YAP - 32 illik inkişaf yolu
21.11.2024 [13:33]
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının 32 ildə keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən də məhz həmin dövrün reallıqları idi. Belə ki, həmin illərdə Azərbaycanın yaşadıqlarının gələcəyi üçün müsbət heç nə vəd etmədiyini görən, baş verənlərdən böyük narahatlıq hissi keçirən ziyalılarımız Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə bildirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişafı istiqamətləri həm müəyyənlşdirilər, həm də uğurlu addımlar atılar.
Ümummilli Liderin dövlətinə, xalqına bağlılığından irəli gələn müraciətə cavabında Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam ifadə edərək, əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası kimi tanındı. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın inamı böyükdür. YAP Proqramında hədəflərini açıqlayaraq onların həyata keçirilnəsi istiqamətində davamlı addımlar atdı. Bir mühüm məqamı da qeyd edək ki, partiya yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində oldu.
Ümummilli Lider Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşnalıqlarından, bir sözlə, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı həm ölkəmizin, həm də partiyanın qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyev həmin çıxışında bir daha diqqəti partiyanın yaradıldığı dövrün reallıqlarına yönəldərək bu çağırışı səsləndirdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Cənab İlham Əliyev bir daha bu əminliyi böyük qürur hissi il ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanacaq. YAP böyük ənənələri olan partiyadır.
Bu gün yaradılmasının 32 illiyini böyük uğurlarla, zəfərlərlə qeyd edən Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin çağırışları əsasında təsdiqlədiyi yeni Proqramı fəaliyyətinin yol xəritəsidir. Bütün hədəflər bu Proqramda öz əksini tapıb. Hər bir hədəf irəliyə doğru addım, növbəti hədəflərin əsasıdır. Cari ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərə doğru inamla irəliləməyə böyük stimul verir. Qalib xalqın qalib Liderinin prezident seçkilərində inamlı qələbəsi bu hədəflərə yüksək səviyyədə nail olacağımıza, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm uğurları ilə diqqətdə olacağına böyük əsas verir.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12

Dünya
17 Oktyabr 19:51

Gündəm
17 Oktyabr 19:49

Dünya
17 Oktyabr 19:38

YAP xəbərləri
17 Oktyabr 19:10

Dünya
17 Oktyabr 18:34

YAP xəbərləri
17 Oktyabr 18:09

Xəbər lenti
17 Oktyabr 18:04

YAP xəbərləri
17 Oktyabr 17:50
