Sanksiyalar müharibəsinin “şəriksiz” qalibi...
21.11.2023 [11:06]
Avropanın enerji bazarından Rusiyanı çıxaran ABŞ indi burada inhisarçıya çevrilib
MÜBARİZ
Ölkənin iqtisadi imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması Amerika Birləşmiş Ştatlarının (ABŞ) siyasətinin xarakterik cəhətidir. İş ondadır ki, ABŞ bu siyasəti həm rəqiblərinə, həm də öz tərəfdaşlarına münasibətdə sərgiləyir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ-ın bu böyük bazarı monopoliyaya alması bunun təsdiqidir.
“Köhnə qitə”də mavi yanacaq böhranı
ABŞ-ın qlobal bazarlara təsir göstərmək üçün çoxsaylı imkanları var. Biz zaman-zaman okeanın o tayından gələn belə təsirləri hiss edirik. ABŞ-ın qlobal iqtisadiyyata yön vermək üçün malik olduğu ən böyük iqtisadi alətlərdən biri, heç şübhəsiz ki, bu ölkənin valyutasıdır. Artıq uzun illərdir ki, ABŞ dolları dünya üzrə tədavüldə dominant mövqeyini qoruyub saxlayır. Elə bir mənzərə yaranıb ki, bu gün qlobal bazarlarda alış-verişlərin dollardan kənar hansısa bir valyuta ilə aparılması mümkünsüz görünür. Doğrudur, son vaxtlarda geosiyasi maraqlar səbəbindən ayrı-ayrı ölkələr qarşılıqlı ticarətlərini milli valyutalarda aparmağa cəhdlər göstərirlər. Ancaq görünən odur ki, hələlik belə cəhdlər gözlənilən səmərəni vermir və dünyada dollara inam yüksək olaraq qalmaqda davam edir. ABŞ da məhz belə vəziyyətdən yararlanmaqla valyutasını tədricən bahalaşdırır və bununla da qlobal miqyasda nüfuz və təsir imkanlarını artırır.
Bu ölkənin mənfur iqtisadi rıçaq siyahısına həmçinin enerji sektoru da daxildir. Bunu Rusiya-Ukrayna müharibəsi bütün cəhətləri ilə bir daha üzə çıxartdı. Məlum geosiyasi gərginliklər fonunda son illərdə qoca qitə enerji təhlükəsizliyi baxımından özünün ən çətin dövrünü yaşayır. Bu, mavi yanacaq təchizatı pozisiyası üzrə daha qabarıq şəkildə hiss olunur. Alternativ mənbələr axtarışı gözlənilən nəticələri vermir. Bəhs olunan müharibə fonunda Rusiya ilə Avropa arasında ənənəvi enerji təchizatı mexanizmi pozulub. Bu mənfi tendensiyanın başlanğıcı qlobal pandemiya dövründə qoyulsa da, epidemiynın pik mərhələsindən sonra ixrac həcmlərinin bərpası istiqamətində qarşılıqlı addımlar atıldı. “Gazprom Export”-un baş direktoru Yelena Burmistrovanın sözlərinə görə, 2020-ci ildə Avropa bazarında Rusiya qazının həcmi təqribən 33 faiz olub. Onun sözlərinə görə, “artıq ilin üçüncü rübündən başlayaraq ixracın həcmi böhrandan əvvəlki həcmə çatıb, bəzi hallarda isə keçib. İdxalçılar qarşısında bütün öhdəliklər yerinə yetirilib. İlin sonuna isə müqavilələr üzrə qiymətlər Avropa qaz qovşaqlarında spot qiymətlərinə nisbətən aşağı olduğu üçün Rusiya qazının ixrac həcmini daha da stimullaşdırıb. Bütövlükdə, 2020-ci ilin statistikasına görə, Rusiyadan 40 milyard kubmetrdən çox maye qaz ixrac olunub. Bu həcmin 17 milyard kubmetrdən çoxu Avropaya ixrac edilib. Həmin ildə boru kəmərləri vasitəsi ilə 198 milyard kubmetr qaz nəqli həyata keçirilib ki, bunun da 168 milyard kubmetrini Avropa alıb.
