Azərbaycan - Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib
13.02.2025 [20:09]
Fevralın 13-də Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan - Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) gənc üzvlərinin iştirakı ilə “Çin və Azərbaycan arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası və partiyalararası əlaqələr” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanla Çin arasında çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
R.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verirlər. “Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Eyni zamanda, Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib”, - deyən R.Abbasov Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstəyinin dostluq və etibarlı strateji tərəfdaşlıq nümunəsi olduğunu söyləyib.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ding Tao “Şanxay Əməkdaşlıq Təşkilatı və Çin-Azərbaycan əlaqələri” mövzusunda çıxış edib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri davamlı olaraq inkişaf edir. Ding Tao 2024-cü ilin iyul ayında iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. Diplomat ötən ilin noyabr ayında Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalandığını xatırladaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib: “Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq münasibətlərinə böyük dəyər verir və partiyalar arasında siyasi dialoqu gücləndirmək, müxtəlif səviyyələrdə əlaqələri sıxlaşdırmaq, xalqlarımız arasında dostluğu nəsillər boyu davam etdirmək üçün səy göstərməyə hazırdır”.
Ding Tao qeyd edib ki, 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı ötən dövr ərzində böyük inkişaf yolu keçərək geniş təsir imkanlarına malik təşkilata çevrilib: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşıdır. Çin Azərbaycana bu təşkilat ilə əməkdaşlığı gücləndirməsi üçün dəstək göstərir”.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Onun sözlərinə görə, Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsi ölkələr arasında ikitərəfli münasibətlərin dərinləşməsinə yeni imkanlar yaradır: “Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən olmuş və həyata keçirdiyi irimiqyaslı nəqliyyat-infrastruktur layihələri ilə genişmiqyaslı əməkdaşlıq üçün önəmli imkanlar yaratmışdır”.
S.Xasayeva qeyd edib ki, iki ölkə arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə hərtərəfli əməkdaşlığın əsasını təşkil edir: “Fəal siyasi dialoq nəticəsində bir çox mühüm nailiyyətlər əldə edilib. Bu gün YAP və Çin Kommunist Partiyası arasında münasibətlər də yüksələn xətt üzrə inkişaf edir”.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələr genişlənməyə davam edir: “Bu münasibətlərin vacib aspektlərindən biri də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı sıx əməkdaşlıqdır. Ötən illərdə partiyamızın nümayəndələri Çin Kommunist Partiyasının dəvəti ilə bu ölkəyə səfərlər edib. Bu səfərlər siyasi dialoqun dərinləşməsinə, təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyən olunmasına şərait yaradıb. Ötən ilin noyabr ayında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə partiyamızın nümayəndə heyətinin Çinə səfəri isə xüsusi qeyd edilməlidir. Səfər zamanı imzalanmış Əməkdaşlıq Memorandumunda əksini tapan əsas istiqamətlərdən biri də gənclər arasında əməkdaşlıqdır. Gənclər arasında əməkdaşlığa investisiya qoymaq ölkələrarası uzunmüddətli tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
B.İslamov Azərbaycan və Çin arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün etibarlı zəminin mövcud olduğunu vurğulayıb: “Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın daha da güclənəcəyinə və qarşıdakı illərdə daha böyük uğurlara imza atılacağına inanırıq. Bundan əlavə, hər iki partiyanın gənc üzvlərinin gələcək layihə və təşəbbüslərdə fəal iştirak edərək əməkdaşlığımızın daha da dərinləşməsinə mühüm töhfələr verəcəyinə ümid edirik”.
Tədbirdə, həmçinin Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Se İlin, YAP Gənclər Birliyi sədrinin müavini Fəsli Nəbiyev, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi Yan Şısue və YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina çıxış edərək ölkələrimiz və partiyalarımız arasında əlaqələr haqqında fikirlərini bildiriblər.
Sonda bədii hissə və Çin mədəniyyətinin nümunələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32

