KTMT formatını dəyişir?
01.09.2023 [11:15]
4 dövlətə göndərilən dəvət qurumun yenilənməsi üçün ilk addım sayılır
NATO-ya qarşı yeni anti-Qərb ittifaqı ...
Son dövrlərdə funksionallığı zəifləmiş, demək olar ki, təsirsiz və mənasız bir quruma çevrilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı??? (KTMT) mühüm “islahatlar” gözlənilir. Belə ki, qurum İranı təşkilatın “Döyüş Qardaşlığı - 2023” təlimlərinə müşahidəçi qismində dəvət edib. Bunu KTMT-nin Birgə Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov avqustun 28-də keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, təlimlərə həmçinin Çin, Səudiyyə Ərəbistanı və Monqolustan hərbi müşahidəçiləri də qatılacaq. A.Sidorov təlimlərin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də çoxlu sayda pilotsuz uçuş aparatlarının istifadəsinə ciddi diqqət yetiriləcəyini vurğulayıb. Qeyd edək ki, “Döyüş Qardaşlığı-2023” təlimləri sentyabrın 1-dən 6-dək Belarusda keçiriləcək.
Əslində qurumun “müşahidəçi üzvlər”ə ehtiyac duyması hazırki situasiyanın göstəricisi də sayıla bilər. Adıçəkilən dövlətlərin əksəriyyətinin Rusiyaya qarşı olan NATO bloku ilə yaxın münasibətlərə malik olmaması bəzi perspektivlərin yaranmasına yol aça bilər - məsələn, bu ölkələr KTMT-nin yeni formatda yaradılması “ideyası” ilə çıxış edərlər. Bu isə bütövlükdə dünyada ciddi qüvvələr balansının yenilənməsinə yol aça bilər. Qurumun üzvü olmayan Azərbaycan hazırda KTMT-də təmsil olunan ölkələrin əksəriyyəti ilə mühüm müsbət əlaqələrə malikdir. Bu mənada, təşkilat daxilində baş verə biləcək yenilənmələr bizim üçün nələr vəd edir?
KTMT-nin əsas “qarmağı” - Rusiyanın veto hüququ...
Qeyd edilməlidir ki, Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikasının daxil olduğu KTMT 15 may 1992-ci il tarixində yaradılmış hökumətlərarası hərbi ittifaqdır. Rusiyanın əsas söz sahibi olduğu KTMT nizamnaməsinə əsasən, bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı yaranan təhlükə digər üzv ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. Rusiyanın təşkilatın digər üzvlərinə öz ərazilərində xarici dövlətlərə məxsus yeni hərbi bazaların yerləşdirilməsinə veto qoymaq hüququ var. Üçüncü ölkəyə məxsus hərbi bazaların hər hansı KTMT üzvü olan dövlətdə yerləşdirilməsi üçün mütləq təşkilatın qalan bütün üzvlərinin rəsmi şəkildə razılığı olmalıdır. KTMT-də “rotasiya qaydasında sədrlik” sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir.
Ukrayna müharibəsində dəstək verilmədi...
Son dövrlərdə KTMT-nin üzvü olan dövlətlərin təşkilatdan “yaxa qurtarmaq” fikrində olması açıq şəkildə biruzə verilir. Yuxarıda vurğulanan nizamnamə qaydalarını əsas gətirərək qurum üzvü olan dövlətləri öz ətrafında “toplamağa” çalışan Rusiya buna nail ola bilmir. Məsələn, heç bir hərbi gücü olmayan Ermənistan belə KTMT-dən çıxmaq üçün cəhdlərini intensivləşdirib.
Rusiyaya gəldikdə isə, Ukrayna ilə bağlı məsələdə KTMT üzvlərinin tutduğu mövqe Kremlin xoşuna gəlməmişdi. Ukrayna müharibəsində Rusiya KTMT üzvlərindən Belarusdan savayı kimsəni yanında “görmədiyini” hər zaman xüsusi olaraq vurğulayır. Hətta təşkilatın üzvü olan bəzi dövlətlərin açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıması da Rusiyanı düşünməyə vadar edir. Rusiyadan sonra qurumun ən böyük üzvü sayılan Qazaxıstan buna bariz misaldır. Hətta ötən il Prezident Kasım-Jomart Tokayev Türkiyəyə səfəri zaman mətbuat konfransında bildirmişdi ki, Türkiyə ilə əməkdaşlığa böyük əhəmiyyət verirlər. Qazaxıstan prezidenti rəsmi Ankaranı ölkəsi üçün vacib strateji müttəfiq adlandırmışdı. İmzalanan sazişlər arasında isə siyasi və hərbi əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən sənədlər də yer alır. Bu isə Rusiyanı razı sala bilməz. Bu səbəbdəndir ki, həm Rusiya, həm də Belarus KTMT-ni yeni formata salmaq üçün mütləq cəhdlər etmək niyyətindədirlər.
Rusiya ətrafında blok formalaşdıra bilsə...
Bəli, Rusiya NATO-nun və ya Avropa Birliyinin Ukraynaya monolit formada dəstəyini KTMT-dən görmədi - bu isə üzvlər arasında yenilənməni şərtləndirir. Bəzi siyasi ekspertlər vurğulayırlar ki, Rusiya Qərbdən narazı olan ölkələri öz ətrafında birləşdirməklə yeni güc mərkəzi formalaşdırmaq niyyətindədir. Burada əsas məqsəd isə NATO-nun təkqütblü dünya arzusunun reallaşmasına mane olmaqdır. Hərbi təlimlərə “dəvət edilmiş” dövlətlərə nəzər salsaq, Çin və Səudiyyə Ərəbistanı həm mühüm maliyyə qaynaqlarına malikdirlər, həm də mühüm coğrafiyaları təmsil edirlər. Monqolustan isə Rusiyanın ən “həssas nöqtəsidir”. İndiki “qarışıqlıqda” məhz Monqolustan vasitəsilə bir sıra mühüm “addımlar atıla bilər” ki, Moskva bunun qarşısında aciz qalar. Bu təhlükənin qarşısının alınması üçün Ulan-Batorla müttəfiqlik mütləq xarakter daşıyır. İrana gəldikdə isə, Tehran onsuz da illərdir ki, anti-Qərb mövqeyi ilə Rusiyanın “təbii müttəfiqi”nə çevrilib. Yəni, sadalanan ölkələr indiki məqamda Rusiya üçün ən real müttəfiqlər sayıla bilməklə yanaşı, onlar Qərbin vahid hakimiyyətinin formalaşmasına qarşı mübarizə aparan qüvvələr kimi “xarakterizə” olunurlar. Başqa sözlə, Rusiya özü ilə eyni mövqedə dayanan bu dövlətləri bir araya yığa bilsə, yeni “soyuq müharibə”nin həm istiqaməti, həm də tezisləri dəyişə bilər...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
