Yeni Azərbaycan Partiyasının Azərbaycanın inkişafında müstəsna xidmətləri var
01.11.2012 [00:43]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə YAP Nərimanov rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Bu çərçivədə növbəti tədbir isə dünən rayon təşkilatının “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası ərazi ilk partiya təşkilatı tərəfindən keçirilib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək partiyanın keçdiyi 20 illik şərəfli yola nəzər salıb. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: “Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının üzvlərinin sayı günbəgün artır. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, ziyalılar, Vətəninə, millətinə bağlı olan şəxslər YAP-da təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafında, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var”.
Təşkilat sədri qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır. T.Tağıyev onu da bildirib ki, “AKKORD” şirkətində YAP üzvlərinin sayı 300 nəfərə yaxındır. Bu, rayon təşkilatının fəal ərazi təşkilatlarından biridir.
Çıxış edən şirkətin nümayəndəsi İlyas Mirzəyev ölkəmizin müstəqillik tarixində YAP-ın müstəsna rolunun olduğunu bildirib. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP Azərbaycanın siyasi mühitinə bir çox yeniliklər gətirdi. Belə ki, YAP-ın yaranması ölkəmizdə sivil mübarizə, demokratiya kimi dəyərləri bərqərar etdi. Partiyanın yaranma zərurətindən geniş danışan İ.Mirzəyev YAP-ın qurucusu Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirdiyini vurğulayıb.
“AKKORD” şirkətinin digər nümayəndəsi Elçin İsayev çıxışında qeyd edib ki, YAP-ın fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının xoş gələcəyini təmin etməkdən ibarətdir: “Bu gün Ümummilli liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var”.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən E.İsayevin sözlərinə görə, inkişaf baxımından dövlətimiz postsovet ölkələri sırasında öndədir. O bildirib ki, hazırda dövətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. “Bizim şirkətimiz də dövlətin verdiyi dəstək sayəsində inkişaf edir. “AKKORD” bir sıra mühüm iqtisadi layihələrlə yanaşı, sosial-humanitar tədbirlər həyata keçirir. Bir neçə ildir ki, şirkətdə ərazi ilk partiya təşkilatı da aktiv fəaliyyət göstərir. Güclü dövlət bizim əsas ideyamızdır” - deyə, E.İsayev vurğulayıb.
Tədbirdə, həmçinin, qeyd olunub ki, “AKKORD”un 5 qat respublika çempionu olan otüstü xokkey komandasının üzvləri 20 illik yubiley ərəfəsində YAP sıralarına qoşulmağa qərar veriblər. Komandanın baş məşqçisi Feyzulla Rəhimbəyov bu niyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin, komandanın nəinki respublika, o cümlədən, Avropa miqyasında qazandığı uğurlar barədə məlumat verib.
Toplantıda, həmçinin, YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

