Ölkəmizdə Olimpiya Hərəkatı sürətlə inkişaf edir
16.08.2024 [10:09]
Bu gün özünün beynəlxalq mövqelərini bütün sahələrdə getdikcə möhkəmləndirən müasir Azərbaycan həm də idmanın kütləviliyini təmin edən, bu sahədə peşəkar təşkilatçılıq ənənələrinə sahib olan ölkədir. Artıq uzun illərdir ki, Azərbaycan ən mötəbər idman yarışlarına ev sahibliyi edir, ölkəmizdə Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. ÖlkəPrezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən idman siyasətinin nəticəsi kimi, bu gün Azərbaycan dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib.
Təqdirəlayiq haldır ki, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsətalması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədilə bütün gərəkən tədbirləri həyata keçirirlər. Məhz həmin qurumlar arasındamövcud olan koordinasiyanın, birgə fəaliyyətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarınınvə onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışındaöz əksini tapmışdır.
Dövlətimizin başçısı olimpiyaçılarımızın nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək müqəddəs Bayrağımızı ucaltmışvə bütün xalqı sevindirmişlər. Əlbəttə ki, OlimpiyaOyunları bütün digər idman yarışları arasında xüsusi yertutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır. Buna görə də bütün ölkələr, hər bir idmançıoə oyunlara xüsusi olaraq hazırlaşır. Azərbaycanın istərötən illərdə, istərsə də son Olimpiya Oyunlarındakı uğurları birmənalı olaraq göstərir ki, ölkəmiz güclüidman dövlətidir.
Əlbəttə ki, Paris Olimpiya Oyunlarından danışarkən ilk növbədə qızıl medalçılarımız xüsusi qeyd olunmalıdırlar. Çünki məhz onlar Oyunların ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Paris Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı davamlı olaraq gedir.Son dərəcə diqqətəlayiq bir məqam da budur ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Bütün bunlara baxmayaraq, biz hamımız inanırıq ki, idmançılarımız gələcəkdə daha böyük uğurlara imza atacaqlar. Ən yaxın vaxtlarda artıq yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Dövlət başçımızın dediyi kimi, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq və ilk növbədə uşaq-yeniyetmə idmanına bundan sonra daha çox diqqət göstərməliyik.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

