Fransa Avropa İttifaqının nüvə siyasətinə qarşı
26.07.2023 [11:45]
Avropa İttifaqını təmin edən enerji hasilatının dörddə biri atom elektrik stansiyaları tərəfindən istehsal olunur. Bu AES-lərin yarıdan çoxu Fransada yerləşir. Ümumilikdə, 27 Aİ ölkəsindən 13-də 103 nüvə reaktoru fəaliyyət göstərir və qitəni təmin edən karbohidrogen enerjisinin təxminən yarısı bu nüvə reaktorları tərəfindən istehsal edilir.
Məlumdur ki, nüvə enerjisi baha başa gəlir, üstəlik də yalnız hərbi nüvə kompleksi olan ölkələrdə dəstəklənir və subsidiyalaşdırılır. Bu ölkələrin siyahısında isə ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa başda durur. Digər ölkələrdə, xüsusən də Qərbi Avropada nüvə enerjisindən istifadə məhdudlaşdırılmağa doğru gedir.
Avropada ilk dəfə olaraq nüvə energetikasının “dondurulması” prosesinə “Zventendorf” atom elektrik stansiyasına sahib olan Avstriya başlayıb. Daha sonra İtaliya da analoji addım atıb.
Şərqi Avropa ölkələrindən Litvada iki nüvə reaktoru SSRİ-dən miras qalmışdı. 2012-ci ildə ölkədə atom elektrik stansiyaları ilə bağlı referendum keçirildikdən sonra həmin stansiyaların fəaliyyəti dayandırıldı. 2002-ci ildə Almaniya hökuməti Bundestaqda gedən qızğın müzakirələr və “yaşıl”ların ardıcıl tələbləri nəticəsində yeni AES-lərin tikintisinin dayandırılması, fəaliyyətdə olanlarınsa tədricən bağlanması haqqında qanun qəbul etdi. Beləliklə, 2023-cü ilin aprelində ölkədə son üç atom elektrik stansiyasının da fəaliyyəti tamamilə dayandırıldı.
Radioaktiv həmrəylik
Avropada AES-lərin bağlanması tendensiyasının genişləndiyi bir zamanda Aİ daxilində bu prosesə etiraz edən əsas ölkə Fransadır. 1980-ci illərdən bəri Fransada elektrik enerjisinin 70 faizindən çoxu nüvə reaktorları tərəfindən istehsal olunur. 2023-cü ilin fevralında Paris nüvə enerjisinin inkişafını dəstəkləyən 11 Avropa dövlətindən ibarət ittifaqın yaradılması təşəbbüsü ilə çıxış edib. Fransanın təşəbbüsünə səs verən ölkələrin bəyanatına görə, yeni nüvə birliyinin əsas məqsədi Avropada çoxlu sayda AES-lərin inşasıdır.
Məlumdur ki, Ukrayna müharibəsi Avropanın enerji bazarında ciddi dəyişikliklər yaranmasına səbəb olub. Ukraynaya təcavüzünə görə Aİ Rusiyaya sanksiyalar tətbiq edib və nəticədə Moskva karbohidrogen enerjisinin əsas alıcılarını itirib.
Hələ 2020-ci ildə Aİ ölkələri daş kömürün 54 faizini, neftin isə dörddəbirini Rusiyadan alırdılar. Bu gün Rusiya kömürünün Aİ ölkələrinə satışı sıfıra enib, Rusiya neftinin dəniz yolu ilə idxalı qeyri-qanuni elan olunub. Hazırda boru kəməri ilə yalnız dörd ölkə Rusiya neftini ala bilir.
Neft-qaz sanksiyalarına baxmayaraq Aİ ölkələrinə nüvə enerjisinin satışı onları Rusiya üçün indiyədək ən yaxşı bazar statusunda saxlayırdı. Lakin son proseslər bu sahədə vəziyyətin Moskvanın xeyrinə olmadığını göstərir. İttifaq ölkələrinin Rusiyadan nüvə enerjisi almağa davam edəcəyi ilə bağlı şübhələr artmaqdadır.
“Eurotom”un məlumatına görə, 2021-ci ildə Rusiya nəhəngi “Rosatom” korporasiyası Aİ ölkələrinə 20 tondan çox nüvə yanacağı tədarük edib. “Avropa Rusiyanın təbii yanacağından imtina etsə də, qitənin nüvə sektoru Rusiyadan asılı olaraq qalır və hər il Rusiyadan Avropaya 200 milyon avro dəyərində uran idxal edilir”, - “İnvestigate Euriope”nin nüvə enerjisi ilə bağlı hesabatında belə deyilir.
Hesabatda Rusiyanın təkcə 2022-ci ildə dünya üzrə təxminən 950 milyard avro dəyərində nüvə texnologiyası və yanacaq satdığı da qeyd olunur.
Qərbi Avropa hökumətləri Rusiyadan nüvə enerjisi almamaq üçün yollar aradığı bir zamanda “Rosatom” hələ də Fransanın “Framatome” şirkətini uranla təmin etməkdədir. Avropanın enerji bazarında indiki antirusiya əhval-ruhiyyəsinə baxmayaraq Paris bu sahədə Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. “Ecodefense”in məlumatına görə, Ukrayna müharibəsi başlanandan bəri “Framatome”nin Aşağı Saksoniyanın (Almaniyada inzibati ərazi vahidliyi) Lingen bölgəsindəki nüvə yanacağı istehsalı müəssisəsinə ən azı yeddi Rusiya nüvə reaktoru tədarük edilib.
