Bəşəriyyətin gələcəyinə böyük töhfə
03.05.2024 [11:47]
2 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Masallı Dövlət Regional Kollecinin ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə "Bəşəriyyətin gələcəyinə böyük töhfə" adlı tədbir keçirilib.
Tədbirdə əvvəllcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova açaraq bildirdi ki, Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə keçirilən,ötən illər ərzində qlobal çevrədə çox böyük nüfuz qazanmış yeganə platformadır.
Son iyirmi ildə dünyaya səs salan möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların, dövlət başçılarının səfər etdiyi ölkə kimi tanınıb. Həmin tədbirlərdə Azərbaycan torpaqlarının işğal altında olduğu, vətəndaşlarımızın qaçqın kimi yurd-yuvalarından didərgin düşməsi fikirləri hər zaman səslənib.
Sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP 29- a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda həlledici rol oynayıb.Bu, növbəti təntənəli qələbədir.Təbii ki, bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ( COP ) ev sahibliyi etməsi Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi ilə, eyni zamanda, uzun illərdən sonra Ermənistanla münasibətlərinin normallaşdırılmasi mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır. COP 29-a 2024-cü ildə ev sahibliyi etməyimiz Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Daha sonra çıxış edən Masallı Dövlət Regional Kollecinin direktor müavini Namiq Aqayev qeyd edib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.
O diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir.
Masallı Dövlət Regional Kollecinin müəllimi Rza Məmmədov mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35

