun da 11 min 781 nəfərini qadınlar təşkil edir: “Gənclərin də burada böyük rolu və dəstəyi var. YAP-ın 50 faizini gənclər təşkil edir”.
Sonra YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov deyib ki, rayonda seçkilərə hazırlıq işləri yüksək səviyyədə keçirilir: “Burada 124 məntəqə, 21 nəfərdən ibarət seçki qərargahının üzvü var. Əsas məqsədimiz seçki fəallığını təmin etməkdir. Əgər biz buna nail olsaq, hesab edirəm ki, seçkilərdə böyük qələbə qazanacağıq”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə deyib ki, YAP-ın iştirak etdiyi bütün seçkilərdə qalib gəlməsinin əsas səbəbi Ümummilli lider Heydər Əliyev ideyalarına, siyasətinə sadiqlik və xalqımızın ölkə rəhbəri İlham Əliyevə böyük etimadıdır. Onun sözlərinə görə, YAP mükəmməl seçki texnologiyalarına malikdir və bunu uğurla tətbiq edir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, seçkilərə hazırlıqla bağlı rayonda böyük işlər görülüb: “Bütün seçkilərdə rayonumuz uğurlar qazanıb və hər zaman seçkilərin nəticələrinə görə öndə gedib”.
Sonda YAP İcra katibinin müavini Siyavuş Novruzov qərargah üzvlərinə müvafiq tövsiyə və tapşırıqları verib, bir sıra texniki məsələlərin həlli ilə bağlı öz fikirlərini yığıncaq iştirakçıları ilə bölüşüb.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

