Aprel döyüşləri: Tarixi Zəfərimizin başlanğıc nöqtəsi
04.04.2025 [17:38]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərin nəticəsi olaraq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu üç onillik ərzində işğalçı Ermənistanın hərbi birləşmələri zaman-zaman ölkəmizə qarşı müxtəlif hərbi təxribatlar törədirdilər. Bununla işğalçılar danışıqları pozmaq, beləliklə də, işğal faktını sonsuzadək uzatmaq məqsədi güdürdülər. Düşmən belə təxribatlardan birini 2016-cı il aprelin əvvəlində törətdi və layiqli cavabını aldı. Silahlı Qüvvələrimizin qələbəsi ilə başa çatan şanlı Aprel döyüşlərindən artıq doqquz il ötür.
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə işğal edən təcavüzkar Ermənistan öz hərbi birləşmələrinin “yenilməzliyi”, zəbt olunan ərazilərdə yaradılan istehkamların keçilməzliyi barədə miflər uydurmuşdu. Müzəffər Silahlı Qüvvələrimiz 2016-cı il aprelin əvvəlində ön xətdə düşmənin hərbi birləşmələrini ağır məğlubiyyətə uğratmaqla ermənilərin “yenilməz” orduya malik olduqları barədə yaratdıqları mifi darmadağın etdi. Aprel döyüşləri nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam azad edildi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Aprel döyüşlərində düşmənin hərbi birləşmələrinin canlı qüvvə və texnika sarıdan itkilərinin miqyası kifayət qədər böyük idi.
Azərbaycanın düşmən üzərində böyük Qələbəsinin təməli Aprel döyüşlərində qoyuldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel döyüşlərini yüksək dəyərləndirərək “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, - deyə vurğulayıb. Həqiqətən də, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, şanlı hərb səlnaməsinə düşən zəfərdir.
Silahlı Qüvvələrimizin 4 günlük müharibədə parlaq qələbə qazanmasından sonra düşmən dövlət və onun havadarları anladılar ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayacaq və sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, torpaqlarını ordusunun gücü ilə geri qaytaracaq. Təsadüfi deyil ki, Aprel döyüşlərindən sonra Ermənistanda ciddi çaxnaşmalar müşahidə olundu. Məğlubiyyət acısı yaşayan Ermənistan cəmiyyətində işğalçı dövlətin və ordunun rəhbərliyinə ciddi etirazlar baş qaldırdı. Zamanında torpaqlarımızın işğal altına alınmasının “eyforiyasını” yaşayan ermənilər şanlı Aprel döyüşlərindən sonra öz məyusluqlarını açıq şəkildə dilə gətirirdilər. Məhz Aprel döyüşlərindən sonra işğalçı ölkədə hakimiyyət çevrilişi baş verdi.
Aprel döyüşlərindən sonra işğalçı Ermənistanda hakimiyyətə gələn qüvvələr də öz sələflərinin yolu ilə gedərək təcavüzkarlıq siyasətini davam etdirdilər. “Qarabağ Ermənistandır və nöqtə” deyən, “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirən işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və Azərbaycan bunu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını uğurla həyata keçirən Ordumuz Aprel döyüşləri ilə başlayan zəfər salnaməsini Vətən müharibəsində davam etdirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu. Silahlı Qüvvələrimiz 44 günlük müharibədə 300-dən artıq yaşayış məntəqəsini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşa şəhəri, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi geri qaytarıldı. Bundan sonra düşmən tərəf müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu sənədə əsasən, üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan üç rayonu - Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz Azərbaycana təhvil verdi. 2023-cü ilin sentyabrında isə 1 günlük antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejim ləğv edildi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünün və suverenliyinin bərpasına hərbi-siyasi yolla nail oldu. Vətən müharibəsində düşmənə hərbi gücünü göstərən, dəmir yumruqla onun başını əzən Azərbaycan dövləti hazırda işğaldan azad edilən ərazilərdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirir. Artıq bu torpaqlara Böyük Qayıdış prosesi başlayıb. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir!
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

