Azərbaycan mədəniyyətinin ocağı
15.05.2024 [18:24]
Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək. Dövlətimizin başçısı mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə də bu məqamlara xüsusi diqqət yönəltdi və bildirdi ki, biz hazırlaşırdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi bu gün qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsli yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara, şanlı Ordumuza, Silahlı Qüvvələrimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Cənab İlham Əliyev qürurla vurğuladı ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə inandırmışdılar. Hesab edirdilər ki, torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.Bu müharibədə biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də mədəniyyətimizi beşiyinə qaytardıq və muğamı yenidən Qarabağın səmalarında qanadlandırdıq, “Xarıbülbül”ü düşmən caynağından aldıq, Şuşaya yenidən bahar gətirdik.Bu gün Şuşanın yeni tarixi başlayır. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyuldu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilir. Cənab İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, şərait çox gözəldir və uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanıerməniləşdirməyə çalışan ermənilərin bu torpağımızı hansı vəziyyət saldıqlarını təsəvvür etmək belə çətindir. Hər daşı, qayası tarix olan Qarabağın döyünən ürəyi Şuşa dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, 28 il əsarətdə olsa da əyilmədi, qürurunu sındırmadı. Gec-tez gələcəyimizi, əvvəlki simasına qaytaracağımızı bilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən “Şuşa, sən azadsan!”, “Şuşa, biz səni dirçəldəsəyik!” fikirlərini çox qısa zamanda reallığa çevirdi. Arxada qalan dövrdə Şuşanın yaşadığı xoş günlərin xronologiyasına diqqət yetirmək kifayətdir.“Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpası da Qarabağın tacının xoş günləri sırasındadır. Mayın 11-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev bir daha diqqəti Şuşanın dirçəlməsinə yönəldərək bildirdi ki, Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. İlk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşdılar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir: “Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.” Müzəffər Ali Baş Komandan İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq: “Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonraburada ancaq musiqi sədaları səslənsin.”
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

