Cənnətə çevrilmiş Qarabağ!
13.01.2025 [17:36]
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən ötən 22 il ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, dünyanın güclü iqtisadiyyatlarından birinə çevrilir. Hazırda Azərbaycan ordusu dünyanın güclü 50 ordusu sırasındadır. Qısa müddətdə belə böyük inkişaf yolu keçmək hər xalqa nəsib olmur.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə uğurla həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazilərimizin və suverenliyimizin tam bərpası idi. Ötən illər ərzində ölkə başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərin kürsülərindən və aparıcı beynəlxalq və yerli televiziya kanallarına müsahibələrində qətiyyətlə bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və dövləti heç zaman öz doğma torpaqlarının işğalı ilə barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Cari ilin yanvar ayının 7-də ölkə Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də gündəmi maraqlandıran bir çox məqamlara aydınlıq gətirmiş oldu. Bu müsahibə, Azərbaycanın hazırkı inkişaf mərhələsi, xarici siyasət prioritetləri, daxili islahatlar və cəmiyyətin gələcək perspektivləri ilə bağlı prezidentin mövqeyini açıqladığı mühüm bir platforma oldu. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.
Hər çıxışında olduğu kimi bu dəfə də Ermənistanın işğalçı siyasətindən bəhs edərək qeyd etdi ki: “Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Deyərdim ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi”. Prezident bəyan etmişdir ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Müharibənin başa çatmasından sonra onun nəticələrinin bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür.
Dövlət başçısı qeyd edib ki, biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışına, on mindən çox köçkünün yaşayış evləri ilə təmin olunmasına nail olmuşuq. Bütövlükdə orada 30 minə yaxın insan yaşayır, müxtəlif vəzifələrdə çalışır. Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı, cəsurluğu ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Vətən Müharibəsində qələbədən sonrakı dövr Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləri ilə, əlamətdar tədbirlər və böyük hadisələrlə yadda qaldı. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız böyük tikinti-quruculuq meydanına çevrildi.
Onu da vurğulamaq yerinə düşər ki, vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev Qarabağ haqqında danışarkən qətiyyətlə demişdir ki, biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...”. Ulu Öndərimizin və xalqımızın bu arzularını Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.
Azərbaycan bütün bu uğurlara Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və prinsipial siyasət nəticəsində nail olub. Qarşıda isə bizi daha böyük uğurlar gözləyir.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

