Azərbaycan-Gürcüstan münasibətləri: Strateji tərəfdaşlığın parlaq nümunəsi
21.04.2025 [20:56]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
16 apreldə Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında Prezident İlham Əliyev iki ölkə arasında çoxşaxəli münasibətlərə dair mühüm bəyanatla çıxış edib. Dövlət başçısının fikirləri Azərbaycan-Gürcüstan münasibətlərinin dərin tarixi köklərə söykənərək müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqləyib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, bu münasibətlər bu gün də davam etməkdədir. Tarixi dostluq üzərində qurulan dövlətlərarası əlaqələr hazırda ən yüksək səviyyəyə çatmış və hər iki ölkənin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Siyasi dialoqun müntəzəmliyi, beynəlxalq təşkilatlarda bir-birinə verilən dəstək və qarşılıqlı etimad münasibətlərin təməl sütunlarını təşkil edir.
Dövlətlərarası əməkdaşlığın ən önəmli istiqamətlərindən biri enerji və nəqliyyat sektorudur. Prezident İlham Əliyev Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bu layihələr vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac marşrutu Gürcüstan ərazisindən keçir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və yeni inşa edilən limanlar Orta Dəhliz layihəsinin əsas hissəsini təşkil edir. Bu əməkdaşlıq təkcə region daxilində deyil, qitələrarası ticarətin səmərəliliyinə də mühüm töhfə verir.
Cənubi Qafqaz regionunda sabitliyin və sülhün bərqərar edilməsi Azərbaycan və Gürcüstanın ortaq maraqlarındandır. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Dövlətimizin başçısı bundan sonra Cənubi Qafqazın qara səhifələrinin bağlanacağına və tarixdə qalacağına ümidvar olduğunu qeyd edib. Bu baxımdan, iki ölkə arasında mövcud əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi və humanitar ölçüləri ilə seçilir.
İkitərəfli əlaqələrin inkişafında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyalar və parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. Hazırda Azərbaycan və Gürcüstan arasında 119 hüquqi sənəd imzalanmışdır ki, bu da ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmliyindən xəbər verir.
Prezident İlham Əliyevin Gürcüstana bir dövlət, bir rəsmi və doqquz işgüzar səfəri, bu dost ölkənin dövlət başçısının isə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi tərəflər arasında strateji tərəfdaşlığın və qarşılıqlı hörmətin bariz göstəricisidir. Hər iki dövlət BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin milli maraqlarını daim müdafiə edir. Bu yanaşma qarşılıqlı diplomatik dəstəyin sabit və səmərəli modelini formalaşdırır.
Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyin, davamlı inkişafın və əməkdaşlığın möhkəm dayaqlarından birinə çevrilmişdir. Prezident İlham Əliyevin son bəyanatı bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə dair qəti iradənin nümayişidir. Bu münasibətlər həm Cənubi Qafqazda sülhün təminatına, həm də Avrasiyanın enerji və nəqliyyat xəritəsinin formalaşmasına real töhfə verməkdədir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19

