Tramp iddialarla qayıdır...
07.03.2023 [10:46]
Keçmiş prezident sərt açıqlamalar verib
ABŞ tarixinin çılğın və qalmaqallı prezidentlərindən biri Donald Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib. Bu barədə eks-prezident martın 4-də Mühafizəkarların Siyasi Fəaliyyət Konfransındakı (CPAC) çıxışı zamanı məlumat verib. Xatırladaq ki, Donald Tramp bir müddət bundan öncə də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi barədə iddialı açıqlaması ilə gündəmə gəlmişdi. Sabiq prezident çıxışında bir sıra maraqlı və gözlənilməz açıqlamalar verib.
Milyarder Donald Trampın yenidən ABŞ prezidenti olması nə qədər realdır? O, seçkidə respublikaçıların vahid namizədi ola bilərmi? Prezidentliyi dövründə başa çatdırmadığı hansı işləri tamamlamağı planlaşdırır? Bütün hallarda şənbə günü etdiyi çıxışı ilə keçmiş prezident Qərb mediasının diqqətini özünə yönəltməyi bacarıb.
Siyasi şərhçilərin fikrincə, ətrafında baş verən müxtəlif qalmaqallar və səs-küylü cinayət işləri fonunda onun Respublikaçılar Partiyasına təsir imkanları xeyli zəifləyib. Bu isə o deməkdir ki, Trampın təmsil etdiyi partiyanın prezidentliyə namizədliyini qazanmaq şansı o qədər də çox deyil. İndiyədək belə düşünülürdü ki, Tramp öz məğlubiyyəti ilə çətin də olsa barışıb və artıq siyasi meydandan geri çəkilməkdədir. Lakin atalar demiş, “sən saydığını say, gör Tramp nə sayır”.
“Tramp-Tramp-Tramp, ABŞ-ABŞ-ABŞ!”
“Mühafizəkarların illik toplantısı” adlandırılan Mühafizəkarların Siyasi Fəaliyyət Konfransındakı (CPAC) çıxışı göstərdi ki, Trampı oyundan kənarlaşdırmaq elə də asan məsələ deyil. Merilend ştatındakı Milli Liman Konqres Mərkəzində keçirilən CPAC konfransında ABŞ-ın 45-ci prezidenti öz ətrafına geniş və kifayət qədər səs-küylü izdiham toplaya bilib. Eynilə Trampın “qızıl illərində” olduğu kimi, “Amerikanı yenidən möhtəşəm et!” şüarları yazılmış beysbol papaqları geyinən tərəfdarları “Tramp! Tramp! Tramp! ABŞ! ABŞ! ABŞ!” - deyə keçmiş prezidenti alqışlarla müşayiət ediblər. Ən gərgin məqamlarda belə xəfif ingilis yumorundan qalmayan Tramp coşqun zala işarə ilə: “burada mitinq olduğunu bilmirdim”, - deyə zarafat edib. Respublikaçı strateq və CPAC sədrinin müavini Çarli Gerou isə gözlənilmədən “Tramp hələ də aparıcı namizəddir” sözlərini işlədib.
Tramp dövründə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında səfiri olmuş Nikki Heyli də Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparmaq istədiyini açıqlayıb. Maraqlıdır ki, diplomat əvvəlki çıxışlarının birində Tramp namizədliyini irəli sürərsə, seçkilərdə iştirak etməyəcəyini söyləmişdi. Lakin sonradan fikrini dəyişən keçmiş səfir CPAC konfransındakı nitqi zamanı özünün namizədliyini nəzərdə tutaraq “Düşünürəm, artıq nəsl dəyişikliyinin vaxtı çatıb. Hesab etmirəm ki, Vaşinqtonda lider olmaq üçün mütləq 80 yaşa çatmaq vacibdir”, - deyib.
Digər bir potensial namizəd Tramp üçün xüsusilə təhlükəli rəqib sayılan Florida ştatının qubernatoru Ron De Santisdir. O, hələ ki namizədliyini rəsmi olaraq açıqlamayıb. İşin maraqlı tərəfi ondadır ki, Santis ənənəvi CPAC konfransında ümumiyyətlə, iştirak etməyib. Topantı zamanı o, Kaliforniyaya yollanıb və oradakı tərəfdarları ilə görüşüb.
“Respublikaçıları axmaqlar idarə edir”
“Nyu-York tayms” yazır ki, Trampın seçki kampaniyası ilə məşğul olan təşkilatçılar ötən həftə “Facebook”-da De Santis əleyhinə şarjlar yayımlayıblar. Sosial mediada paylaşılan həmin materiallar rəqib respublikaçıların fotoşəkilləri üzərində “Şagird ustaddan öyrənir” başlığı ilə dərc edilib. CPAC-dakı çıxışında Tramp De Santisin adını çəkməsə də, onun barəsində Respublikaçılar Partiyasına xəbərdarlıq müraciəti edib.
Trampın konfransdakı çıxışı xeyli sensasion, necə deyərlər, əsl trampsayağı olub. Eks-prezident adəti üzrə publikanı coşdurmağa və təsirləndirməyə çalışıb: “Bizim çılğınlar, neokonlar, qlobalistlər, açıq sərhəd fanatları və axmaqlar tərəfindən idarə olunan Respublikaçılar Partiyamız var idi. Lakin biz bir də heç vaxt Pol Rayanın, Karl Rovenin və “bəbə” Buşun partiyasına qayıtmayacağıq”. Onun keçmiş həmkarı haqqında ironiya ilə işlətdiyi “bəbə” ifadəsi ABŞ televiziyalarında müzakirə predmetinə çevrilib.
