Nümunəvi inkişaf modeli...
10.01.2025 [15:39]
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri
Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bölgədə sülhün təmin olunması üçün dövlətimizin mövqeyini bir daha bəyan edib.
Cənab Prezident müsahibədə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı da fkirlərini ətraflı şəkildə bildirdi. Dövlətimizin başçısı vurğulayıb ki, yola saldığımız 2024-cü ilin sosial-iqtisadi yekunları olduqca qənaətbəxşdir. Ötən il iqtisadi inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb. Dövlət başçısının qeyd etdiyi kimi bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, öz müsbət təsirlərini göstərməkdədir. Artıq ölkəmizin inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır. Yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitində iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.
Ötən ilin makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlıdır. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Bütün bunların təməlində isə düşünülmüş siyasət dayanır. Məhz bu mükəmməl iqtisadi siyasət xəttinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi əsas prioritetlərdən biri olacaq.
Azərbaycan hökumətinin apardığı iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlər aparıcı beynəlxalq reytinq agentliklərinin ölkəmizə olan münasibətində müsbət dəyişikliklər yaradıb. Beynəlxalq reytinqimiz daha da yaxşılaşdırılıb və daha yüksək səviyyəyə layiqdir.
Azərbaycanın maliyyə vəziyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb, məhz bu potensial hesabına 2024-cü ilin büdcəsi rekord səviyyədə təsdiq edilib və həmin resurslar hesabına bir çox sosial proqramlar icra edilib. Ələlxüsus da Qarabağın bərpası ilə bağlı böyük vəsaitlər səfərbər olunub. Bununla yanaşı, aparılan düzgün maliyyə siyasəti və optimallaşma valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Eyni zamanda, ölkəmizin borc yükü aşağı düşüb, birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 7,2 faizini təşkil edir. Hazırda ümumi daxili məhsulun xarici borca olan nisbətinə görə, Azərbaycan dünyada liderlər sırasındadır.
Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə icrasına başlanılan yeni sosial paketin parametrlərinə də toxunub. Qeyd edib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Ölkəmizin qarşısında Qarabağın bərpası kimi böyük maliyyə xərclərinin dayandığı bir dövrdə bu sahəyə xüsusi diqqət yetirmək dövlətin sosial simasını, mahiyyətini göstərir. Hökumətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artıqca, sosial və iqtisadi inkişafı paralel şəkildə nizamlayaraq əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09

