Akademik Zərifə Əliyevanın anım günü Qaradağ rayonunda qeyd edilib
15.04.2025 [21:20]
Azərbaycan elm tarixinə görkəmli alim, oftalmologiya sahəsində tanınmış mütəxəssis, ictimai-siyasi xadim və fədakar insan kimi düşmüş akadmeik Zərifə xanım Əliyevanın anım günü aprelin 15-də Qaradağ rayonu, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının Lökbatan qəsəbəsində yerləşən poliklinikasında qeyd edilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, poliklinikanın baş həkimi Hüseyn İsrafilzadə və həmin tibb müəssisənin həkim heyəti iştirak ediblər.
Əvvəlcə akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan baş həkim Hüseyn İsrafilzadə bildirib ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycan tarixinə mühüm elmi kəşflərin müəllifi və fədakar alim kimi düşmüş Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılır. Bugünkü tədbirdə vaxtilə akademikin Azərbaycan Dövlət Tibb Universitetində tələbəsi olmuş həkimlərin iştirak etdiyini vurğulayan H.İsrafilzadə onun əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev akademik Zərifə xanım Əliyevanın həyatı və zəngin elmi fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvan torpağının Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi.
YAP rayon təşkilatının sədri qeyd edib ki, Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada yerləşən Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinin inkişafına həsr edib.
Qafar Əliyev vurğulayıb ki, akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Zərifə xanımın zəngin elmi fəaliyyətinə görə çoxsaylı fəxri adlara, elmi titulları və mükafatlara layiq görüldüyünü xatırladan YAP rayon təşkilatının sədri bu adların hər birinin qürur və iftixar mənbəyi olduğunu bildirib. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Çıxışının sonunda YAP-ın Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Zərifə xanım Əliyevanı analar anası adlandırıb.
Tədbirdə çıxış edən poliklinikanın həkimi Pərvin Şirəliyeva Zərifə xanım Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostikanın, qlaukomanın və görmə orqanının iltihabının müalicəsinin xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edən akademik Zərifə Əliyevanın elmi tədqiqatları yalnız kimya və elektronika sənayesinin inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar olub. Zərifə xanım Əliyevanın bu sahənin ilk tədqiqatçısı olduğu, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasının onun tərəfindən araşdırıldığı və bu məqsədlə ilk elmi-tədqiqat laboratoriyası yaratdığını xatırladıb. Bununla da elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyduğunu bildirib.
P.Şirəliyeva qeyd edib ki, bütün bu tədqiqtların nəticəsi olaraq Zərifə xanım Əliyeva 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatın uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyevanın 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini xatırladan P.Şirəliyeva onun, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi olduğunu da qeyd edib.
Sonra tədbir iştirakçıları akademik Zərifə xanım Əliyeva haqqında xatirələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