Hazırkı statistika isə kədərlidir. 2023-cü ildə Rusiyadan Avropa İttifaqına qaz nəqli hətta 2022-ci illə müqayisədə 65 faiz azalaraq 20-25 milyard kubmetr təşkil edə bilər. Bu barədə Beynəlxalq Enerji Agentliyinin proqnozunda bildirilir. BEA-nın məlumatına görə, 2022-ci ildə Rusiya qazının Avropa İttifaqına ixracı yarıdan çox azalıb - 60 milyard kubmetrə qədər. Bir il əvvəl isə ixrac təxminən 140 milyard kubmetr idi. 2023-cü ilin doqquz ayı ərzində Rusiya boru kəməri qazının Avropa İttifaqına ixracı 70 faiz azalaraq 17 milyard kubmetr təşkil edib. Üçüncü rübdə “Türk axını” ilə tədarükdə cüzi artım olub. Eyni zamanda, BEA Ukrayna üzərindən tranzit müqaviləsinin 2024-cü ildən sonra uzadılmayacağını güman edir.
Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlərin yaranmasının körükləyici qüvvəsi isə ABŞ hesab olunur. Ənənəvi təchizatçıdan - Rusiyadan qoca qitəyə mavi yanacaq axınının azalması ilk növbədə Qərbdən gələn sanksiyalara görə baş verdi. Avropa İttifaqı şimal qonşumuzdan enerji resurslarının idxalına bir neçə mərhələdə tətbiq olunan sanksiyalarla məhdudiyyətlər qoydu. Avropa üçün ucuz və keyfiyyətli enerji mənbəyi olan Rusiyaya qarşı sanksiyalar tətbiqi heç də Aİ ölkələrinin könüllü razılığı əsasında baş vermədi. Ayrı-ayrı ölkələrdən buna etirazlar gəldi. Ancaq ortada qoca qitəyə siyasi və iqtisadi-maliyyə təsirləri kifayət qədər böyük olan Amerika Birləşmiş Ştatlarının diktələri, necə deyərlər, ev tapşırıqları var idi. ABŞ əvvəlcə ölkələri Rusiyaya qarşı sanksiyalara “ümumi düməni” nişan verməklə razı salmağa çalışırdı, bu baş vermədikdə isə hədələr işə düşürdü. Nəticə ortadadır - Avropa qaz təchizatında problemlərlə üzləşib, enerji daşıyıcılarının qiymətlərinin artması fonunda inflyasiya yüksək həddə çatıb ki, bud a “Köhnə qitə”də böyük narazılıqlara yol açır.
Rusiya və Avropa itirir, ABŞ qazanır
Bəs Rusiyaya qarşı kollektiv Qərbin elan etdiyi sanksiyalar müharibəsinin qalibi kimdir? Təbii ki, burada təchizatçı ölkə olan Rusiya milyardlar itirir, eyni zamanda, Avropa özünün yeni xilas yollarını tapmaq üzərində baş sındırır. Sanksiyalar müharibəsinin şəriksiz qalibi isə ABŞ-dır. 2022-ci ildə Avropa Rusiyadan gələn boru kəməri qazının əhəmiyyətli hissəsini ABŞ-dan gələn mayeləşdirilmiş təbii qazla (LNG) əvəz edib.
“Vygon” konsaltinq şirkətinin məlumatına əsasən, həcm baxımından Avropa bazarına yanacaq ixracında ən böyük artım ABŞ-ın payına düşüb - təxminən 30 milyon ton (+ 140,7 %). Beləliklə, ABŞ Avropa LNG bazarının 43%-ə yaxınını tutaraq regiona tədarükünü 51,5 milyon tona çatdırıb. Xatırladaq ki, 2021-ci ildə bu rəqəm cəmi 21,4 milyon ton təşkil edirdi.
Ümumilikdə, Avropa ölkələri 2022-ci ildə LNG idxalını 60,6% artıraraq 120,6 milyon tona çatdırıb. Avropanın LNG bazarında ABŞ 42,7%, Qətər 15,3%, Rusiya 13,1% paya sahib olub.
Avropa üçün əhali və sənaye sektorunda artan tələbatını qarşılamaq məqsədilə LNC ixracını genişləndirmək yaranmış vəziyyətdə məcburiyyətdən atılan bir addımdır. Çünki boru kəmərləri ilə çatdırlan qaz daha ucuz başa gəlir. Belə çıxır ki, ABŞ Rusiyanı Avropanın enerji bazarındakı mövqelərini zəiflətməkdə ilk növbədə öz maraqlarını güdüb. Bu ölkənin təhriki və tələbi ilə Rusiyaya qarşı enerji məhdudiyyətləri tətbiq edən Avropa indi bunun ziyanını ödəmək məcburiyyətindədir...
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

