/ / YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib
YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib
07.03.2025 [14:35]
Martın 6-da Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 mart Beynəlxalaq Qadınlar Gününə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov təşkilatın 32 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Bu gün YAP ölkəmizin aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. YAP Sabunçu Rayon Təşkilatı bu 32 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.
Prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Cəfərov çıxış edərək qeyd edib ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdir. Bu gün partiyanın gücü Ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, onun siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. Yarandığı gündən bu günə qədər siyasi sistemimizin lokomativinə çevrilən YAP öz fəaliyyətinin müxtəlif mərhələlərində gələcək Azərbaycan üçün fundamental əsaslar yaratmağı bacardı. Bu təkcə siyasi sistemin yeni milli və demokratik dəyərlər əsasında inşası deyildi, həm də dövlətçiliyimizin inkişafının keyfiyyətcə yeni bir mərhələyə daxil olmasının başlanğıcı idi.
Daha sonra çıxış edənlər Ata Babayev, Pərvanə Əzimova, Mehriban Hacıyeva, Namiq Muradov, Günel Həsənova, Mehin Vəliyeva və digərləri bildirdilər ki, bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti gənclərdir. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.
Tədbirin sonunda YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri Fərman, diplom, yubiley hədiyyələri və partiya sıralarına yeni qəbul olanlara üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