Lingendəki nüvə reaktorunun fransız şirkətinə məxsus olması Almaniya hökumətinin ölkədəki son stansiyalarla birlikdə onu da bağlamasına maneə törətdi. Aİ-nin Rusiyanın Ukraynaya təcavüzünü pisləməsinə baxmayaraq, Fransa şirkətləri Moskva ilə əməkdaşlığı davam etdirməkdə israrlıdır. “Rosatom” və “Farmatome” müştərək müəssisəsi bundan sonra da birlikdə uranın istehsalını artırmaq niyyətindədir.
Parisdən yayılan radiasiya
Nüvə enerjisi üzrə ekspertlər hesab edirlər ki, Fransanın Rusiyanın dövlət korporasiyası ilə əməkdaşlıqdan imtina etməsi ağlabatan deyil, çünki ölkənin elektrik enerjisinin üçdə ikisi nüvə reaktorları tərəfindən istehsal olunur. Sözsüz ki, bu da həm Fransa, həm də, ümumilikdə, qitə üçün daha çox problemin yaranmasına səbəb olur. Məsələn, Avropa qitəsində yay aylarında istiləşmə ilə əlaqədar Fransanın bir çox reaktorları bağlanır. Çünki qurğuları soyutmaq üçün lazım olan su o qədər yüksək temperaturda qızır ki, soyudulma prosesində həmin sudan istifadə etmək mümkün olmur.
Digər tərəfdən, Fransadakı reaktorların əksəriyyətinin istismar müddəti başa çatmaqdadır. Ölkədəki nüvə stansiyaları 1970-ci illərin ikinci yarısında tikildiyi üçün yaxın illərdə onları istismardan çıxarmalı olacaqlar. Bunu da nəzərə almaq lazımdır ki, bu AES-lərin əksəriyyəti eyni vaxtda tikildiyindən istismar müddəti də təxminən eyni vaxtda başa çatacaq. Ekspertlər bildirirlər ki, atom elektrik stansiyalarının konservasiyası xərcləri praktiki olaraq onun tikintisi üçün çəkilən xərclərə bərabərdir. Beləliklə, Fransanın elektrik enerjisi istehsalının 70 faizinin atom elektrik stansiyalarından asılı olması bu ölkəni yaxın zamanda çox böyük enerji böhranı ilə üz-üzə qoyacaq.
Baş tutmayan nüvə təhdidi
Nüvə enerjisi sovet dövründən Moskvanın geosiyasi planlarında mühüm rol oynayıb. Britaniyanın “Kral Müdafiə Tədqiqatları İnstitutu”nun 2022-ci ilin sonunda Rusiyanın Ukraynaya təcavüzünün əsas nəticələrinə dair dərc etdiyi hesabatında Kremlin Ukraynada ələ keçirmək istədiyi nüvə stansiyalarından istifadə planlarından bəhs olunur. Hesabatda deyilir ki, Rusiya rəhbərliyi Ukraynadakı AES-lərdən Avropa ölkələrinə təzyiq aləti kimi istifadə etmək, Ukraynanın müttəfiqlərini AES-lərdə qəza törədəcəyi ilə bağlı hədələmək niyyətində idi. Lakin Rusiyanın müharibədə uğur qazana bilməməsi, göründüyü kimi, bu planların həyata keçirilməsinə əngəl törətdi.
Beləliklə, nəzərə alınmalıdır ki, “Rosatom” təkcə sponsor və ya sıradan şirkət deyil. O, Rusiyanın bütün nüvə gücünü özündə cəmləyən aparıcı dövlət müəssisəsi, eyni zamanda, Ukrayna müharibəsinin birbaşa iştirakçısıdır.
“Rosatom” metastazı
“Rosatom” ilə birgə layihəyə qərar verən ölkələr azı yüz il ərzində ondan asılı olurlar. Buraya stansiyanın layihələndirmə şərtləri, tikinti və istismar müddəti, texniki xidmət və s. aiddir. “Hazırda “Rosatom” iddia edir ki, onun yeni “VVER 1200” reaktorlarının ömrü 60 ildir. Müddət bitəndən sonra stansiyanın fəaliyyətini dayandırmaq və sökmək lazımdır. Əlbəttə, bu, çoxlu sayda ixtisaslaşmış mütəxəssis və xeyli zaman tələb edir”, - deyə nüvə enerjisi üzrə mütəxəssis Vladimir Slivyak mediaya açıqlamasında bildirib.
Energetika mütəxəssislərinin söylədiklərinə görə, digər enerji mənbələrindən - neft və qaz təchizatından fərqli olaraq nüvə sahəsində alternativ təchizatçıların tapılması müşkül məsələdir. Yəni, burada podratçıdan uzaqlaşmaq, demək olar, mümkün deyil. Ona görə də Kremlin əlində olan nüvə enerjisi təkcə biznes deyil, daha çox öz siyasi təsirini gücləndirmək, enerji baxımından zəif tərəfdaşları özünə tabe etmək üsuludur. Hindistan, Banqladeş, Belarus, Misir kimi Asiya və Afrika ölkələrində, Orta Asiya respublikalarında atom elektrik stansiyalarının tikintisinə Rusiya büdcəsindən on milyardlarla dollar vəsaitin ayrılmasını da məhz bununla izah etmək olar.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
