Qərb Ermənistanı cəzalandırmasa...
21.04.2023 [10:46]
Ukraynaya yardımın səmimiliyi şübhə altına düşəcəkBir ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi artıq öz xarakterini dəyişmək üzrədir. Belə ki, müharibə başladığı dövrdə, yəni, ötən ilin fevralında tərəflərin irəli sürdüyü “iddialar”ın mahiyyəti dəyişir. Bu isə onu göstərir ki, bu qarşıdurma “torpaq” və ya “nüfuz” döyüşündən çox, “yeni düzən” uğrunda mübarizəni özündə xarakterizə edir. Başqa sözlə, döyüşən tərəflər Rusiya ilə Ukrayna kimi görünsələr də, medalyonun digər üzündə fərqli maraqlar, fəqli güclər və fərqli planlar yer almaqdadır. Hərbi-siyasi güc baxımından hazırda çoxqütblü kimi görünən dünyanın, əsasən də Avroasiyanın yumşaq güc vasitəsilə “vahid əl”də birləşdirilməsi prosesi “uğurla davam edir”. Son toplantılar, Rusiyaya qarşı aparılan iqtisadi sanksiya siyasəti diklərimizi təsdiqləyir.
Amma yaranmış mənzərədə bir məqam xüsusi diqqət çəkir. Görülən tədbirlər münaqişənin tez bitməsindən çox “lazımi ana qədər davam etməsi” uğrunda səylərlə müşayiət olunma şübhəsi yaradır. Başqa sözlə, Kremlin “məğlubiyyətini” daha da uzatmaq istiqamətində səylər nəzərə çarpır.
Qərbin ziddiyyətli Ukrayna mövqeyi...
Burada Qərb koalisiyasının məsələyə yanaşması da mütləq şərt kimi çıxış etməkdədir. Koalisiya tərəflərinin Rusiya ilə müharibəyə münasibəti eyni deyil - bu sirr də deyil. Mərkəzi Avropa, xüsusilə Fransa və “müttəfiqləri” Rusiya ilə hərbi qarşıdurmanın bu və ya digər şəkildə “yoluna qoyulmasını” arzulayır - onlar Rusiyanın məblubiyyətini arzulamırlar. Bu mənada, Qərb koalisiyasının məsələyə münasibətdə tutduğu mövqenin nə qədər səmimi olması da sual yaradır.
Yeri gəlmişkən, Qərbdə böyük səs-küyə səbəb olmuş Ermənistanın Rusiyaya saxta sənədlərlə və gizli yollarla sanksiya tətbiq olunmuş malları (o cümlədən hərbi istifadə üçün nəzərdə tutulmuş) ötürməsi də bu faktı müəyyən mənada təsdiqləyir.
Ermənistanın cəzasızlığı bu dövləti yeni cinayətlərə sövq edir
Əslində, bu addım Qərbin Ermənistanla bağlı mövqeyi ilə birbaşa bağlılıq təşkil edir. Belə ki, uzun illər Azərbaycan torpaqlarının 30 faizə yaxınını işğal altında saxlayan, regionda təzlükəsizliyin təminatına təhdid formalaşdıran, uzun illər İrana sanksiyalardan yayınmağa yardım edən Ermənistana nə ABŞ, nə Aİ tərəfindən təzyiq olmayıb, buna göz yumulub. Uzun müddət Azərbaycan ilə Ermənistan arasında problemin həllində “vasitəçi” rol oynamalı olan ATƏT-in Minsk qrupunun hərəkətsizliyi də bunun bariz sübutudur - illər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu özünün fəaliyyətsizliyi ilə seçilirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupu son nəticədə tarixin arxivinə “yola salındı”. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Eyni zamanda, yaşananlar onu göstərdi ki, beynəlxalq hüquq və ədalət prinsipi heç də iddia edildiyi qədər “qlobal xarakter” daşımır...
Qərb ölkələri yenə reaksiya verməsələr...
Bir sözlə, son açıqlanan faktlar, “The New York Times” qəzetinin Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artımın müşahidə olunması ilə bağlı ortaya qoyduğu sübutlar yeni situasiya formalaşdırır. Bu, Ermənistana qarşı qəti tədbirləri gündəmə gətirir. Yəni, Qərbin sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən birinə çevrilmiş Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsində Qərb ölkələri yenə reaksiya verməsələr, Qərbin Ukraynaya dəstəyinin səmimiliyi sual altında qalacaq.
Onsuz da Qərbin, xüsusilə Mərkəzi Avropanın Ukraynaya münasibətdə qəti mövqeyə malik olmaması ilə bağlı informasiyalar davamlı şəkildə yayılmaqdadır. Bu, Avropanın son dövrlərdə Ukrayanaya maddi və hərbi yardım məsələsindəki tərəddüdündə özünü göstərir. Hətta bir sıra mətbu orqanlar Avropanın Ukraynaya münasibətdə diplomatik sahədə kəskin dönüş etdiyini və bu ölkəyə yeni hərbi yardım ayrılmasının sual altında qaldığını yazırlar.
Digər tərəfdən, yayılan məlumatlarda o da bildirilir ki, Qərbin bir tərəfdən Ukraynanı dəstəklədiyini açıqlaması, digər tərəfdən isə Ermənistan kimi mərkəzlərlə
Moskvaya qarşı sanksiya çəmbərini yarması yeni qeyri-qanuni “silah biznesi” faktorunu da qabardır. Yəni, müharibənin bitməsinə deyil, yeni silahlara “investisiya” yatırılır. Bu isə müharibəni davam etdirmək həvəsinin bitmədiyini göstərir. Təsadüfi deyil ki, Ukraynanın bəzi dəstəkçiləri bu müharibənin hələ bir neçə il davam edəcəyi fikrini dəfələrlə səsləndiriblər. Ermənistan kimi ölkələr isə bu kimi niyyətlərin həyata keçirilməsində ən çirkin “halqa” statusu ilə iştirak edirlər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

