/ / Qaradağ rayonunda “Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi praktiki konfrans keçirildi
Qaradağ rayonunda “Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi praktiki konfrans keçirildi
22.05.2024 [20:20]
22 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı, Müşfiqabad qəsəbəsində yerləşən E.Şirəliyev adına 274 №-li tam orta məktəb və 320 №-li tam orta məktəbin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi praktiki konfrans keçirildi.
Konfransda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, E. Şirəliyev adına 274 №-li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev və Bakı şəhəri 320 №-li tam orta məktəbin direktoru Sevinc Niftiyeva, eyni zamanda hər iki məktəbin pedoqoji kollektivi və qəsəbənin fəal partiya üzvləri iştirak etdilər.
Rəsmi və bədii hissədən ibarət oldu tədbir 320 №-li tam orta məktəbin akt zalında keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan konfransda Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Elmi konfransı açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biridir. Qafar Əliyev qeyd etdi ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Belə ki, məhz həmin quruluş demokratik idarəetməni təmin etməklə yanaşı, həmçinin xalq kütlələri tərəfindən seçilən dövlət başçısının məhz onların iradəsini ifadə etməsinə şərait yaradır. YAP rayon təşkilatının sədri vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti həm ölkə, həm də Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq siyasi rejim və respublikaların da mühüm təməli rolunu oynadı. Azərbaycanda respublikaçılıq tarixini üç mərhələyə bölən Q.Əliyev birinci respublikanın 1918-ci il mayın 28-dən 2020-ci il aprelin 28-dək, ikinci respublikanın həmin tarixdən 1991-ci il oktyabrın 18-dək mövcud olduğunu, üçüncü respublikanın isə məhz həmin gündən formalaşdığını bildirib. O, qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan müasir müstəqil dövlətimiz özündən əvvəlki iki respublikanın varisidir və onların ən yaxşı cəhətlərini özündə birləşdirir. Q.Əliyev həmin respublikaların formalaşmasında və inkişafında xalqımızın Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəriman Nərimanov, Ümumilli lider Heydər Əliyev, Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev kimi böyük şəxsiyyətlərinin mühüm rol oynadığını vurğuladı. O, bildirdi ki, müasir dövlətçiliyimizin fundamentinin məhz həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan həm müasir idarəetmə, həm də yalnız ona məxsus olan cəhətləri ilə regionun ən mühüm dövlətinə çevrilib. Məhz bunun nəticəsidir ki, müasir, müstəqil Azərbaycan öz inkişafının daha yüksək mərhələsinə çatıb.
2020-ci ilin noyabrında və 2023-cü ilin oktyabrında Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atdığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına və ölkə ərazisində separatizmə tam və qəti şəkildə son qoyulduğunu da vurğuladı.
Tədbir İştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edən Q.Əliyev qeyd etdi ki, hazırda respublikamızın qarşısında daha mühüm vəzifələr dayanır və buraya Zəngəzur dəhlizi, Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması ilə yanaşı, dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş digər hədəflər də daxildir. Azərbaycan rəhbərliyinin nümayiş etdirdyi böyük siyasi iradə bu hədəflərə də yaxın zamanlarda çatacağımızı deməyə ciddi əsas verir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu və atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı. A.Hüseynov xatırlatdı ki, 1991-1993-cü illərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mövcud olan xaos və anarxiya nəticəsində xalqımız müstəqilliyi itirmək təhlükəsi ilə baş-başa qaldığı vaxtda Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün həmin siyasət Ulu öndərin ən layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Konfransda çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. O, qeyd etdi ki, 1991-ci ildə müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı yenidən ucaldılsa da yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. Milli Məclisin üzvü Azərbaycanın son illər qazandığı uğurlar sırasında birinci yerdə müstəqiliyin bərpasının, ikinci yerdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması və Ulu öndərin hakimiyyətə qayıdışını,üçüncü yerdə iusə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev kimi dövlət başçımızın rəhbərliyi ilə suverenliyimizin tam bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsini qeyd etdi.
Konfransda digər çıxış edənlər: 274 №-li tam orta məktəbin direktoru Nəriman Mürsəliyev, həmin məktəbin tarix müəllimi Aqiyə Zaidova, 320 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Şükürova müstəqilliyin bərpası, qorunub saxlanılması, müasir dövlətimizin möhkəmlənməsi və dünya miqyasında tanınmasında siyasi liderlərimizin, xüsusən də Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırlatdılar. Onlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbəriyi ilə işğaldan azad edilmiş ərazilərdə görünməmiş sürətlə aparılan nəhəng quruculuq və bərpa işlərinin əhəmiyyətini vurğuladılar.
Sonra YAP-a yeni qəbul edilənl bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin bədii hissəsində E. Şirəliyev adına 274 №-li tam orta məktəbin və 320 №-li tam orta məktəbin şagirdləri maraqlı ədəbi- bədii və musiqili kompozisiya ilə çıxış etdilər.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

