Yeni dünya nizamında ölkəmizin eneji siyasəti
14.04.2025 [23:18]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. ADA Universitetində ənənəvi olaraq dünyanın beyin mərkəzlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər də bu baxımdan xüsusi vurğulanmalıdır.
Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev dünyada baş verən müasir siyasi və iqtisadi reallıqlara düzgün və obyektiv qiymət verməklə əsil mənzərəni bir daha təqdim etdi. Dövlət başçısının yerləşdiyimiz regionun və ətraf bölgələrin gələcək inkişafı ilə bağlı uzaqgörən strateji baxışları, habelə qlobal təhlükəsizliklə bağlı optimist düşüncələri maraq doğuran hadisə kimi qarşılanmaqdadır. Cənab Prezident xüsusilə, regionda vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. Burada beynəlxalq miqyaslı iqtisadi layihələr, enerji siyasəti diqqət mərkəzində oldu.
Dövlətimizin başçısı Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, xüsusən də qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu xatırladaraq bildirdi ki, Azərbaycan Cənub Qaz Dəhlizi ailəsinin ən məsuliyyətli və etibarlı üzvü kimi təchizat coğrafiyasını genişləndirməklə Avropada yaranmış enerji sıxıntısını aradan qaldırıb. Respublikamız öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşaraq ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir. Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, bunlardan 10-u Avropa dövlətidir. Bu, yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.
Azərbaycan enerji sektorlarına böyükhəcmli sərmayələr yatırır, nəql infrastrukturlarını müasirləşdirir, yeni innektorların tikintisi üçün xaricdən maliyyə cəlb edir. Enerji istehsalının artması birbaşa Aİ ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirir, yeni nəql və tədarük tələbləri meydana çıxır ki, bunlar da öz növbəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır. Ancaq Avropa sərmayələr məsələsində xəsislik və ya laqeydlik göstərir. Dövlət başçısının çıxışında diqqətçəkən məqamlardan biri məhz bu məsələ ilə bağlı oldu. Cənab Prezident vurğulayıb: “Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir”.
Göründüyü kimi, Azərbaycan heç vaxt enerji amilindən siyasi maraqları üçün istifadə etmir, əksinə, tərəfdaşlıq etdiyi ölkələrə güzəştlər edir, qazın fantastik qiymətlərinin qeydə alındığı vaxtlarda orta və sabit qiymət siyasətinə əsaslanmaqla, Avropa və digər region dövlətlərinə nə qədər səmimi olduğunu isbatlayıb. Eyni zamanda, Avropa İttifaqını gələcəkdə enerji sıxıntılarından xilas etmək üçün liderlik edərək bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanı da Cənub Qaz Dəhlizinə qoşmağa çalışır. Xəzər mənbəyindən Avropaya daha böyük həcmlərdə qaz nəql etməyə, Mərkəzi Asiya-Xəzər regionunda çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmağa çalışır.
Azərbaycan Prezidenti bu haqlı mövqeyi ilə Avropa İttifaqının uzunmüddətli müqavilələrin icrası fonunda şərtlərə əməletmə məsuliyyətini dərk etməyə çağırdı, yeni investisiyaları Avropa banklarının təmin etməli olduğunu anlatdı. Eyni zamanda, iqtisadi-siyasi manipulyasiyaların yolverilməzliyinə diqqət çəkərək vacib mesajlar verdi. Bu fikirlər həm də ona dəlalət edir ki, Azərbaycan məsuliyyətli və öhdəliklərinə sadiq və sabit ölkədir, qarşı tərəf də eyni davranış və məsuliyyətlə addımlar atmalıdır. Necə ki, Azərbaycan enerjinin şaxələnməsində iradə və qətiyyət nümayiş etdirərək Avropanın enerji təhlükəsizliyi problemini həll edir, Aİ də mövcud situasiyalara uyğun olaraq, qəti addılmlar atmalıdır. Eləcə də, “yaşıl enerji”yə böyük sərmayələrin yatırılmasına baxmayaraq, elektrik enerjisi çatışmazlığından əziyyət çəkən Avropa İttifaqı və Avropa Komissiyası iqtisadi mənfəətləri üçün canfəşanlıq etdikləri kimi, digər məsələlərdə də realist olmalıdır. Azərbaycan kimi dayanıqlı və etibarlı təchizatçını, tərəfdaşı layiqli dəyərləndirməlidir, Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməməlidir. Beləliklə, Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq bütün razılaşmalara əməl edir. Bütün tərəflər də eyni mövqe nümayiş etdirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

