Lider qətiyyəti
25.12.2024 [17:26]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdir: “Əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müraciətindən 17 il sonra, 2020-ci il 8 noyabt tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində də bu fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum: “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Son dörd ildə görülən işlər sırasına işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması da daxil oldu. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu mühüm məqamı da xüsusi olaraq qeyd etdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Zəfər tarixini yazan Azərbaycan Ordusu 44 gündə düşmənə layiq olduğu yeri göstərdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında dayana biilmədi, hərbi texnikasını, silah-sursatı qoyub qaçdı. Azərbaycan Ordusunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayışından başlayaraq bu günədək keçdiyi yol, maddi-texniki bazasının möhkəmlənməsi, gənclərimizdə torpaq və Vətən sevgisinin aşılanması, eyni zamanda, münaqişənin həllli üçün möhkəm hüquqi bazanın yaradılması Azərbaycanın şanlı Zəfərini, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını şərtləndirdi. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında tarixi Qələbəmizin qəhrəmanları olan şəhidlərimizdən və qazilərimizdən geniş bəhs edur, onların göstərdiyi şücaətin fonunda Azərbaycan gəncliyinin torpağa, Vətənə bağlılığını xüsusi diqqətə çatdırır. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində ölkəmizdə milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Dövlətinin, xalqının gələcəyini düşünən, hər bir vətəndaşının Prezidenti olduğunu real addımları ilə sübut edən Liderə milyonların sevgisi şəksizdir. Xalqımız 44 günlük Vətən müharibəsində, bir günlük antiterror tədbirlərində birliyi ilə necə torpaqlarımızın azad edilməsinə nail oldusa, postmünaqişə dövrünün reallıqlarından olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini də uğurla başa çatdıracaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayaraq möhtəşəm uğurları ilə müstəqillik tariximizin uğur, zəfər səhifələrini zənginləşdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42

