YAP ötən 20 ildə şərəfli tarix yaşayıb
02.11.2012 [01:06]
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın 20 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Toplantı iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr edilmiş film nümayiş olunub.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. Onun sözlərinə görə, 20 illik tariximizdə ölkəmizin ictimai-siyasi həyatında partiyamız əhəmiyyətli rol oynayıb: “Bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki qələbələrinin hamısı Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Ulu öndər Heydər Əliyevin şərəfli zəhməti nəticəsində əldə edilib. Bu gün qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai həyatında fəaliyyəti olduqca əhəmiyyətlidir”.
Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tədbir iştirakçılarını partiyanın 20 illik yubileyi münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixinin ən mühüm siyasi hadisələri sırasında Yeni Azərbaycan Partiyasının yaradılması önəmli yer tutur. Onun sözlərinə görə, 20 il ərzində ölkəmizin keçdiyi yol, əldə olunan nailiyyətlər, qələbələr, həyatımızın dəyişməsi, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, sözün həqiqi mənasında YAP-ın şərəfli tarixini ifadə edir: “Partiyamızın yaranması 20 il bundan əvvəl Azərbaycanda mövcud olan ağır iqtisadi, siyasi və mənəvi böhrandan irəli gələn obyektiv tarixi zərurət idi. Ölkəmiz müstəqilliyini yenidən əldə etdikdən sonra o zaman hakimiyyətdə olan qüvvələr Azərbaycanı idarə etmək iqtidarında deyildilər. Bu səbəbdən də, bütün sahələrdə ciddi, dərin böhran baş verməklə yanaşı, bütövlükdə Azərbaycanın mövcudluğuna böyük təhlükələr yaranmışdı. İnsanlar bütün bunlardan əziyyət çəkirdilər. Təbii ki, belə olan şəraitdə insanlar bir tərəfdən Azərbaycanın gələcəyini, digər tərəfdən özünün, ailəsinin gələcəyini düşünərək bu vəziyyətdən çıxış yollarını axtarırdılar. Bu axtarışlar Heydər Əliyev şəxsiyyəti üzərində insanların diqqətinin bir daha cəmlənməsinə gətirib çıxardı. YAP-ın yaranmasını şərtləndirən və bir-birinə bağlı olan iki amili vurğulamaq istəyirəm. Birincisi, insanların Heydər Əliyevə olan inamı, Azərbaycanın gələcəyinin Heydər Əliyevin qüdrətində görməsi idi. İkinci amil isə, ölkədə gündən-günə dərinləşən böhranın qarşısını almaq yollarının axtarışlarından ibarət idi. Bu iki amil əsasında da Yeni Azərbaycan Partiyası yarandı”.
Əli Əhmədov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var. Onun sözlərinə görə, ötən 20 il ərzində Azərbaycanın inkişafı ilə paralel olaraq Yeni Azərbaycan Partiyası da inkişaf edib. Belə ki, partiyamızın keçdiyi yolu Azərbaycanın bu illər ərzində keçdiyi yoldan ayrı təsəvvür etmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Əli Əhmədov vurğulayıb ki, böyük şərəfli yol keçmiş partiyamız tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir. “Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Bu gün də Yeni Azərbaycan Partiyası öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, Azərbaycanın bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişafı istiqamətində atılan addımlarda partiyamızın üzvləri fəal şəkildə iştirak edirlər” -deyə, YAP Sədrinin müavini vurğulayıb.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkəyə, bölgəmizin ən güclü dövlətinə çevrilib. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır”, - deyən YAP Sədrinin müavini əlavə edib ki, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə artırıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, vətəndaşların sosial-rifah halında ciddi dəyişikliklər baş verir.
YAP Sədrinin müavini bundan sonra da partiyamızın böyük uğurlar qazanacağına əminliyini ifadə edib.
YAP-ın 600 min nəfərə yaxın üzvü olduğunu deyən Əli Əhmədovun fikrincə, bu sadəcə statistika deyil, insanların Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Qarşıdan prezident seçkilərinin gəldiyini vurğulayan YAP Sədrinin müavini partiyamızın namizədinin ölkə başçısı cənab İlham Əliyevin olduğunu diqqətə çatdırıb.
Əli Əhmədov son illər ölkəmizin bütün bölgələrinin inkişaf etdiyini də bildirib. Bu mənada Qaradağ rayonunda abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən YAP Sədrinin müavini bu inkişafın davamlı olacağını vurğulayıb.
Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə çıxış edərək YAP-ın yaranma tarixinə ekskurs edib. Həmin dövrdə Ulu öndərin rəhbərliyi altında Naxçıvanda çalışdığını xatırladan F.Heydərov o zaman Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən Ümummilli liderimizə müraciətlərin edildiyini qeyd edib. Onun sözlərinə görə, bu müraciətlərdə xalqın və dövlətin problemlərindən danışılır və Ulu öndərdən kömək istənilirdi: “Belə bir şəraitdə bir qrup ziyalı Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlı müraciətlər edirdi. Partiyanın yaranması bu zərurətlərdən irəli gəlirdi və Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqı üzləşdiyi problemlərdən xilas etdi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirir. Bunun nəticəsində ölkəmiz sürətlə inkişaf edir”.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxışında qeyd edib ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlətin yaranması, milli həmrəylik geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsədlər qoyub. Onun sözlərinə görə, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir: “Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatıdır”.
A.Hüseynov 10 min nəfərdən artıq üzvü olan YAP Qaradağ rayon təşkilatının Prezident İlham Əliyevin siyasətinin fəal təbliğatçıları olduğunu vurğulayıb.
YAP-ın gənc üzvü Tünzalə Muradova ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, dövlətimiz gənclərin inkişafı üçün bütün şəraiti yaradıb: “Yeni Azərbaycan Partiyası da gənclərlə bağlı maraqlı layihələr həyata keçirir. Partiyamız öz fəaliyyəti ilə gənclərə güclü dəstək verir. Məhz bu səbəbdən də, YAP sıralarına gənclərin axını güclənir”.
Tədbirin sonunda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub. Həmçinin, bir qrup YAP fəalı fəxri fərmanlar və mükafatlarla təltif edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

