/ / YAP regionun ən güclü və mütəşəkkil partiyası kimi öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir
YAP regionun ən güclü və mütəşəkkil partiyası kimi öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir
07.11.2012 [03:00]
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə Saatlı rayonunda təntənəli tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illik yubileyi Azərbaycanın hər bir bölgəsində silsilə tədbirlərlə qeyd olunur. Belə tədbirlərdən biri də Saatlı rayonunda keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçəklər düzüb, Ümummilli liderimizin xatirəsini ehtiramla yad ediblər.
Yubileylə əlaqədar tədbir iştirakçılarının Ümummilli liderin abidəsi önündən rayon Mədəniyyət Sarayına qədər yürüş mitinqi təşkil edilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov, rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, rayon təşkilatının idarə heyəti, şura üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təntənəli tədbiri YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev açaraq partiyanın yarandığı tarixdən, keçdiyi şərəfli yoldan, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolundan danışıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Ötən 20 ildə YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyət göstərdiyini söyləyən L.Şıxəliyev əlavə edib ki, bu gün də YAP Azərbaycanın və regionun ən güclü və mütəşəkkil partiyası kimi öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir.
Daha sonra çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub və YAP bu 20 ildə öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib. Məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olub, böhran və xaos mərhələsini arxada qoyub. 2003-cü ildə Ulu öndərin çağırışına səs verən, Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, Onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu bu gün inkişaf edən Azərbaycan dövlətinin timsalında öz təsdiqini tapmaqdadır. Təbii ki, bu inkişaf prosesində Azərbaycanın hakim və ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyası daim ön sıralarda yer alır.
Daha sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edib və 20 illik yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın yaranmasını şərtləndirən o dövrün mühüm ictimai-siyasi mənzərəsini təhlil edən Kərim Kərimov deyib ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir ərəfədə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi: “Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə, qurtuluş və tərəqqinin, inkişafın simvoluna çevrilib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi həyatında öz mütərəqqi missiyasına sadiq qalaraq, dövlətimizin və xalqımızın inkişafı naminə vəzifələrini şərəflə yerinə yetirəcək”.
Digər çıxışçılar da YAP-ın keçdiyi inkişaf yoluna nəzər salaraq, bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar. Tədbirin sonunda bir qrup partiya üzvünə YAP rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib, Azərbaycan Respublikasının Prezdenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunub. Tədbir rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı təntənəli bayram konserti ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

