Ermənistan hakimiyyəti soyqrım faktını etiraf etməlidir
04.06.2024 [11:16]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Xocalıya qayıdış tarixi ədalətin bərpasıdır
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. İlk olaraq soyqırıma uğramış kəndin sakinləri ilə həmsöhbət olan Prezident İlham Əliyev Xocalıdan verdiyi ik mesaj, Ermənistan rəhbərliyinə ünvanlanmışdı. Prezident bildirdi ki, 2024-cü ilin fevralın 26-da Xocalıda xocalılıların iştirakı ilə Xocalı Memorial Kompleksinin təməli qoyuldu: “Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.” Əgər Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərini səmimi qonşuluq, faydalı əməkdaşlıq müstəvisinə keçirməkdə maraqlıdırsa, soyqrım faktını mütləq etiraf etməlidir. Əslində, bunun əldə edilməsi Ermənistan üçün olduqca vacib məsələdir. Sadəcə, burada cəmiyyətin ovqatı, ictimai rəy nəzərə alınmalı amillərdir. Nikol Paşinyan və onun komandası daxili auditoriyanı bu həqiqəti qəbul etməyə hazırlamalıdır. Kənardan baxanda asan görünə bilər, amma, bu, kifayət qədər çətin məsələdir. Ancaq qaçılması mümkün olmayan, gec-tez baş verəcək hadisədir. İrəvan bu gün olduğu kimi, sabah da bu reallığı qəbul etmək zərurəti ilə üz-üzə qalacaq. Onlar bu addımı nə qədər tez atsalar, bir o qədər irəli düşərlər. Ölkəmizin başçısı bildirib ki, mən həmişə soyqırımı qurbanlarının xatirəsinə Xocalı memorial kompleksinin yaradılmasını istəmişəm. Prezident İlham Əliyev Bakıda «Ana fəryadı» abidəsi yanında bu məqsədlə yer seçildiyini, hətta layihə hazırlandığını da söyləyib: “Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu memorial kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik.” Bu hadisənin mayın 28-də baş verməsi həm də Prezident İlham Əliyevin tarixi günlərimizə necə həssaslıqla yanaşmasının və bunu xoş ənənəyə çevirməsinin bariz nümunəsidir. Elə xocalılarla görüş zamanı dövlət başçımızın “bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil” deməsi də bu məqamdan xəbər verirdi. O, xatırlatdı ki, son iki ildə Ağalıya və Laçına da sakinlərin qayıdışı məhz Müstəqillik Günündə və ərəfəsində baş tutub. “Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir”, – deyə İlham Əliyev vurğulayıb.
Bu, həm də kövrək, qürurlu anların təntənəsi idi. Çünki xocalıların evlərinə qayıtması dövlətimiz və xalqımız üçün tamamilə başqa məna kəsb edir. Xocalı sakinləri ilə birlikdə şəhəri gəzərkən dövlət başçımızın Qarabağdakı separatçı rejimin hələ sovet illərində azərbaycanlıların başına gətirdikləri bütün müsibətləri yada salması çox maraqlı anlar idi. İndiki gəncliyin bunu anlaması üçün bu kadrlara dəfələrlə baxması və deyilənləri dərk etməsi lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

