Azərbaycan-Şimali Makedoniya: siyasi platformada ortaq dəyərlər və qarşılıqlı maraqlar
13.03.2025 [13:51]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlər son illərdə yeni dinamika qazanmış, xüsusən dövlət başçılarının səyləri nəticəsində bu əlaqələr siyasi, iqtisadi və humanitar sahələr üzrə dərinləşməkdədir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən bəyanatlar bu istiqamətdə mühüm mərhələ hesab oluna bilər.
Dövlət başçılarının bir neçə ay ərzində ikinci dəfə görüşməsi tərəflər arasında siyasi dialoqun nə qədər intensiv olduğunu göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Əməkdaşlığın sadəcə siyasi müstəvidə deyil, iqtisadi və digər sahələrdə də genişləndirilməsi tərəflərin qarşısında duran əsas vəzifələrdən biridir.
İkitərəfli münasibətlər çərçivəsində diqqət çəkən əsas sahələrdən biri enerji sektorudur. Son ayların mühüm nailiyyətlərindən biri də Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkələridir. 2024-cü ildə 25 milyard kubmetrə yaxın qaz ixracı həyata keçirilmişdir. Bu rəqəmlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha sübut edir.
Avropa İttifaqı ilə energetika sahəsində strateji tərəfdaşlıq çərçivəsində imzalanmış sənədlər də bu istiqamətdə əməkdaşlığın davamlı və perspektivli olacağına işarə edir. Belə bir əməkdaşlıq formatı təkcə enerji sahəsi ilə deyil, digər istiqamətlərdə də yeni imkanlara yol açacaq.
İkitərəfli münasibətlərdə humanitar sahənin rolu da mühüm əhəmiyyət daşımır. Prezident İlham Əliyev görüş çərçivəsində bu aspektə də xüsusi diqqət çəkmişdir. Şimali Makedoniya Prezidentinin Azərbaycanın mədəni həyatı ilə tanışlığı və XII Qlobal Bakı Forumunda iştirakı bu sahədə əməkdaşlığın inkişafına təkan verir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Forumun beynəlxalq səviyyədə nüfuz qazanması da Azərbaycanın humanitar diplomatiyasının vacib uğurlarındandır.
Şimali Makedoniya 25 iyun 1995-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. Bu müddət ərzində bir sıra mühüm qarşılıqlı səfərlər baş tutmuş, o cümlədən 2015-2018-ci illərdə Şimali Makedoniya Prezidenti Qeorqe İvanovun Azərbaycana işgüzar səfərləri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisində Şimali Makedoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında 5 hüquqi sənəd imzalanmış, o cümlədən Sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında, eləcə də Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər imzalanaraq qüvvəyə minmişdir.
Hazırda Azərbaycanda 5 Şimali Makedoniya kapitallı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-ü aktiv fəaliyyət göstərir. Tərəflər arasında mövcud hüquqi baza iqtisadi əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradır.
Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Siyasi dialoqun dərinləşməsi, enerji sahəsində konkret layihələrin həyata keçirilməsi və humanitar sferada əməkdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin davamlı inkişafına təkan verir. Dövlət başçılarının görüşləri və bəyanatları isə bu münasibətlərin strateji xarakter daşıdığını göstərir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