Medianın diqqətini çəkən daha bir önəmli detal Trampın bu çıxışında düz yeddi il əvvəlki siyasi yüksəlişini xarakterizə edən avtoritar danışıq üslubundan istifadə etməsi olub. Keçmiş lider təxminən iki saatlıq nitqi zamanı özünü o ki var tərifləyib. Sitat: “2016-cı ildə hər birinizə müraciət edərək “Mən sizin səsinizəm!” dedim. Bu gün isə əlavə edirəm: “Mən sizin döyüşçünüzəm! Mən sizin ədalətinizəm! İncidilənlərin və xəyanətə uğrayanların isə qisasçısı olacağam!”
Daha sonra keçmiş prezident seçicilərinə üz tutaraq deyib: “Yeddi ildir biz birlikdə ölkəmizə nifrət edən və onu tamamilə məhv eləmək istəyən qüvvələrdən təmizlənmək uğrunda mübarizə aparırıq. Başladığımız bu işi mütləq sona çatdıracağıq. Bizim gəlişimiz bir möcüzə idi, ancaq missiyamızı hələ başa vurmamışıq. Lakin biz tezliklə bu döyüşü bitirəcəyik. ABŞ yenidən möhtəşəm olacaq!”
İştirakçılar alqış sədaları altında “Bir daha dörd il!” şüarını səsləndirməklə ona dəstək nümayiş etdiriblər.
Trampa zərbə, rəqibinə hədiyyə
Tərəfdarlarının xüsusi fəallığına baxmayaraq, Donald Trampın partiya daxilində təsirinin azaldığını göstərən əlamətlər getdikcə daha sıx müşahidə olunur. Məsələn, onun maliyyə vəsaitlərinin onlayn toplanması nəzərəçarpacaq dərəcədə azalıb. 2021-ci ildə Tramp 6 yanvar Kapitoli iğtişaşlarından sonra CPAC-da söylədiyi geniş nitq zamanı 48 saat ərzində onlayn qaydada 3,2 milyon dollar toplamışdı. Hazırkı araşdırmalara görə isə o, prezident seçkisində iştirak edəcəyi ilə bağlı açıqlamasından sonra həmin gün ərzində və sonrakı müddətdə yuxarıda qeyd olunan məbləğin təxminən yarısını, yəni, 1,6 milyon dollar toplaya bilib.
Bundan başqa, uzun müddət onun yanında çalışmış bəzi köməkçiləri keçmiş liderə ictimai dəstək verməyə tələsmirlər.
Bu arada məlum olub ki, bir neçə həftə öncə Tramp Arkanzas ştatının qubernatoru, Ağ Evin keçmiş mətbuat katibi Sara Hukabi Sandersdən də dəstək istəyib, lakin xanım Sanders rədd cavabı verərək, onu dəstəkləmək üçün bir səbəb görmədiyini bildirib.
Respublikaçılar partiyasında bir sıra nüfuzlu donorlar artıq De Santisi dəstəkləməyə başlayıblar. Baxmayaraq ki, o, hələ rəsmi olaraq namizədliyini elan etməyib. Trampa daha bir zərbə ən yaxın tərəfdaşından dəyib - fevralın ortalarında “TD Ameritrade”- nin qurucusu, vaxtilə Trampın ən güclü donoru olmuş milyarder Co Ricketts eks-prezidentin rəqibi De Santisə 1 milyon dollar hədiyyə edib.
“Üçüncü dünya müharibəsini mən dayandıra bilərəm”
Qayıdaq Trampın şənbə gecəsindəki məşhur çıxışına. Həmin çıxışı zamanı o, xarici siyasət məsələlərinə, beynəlxalq gündəmə də toxunub. O, 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını ölkəsi üçün uğursuz addım kimi qiymətləndirib və Putinin Ukraynanı işğal etmək qərarına məhz bundan sonra gəldiyini bildirib: “Deməliyəm ki, sizi üçüncü dünya müharibəsi gözləyir. Vəziyyət tezliklə lazımi istiqamətdə dəyişməsə, biz üçüncü dünya müharibəsi yaşayacağıq. Mən sizə bu sözü verə bilən yeganə namizədəm: üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm. Oval kabinetə girməzdən öncə Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəyə son verəcəyəm!”.
“Seçilməsəm, ABŞ məhv olacaq”
Donald Tramp çıxışı zamanı vaxtilə verdiyi köhnə vədləri yenidən işə salıb. Bu vədlər sərhəd divarlarının tikintisi, sərhəd patrullarının sayının artırılması, transgender hüquqlarının müdafiəsi və digər məsələləri ehtiva edir. Onun səsləndirdiyi ən böyük iddia 2020-ci il seçkilərində şübhəsiz qalib gəldiyinə dair mübaliğəsidir. Reallıqda isə Bayden onu 7 milyon səs fərqi ilə məğlub etmişdi.
Tramp öz çıxışına bu iddiaları da əlavə edib: “Biz dərin dövləti məhv edəcəyik. Müharibəni qızışdıranları qovacağıq. Qlobalistləri rədd edəcəyik. Kommunistləri də həmçinin. Ölkəmizə nifrət edən siyasi təbəqəni devirəcəyik. Demokratları məğlub edəcəyik. Saxta xəbər mediasını darmadağın edəcəyik. Biz RINO-nu (saxta respublikaçıları) ifşa edəcəyik, bununla xüsusi məşğul olacağıq. Biz Co Baydeni Ağ Evdən kənarlaşdıracağıq. Biz ABŞ-ı bədxahlardan birdəfəlik azad edəcəyik!”
Nitqinin sonunda keçmiş prezident: “Bu, bizim demokratlarla son döyüşümüzdür. Əgər mən seçilməsəm, ölkəmiz birdəfəlik yox olacaq!”, - deyə xəbərdarlıq edib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
