Dünya düzənində baş verən dəyişikliklər fonunda Azərbaycan modeli
18.03.2025 [09:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərini, regional və qlobal dəyişikliklərə uyğun strategiyasını aydın şəkildə nümayiş etdirdi.
Dövlət başçısının vurğuladığı məsələlər, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyini, milli maraqlarını qorumaq üçün həyata keçirdiyi düşünülmüş siyasəti bir daha təsdiqləyir.
Prezident İlham Əliyev müsahibəsində dünya düzənində baş verən dəyişiklikləri realist yanaşma ilə şərh edərək qeyd etdi ki, artıq mövcud dünya nizamı dəyişib. Dövlətlər yeni reallıqlara uyğunlaşmalı, daxili güclərinə əsaslanmalı və beynəlxalq hüququn selektiv tətbiqinə arxalanmamalıdırlar. Azərbaycanın bu istiqamətdə öz modelini yaratdığı və uğurla tətbiq etdiyi xüsusi qeyd edildi.
Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Lakin Azərbaycan post-münaqişə dövründə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verir. Dövlət başçısının vurğuladığı kimi, növbəti hərbi qarşıdurmanın qarşısını almaq üçün davamlı sülh sazişi imzalanmalıdır.
Bu baxımdan, Azərbaycanın strateji yanaşması özünü doğruldur. Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir. Ölkəmiz müharibədən sonra bərpa və quruculuq işlərinə yönəlmiş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələrinə start vermişdir.
Azərbaycan milli maraqlarını təmin etmək üçün heç bir xarici təsisata və ya dövlətə güvənmədən, öz resurslarına əsaslanaraq siyasət yürüdür. Müstəqil siyasətin nəticəsi olaraq, ölkəmiz daxili resursları hesabına ərazi bütövlüyünü təmin edib və öz gələcəyini qurur.
Azərbaycanın iqtisadi inkişafı və enerji strategiyası da müstəqilliyin əsas təminatçılarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, xarici sərmayələrin cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı ölkəmizin dayanıqlı iqtisadi artımını təmin edir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyi əsas məqamlardan biri də qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın uğurlu diplomatik fəaliyyəti oldu. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və praqmatik yanaşma sayəsində ölkəmiz qlobal arenada nüfuzlu aktora çevrilib. Xüsusilə, Azərbaycan xarici siyasətində milli maraqlara əsaslanan müstəqil mövqe nümayiş etdirir və bu, ölkəmizin strateji tərəfdaşlarını artırır.
Ölkəmizin müstəqil siyasəti, regional və beynəlxalq proseslərə çevik və praqmatik yanaşması, iqtisadi inkişafı və strateji diplomatiyası Azərbaycanın güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirir.
Azərbaycanın daxili və xarici siyasətinin uğurlu olması Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyinin nəticəsidir. Dövlət başçısının qətiyyətli mövqeyi və həyata keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, ölkəmizi regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır.
Ziya Paşayev,
YAP İmişli rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20

