Dinamik inkişaf dövrü
09.09.2024 [16:57]
“Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları mövcuddur. Yüksək səviyyəli əməkdaşlıq ölkələrin dost olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sektordakı əməkdaşlıq iki ölkənin əlaqələrinin daha zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı inam, etimad və maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan-İtaliya münasibətlərində iqtisadi münasibətlər və ticari əməkdaşlıq xüsusi çəkiyə malikdir: “Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və cari il ərzində qeydə alınan qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çoxdur. Ötən il Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar, 2022-ci ildə isə bu rəqəm 18 milyard 122 milyon dollar olub. Eyni zamanda, İtaliya Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycan isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və başqa sahələrdə İtaliyanın 120-yə yaxın şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin qeyri-neft sektorunda 40-dək layihədə podratçı kimi iştirak edirlər. İqtisadi və investisiya göstəriciləri bir daha sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xəttlə inkişaf edir”.
“Azərbaycan-İtaliya münasibətlərinin yüksək inkişafının daha bir göstəricisi də ölkələrin enerji sahəsindəki əməkdaşlığıdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır: “İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, sözügedən sahədə Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir. Xüsusilə də, Azərbaycandan İtaliyayadək uzanan, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi adlanan layihə bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkə Azərbaycandan qaz alır. Məhz bu səbəbdəndir ki, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

