Azərbaycan-Almaniya münasibətləri yeni mərhələyə qədəm qoyur
03.04.2025 [18:34]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasındakı əlaqələrin perspektivləri barədə mühüm mesajlar verdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya-Azərbaycan münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu səfər əməkdaşlığa daha güclü təkan verəcəkdir. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında siyasi dialoqun mütəmadi olaraq aparıldığını xüsusi vurğuladı. O, ötən ilin aprel ayında Berlində Almaniya Prezidenti ilə görüşdüyünü xatırladaraq, bu dəfə onun dəvəti əsasında Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfər etdiyini bildirdi. Dövlət başçısı bu səfərin ikitərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. İqtisadi əməkdaşlıq məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin cari ilin ilk iki ayında üç dəfə artdığını qeyd etdi. Bu artımın əsas səbəbi Azərbaycanın Almaniyaya ixrac etdiyi xam neftin həcminin artmasıdır. Dövlət başçısı vurğuladı ki, gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində daha fəal addımlar atılmalıdır. Bu kontekstdə, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq geniş imkanlar açır. Cənab Prezident deyib: “Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”. COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi Azərbaycanın bu sahədə qlobal səviyyədə rolunun artdığını göstərir. Prezident İlham Əliyev Almaniya ilə bu sahədə sıx əməkdaşlığın qurulduğunu və COP29-da 197 ölkənin iştirak etdiyini qeyd etdi. Ermənistanın bu beynəlxalq tədbirdə iştirak etməməsi isə anlaşılmazlıq doğurdu. Azərbaycan-Almaniya Prezidentlərinin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin inkişafı oldu.
Prezident İlham Əliyev Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini və bir milyon azərbaycanlının məcburi köçkünə çevrildiyini vurğuladı. Lakin Azərbaycan bu problemi beynəlxalq hüquqa əsaslanaraq özü həll etdi və Qarabağda suverenliyini bərpa etdi. "Biz bu gün tam sülhə nail olmaq üçün Ermənistanla danışıqları davam etdiririk. Bu istiqamətdə artıq müəyyən irəliləyişlər əldə olunub və mövqelərimiz getdikcə yaxınlaşır," – deyə Azərbaycan Prezidenti qeyd etdi. Bununla yanaşı, İlham Əliyev beynəlxalq siyasi vəziyyətə də toxunaraq, Qərb və Rusiya arasında gərginliyin, eləcə də Amerika-Avropa İttifaqı münasibətlərindəki çətinliklərin dünya siyasətinə təsir etdiyini bildirdi. Bu səfər Almaniya Federativ Respublikasının Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyev bu səfərin nəticələrinin iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracağına əmin olduğunu bildirdi. Azərbaycan və Almaniya arasında enerji, ticarət və investisiya sahələrində əməkdaşlıq daha da dərinləşəcək. Hər iki ölkə iqlim dəyişikliklərinə qarşı mübarizə və yaşıl enerji layihələri üzrə birgə fəaliyyətini genişləndirmək niyyətindədir.
Cənab Prezident bəyanatında xüsusu qeyd etdi ki, “Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə-Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”. Bu səfər və aparılan müzakirələr Azərbaycan-Almaniya münasibətlərinin inkişafına yeni bir səhifə açaraq, gələcək əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

