Azərbaycan etibarlı tərəfdaşdır
13.03.2025 [16:29]
Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri
Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bugün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkən Şimali Makedoniya da mühüm yer tutur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, humanitar əlaqələr və gələcək perspektivlər haqqında ətraflı məlumat vermişdir. Bu bəyanat iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialını və onun daha da genişləndirilməsi istiqamətində atılan addımları əks etdirir.
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi fonunda ikitərəfli əlaqələr siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə getdikcə genişlənir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və qlobal məsələlərdə ortaq maraqları təşviq edir.
Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biridir. Artıq Azərbaycan təbii qazını Şimali Makedoniyanın bazarına çatdırmışdır və bu, iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətli bir mərhələsidir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrin 10-u Avropa ölkəsidir. Dövlətimizin enerji resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bundan əlavə, Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır ki, bu da gələcəkdə qaz təchizatının artırılmasına şərait yaradır.
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, xalqımız bugün dünya arenasında yüksələn xətlə inkişaf edir. Bu da bizim yeni tərəfdaşlıqlara imza atmağımıza vəsilə olur.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

