“Azərbaycanın dövlətçilik tarixində gənclərin rolu” mövzusunda tədbir keçirib
03.02.2025 [17:18]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Azərbaycanın dövlətçilik tarixində gənclərin rolu” mövzusunda tədbir keçirib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan gəncliyi üçün MDB məkanında ilk dəfə təsis olunan gənclər gününü hədiyyə etmiş, müasir və müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə kikboksinq üzrə beynəlxalq turnirlərin qalibi, “Azərbaycan Atabəyləri” filmində Şəmsəddin Eldəniz obrazını canlandıran Zabit Səmədov, məşhur televiziya aparıcısı, “Azərbaycan Atabəyləri” filmində Zübeydə Xatun obrazını canlandıran Jalə Həsənli, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, 2 fevral – Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib.
Vurğulanıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etditən Prezident İlham Əliyevin sayəsində ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyi bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Ona görə də Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunu olmuş bir qrup gənc, rayon təşkilatının ictimai-siyasi tədbirlərində aktiv iştirak edən Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatı təltif olunub.
Sonda “Azərbaycan Atabəyləri” filmi nümayiş etdirilib.
***
Həmin gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bədii-əyləncə tədbiri də təşkil edib.
Tədbirin əvvəlində YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov gəncləri təbrik edib. Sonra bədii-əyləncə tədbirinə start verilib.
Tədbirdə 110 nəfər gənc YAP Nizami rayon təşkilatının sosial media işində fəallıqlarına görə təftif olunublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54

