Yeni dövr yeni çağırışlar deməkdir
26.09.2024 [09:57]
“Azərbaycan dövləti öz inkişafının çox mühüm bir mərhələsindən keçir. 2020-ci il Vətən müharibəsində və 2023-cü il 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələr son 200 illik tariximizin ən parlaq səhifələrini formalaşdırıb. Bu qələbələrlə Azərbaycan dövləti və xalqı öz iradəsini, gücünü bütün dünyaya nümayiş etdirdi. Bu parlaq qələbələr əbədiyyətə qədər xalqımızın qürur mənbəyi olaraq qalacaq. Eyni zamanda, 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yeni reallıqlar yaranıb. Ölkəmiz üçün strateji inkişaf mərhələsi başlayıb. Yeni dövr yeni çağırışlar deməkdir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində hazırkı dövrə qədər əldə edilmiş nəticələri təhlil edərək dəyərləndirib və ölkəmizin, xalqımızın qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu 44 gün ərzində dünya hərb tarixində bir yeniliyə imza atdı. Ön xətdən daim qələbə soraqları gəlirdi, hər gün yeni şəhərlərimiz, kəndlərimiz işğaldan azad olunurdu. Rəsmi İrəvanın təsdiqlədiyi statistikaya əsasən müharibədə Ermənistan tərəfində təxminən 12 min fərari qeydə alınıb. Azərbaycan hərbiçilərinin isə amalı düşmən tapdağında olan ərazilərimizi işğaldan azad etmək idi. Onlar Vətən müharibəsində qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbəmizin əsas şərtidir. Tarixi Qələbəmizi yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”. Uğurlu lokal xarakterli antiterror tədbirlərindən ötən bir ildə tarixi anlara şahidlik etmişik. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Bu gün ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır.
Millət vəkilinin sözlərinə görə, cari ilin əvvəlindən suveren Azərbaycanın həyatında iki mühüm hadisə baş verib. Ölkənin bütün ərazisində fevral ayında Prezident, sentyabr ayında isə parlament seçkiləri baş tutub. Beləliklə, müstəqillik tariximizdə Prezident və parlament seçkiləri ölkənin bütün ərazilərində keçirilməklə çox mühüm bir ilkə imza atıldı. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev “Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, - deyə vurğulayıb.
Prezident İlham Əliyev çıxışında qarşıda dayanan vəzifələrlə bağlı da dəyərli fikirlər səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, əsas vəzifə hərbi gücümüzün artırılmasıdır. Çünki həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Cənab Prezident vurğulayıb: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra xaricdəki müəyyən dairələr ölkəmizə qarşı çirkin planlarını daha da gücləndirməık istəyirlər. Son günlər müxtəlif ölkələrdə qəbul olunan “sənədlər”, verilən bəyanatlar bunu təsdiqləyir. Ona görə də, dövlət başçısının dediyi həmin çirkin planların qarşısını həmişəki kimi almaq üçün əhali arasında ideoloji iş gücləndirilməlidir. Xüsusilə, gənc nəslin milli vətənpərvərlik ruhunda yetiştirilməsi, onların zərərli ideoloji təsirlərə düşməməsi üçün davamlı işlər aparılmalıdır. Millət vəkili olaraq bizlər də cənab Prezidentin bununla bağlı tövsiyələrini fəal surətdə yerinə yetirməliyik.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

