Demokratiyanın ermənisayağı şərhi
28.02.2023 [11:01]
Mübariz FEYİZLİ
Bu günlərdə baş tutan 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda Ermənistanın baş naziri Nikol Paşinyan tədbirin nüfuzlu auditoriyasını təəccübləndirdi. Ancaq heç də yaxşı mənada yox, yenə də özüsayağı tərzdə. Bu dəfə Ermənistan lideri tədbirin gündəliyini bir kənara qoyaraq təmsil etdiyi ölkənin demokratiya sahəsində hansısa müstəsna uğurlar qazandığından danışdı. O sanki uzaq yol qət edib Almaniyaya hansı məmləkətdən gəldiyinin fərqində deyildi. Paşinyan beynəlxalq aləmdə mənfi imici ilə şöhrət tapan Ermənistandakı demokratiyadan danışdıqca mavi ekran qarşısında əyləşənlərin İrəvanda və bu ölkənin əyalətlərində insanların məhkum edildikləri miskin həyatı, mitinqlərin polis dəyənəkləri ilə dağıdılması, siyasi partiyaların fəaliyyətinə yaradılan maneələr, parlamentdə hakim fraksiyanın at oynatması gözləri önündə canlanırdı. N.Paşinyanın ərz etdiyi demokratiya hara, ölkəsində ona müxalif olanların siyasi səhnədən sıxışdırılmaları, həbsxanalara atılmaları hara? Kim bilmir ki, Ermənistanda N.Paşinyan siyasi sifarişlərini cəmiyyətə həyat yoldaşı Annanın dərc etdiyi nəşr vasitəsilə çatdırır. Ölkənin gündəmi məhz belə müəyyənləşdilir. Dövlətə bağlı olan və “azad” KİV-lər, parlamentarilər, yedək partiyaların liderləri Annanın dövriyyəyə buraxdığı tezisləri genişləndirərək cəmiyyətə həzm etdirmək üçün dəridən-qabıqdan çıxırlar.
“Yerkir Mediya”nın lisenziyası niyə ləğv olundu?
Münhen Təhlükəsizlik Konfransında N.Paşinyanın danışdığı demokratiya nağılı ilə onun ölkəsindəki reallıqların bir-birini təkzib etməsinə aid çoxsaylı faktlar sadalamaq mümkündür. Onlardan birinə diqqət çəkək. Bir qədər bundan əvvəl Ermənistanın televiziya və radio verilişləri komissiyası tərəfindən “Yerkir Mediya” televiziya kanalının lisenziyası ləğv olunub. Bu barədə media qurumunun rəhbəri Baqrat Esayan məlumat verib. O, rəhbərlik etdiyi şirkətin lisenziyasının məhz siyasi səbəblərə görə geri alındığını deyib. Artıq müvafiq komissiyanın qərarından inzibati məhkəməyə müraciət ünvanlanıb.
Şirkət rəhbərinin bildirdiyinə görə, “Yerkir Mediya” televiziya kanalının lisenziyası komissiyanın 2022-ci il 2 dekabr tarixində baş tutan iclasında ləğv edilib. Müsabiqənin qalibləri sırasında isə Ermənistanda heç də müsbət reputasiyaya malik olmayan “Ermənistan TV”, “Şant”, “ATB” kimi kanallar yer alıblar. “Yerkir Mediya” televiziya kanalının müsabiqədən keçməməsinin səbəbi kimi isə şirkətin texniki bazasının müvafiq səviyyədə olmadığı göstərilib.
Lisenziyadan məhrum edilən televiziya şirkətinin rəhbəri komissiyanın qərarını bəhanə kimi səciyyələndirib. Onun sözlərinə görə, növbəti müddət üçün lisenziya qazanan kanalların texniki təchizatı “Yerkir Mediya” ilə müqayisədə daha aşağı səviyyədədir. Sadəcə, komissiyanın qarşısına siyasi hakimiyyət tərəfindən kanalın bağlanılması ilə bağlı tələb qoyulmuşdu və bu tələb də yerinə yetirildi. “Ölkədə bütün qərarlar bir nəfər və onun komandası tərəfindən verilir. Bu qərarlar isə müvafiq qurumlar tərəfindən mütləq qaydada həyata keçirilir”, - deyə Esayan bildirib.
Bəs “Yerkir Mediya” televiziya kanalı ölkənin siyasi rəhbərliyinin gözündən niyə düşüb? Kanalın rəhbəri adlarının N.Paşinyanın “qara siyahı”sına salınmasına səbəb olan olaydan da danışıb. Hər şey “Müqavimət” hərəkatının mitinqindən başlayıb. Kanal efir siyasətinə uyğun olaraq etiraz aksiyasını canlı olaraq yayımlayıb. Həmin vaxt kanalın rəhbərliyinə siyasi dairələrdən etiraz aksiyasının canlı translyasiyasının məqsədəuyğun sayılmadığı barədə siqnallar gəlib. Ancaq bu siqnallar “Yerkir Mediya” televiziya kanalı tərəfindən nəzərə alınmayıb. Bununla da kanalın qara günləri başlayıb. Komissiya “Korrupsiya 2” serialını yayımladığına görə quruma qarşı maliyyə sanksiyaları tətbiq edib. Cərimə ödənilsə də, təqiblər səngiməyib. Esayan bildirib ki, bu siyasi motivli təqiblər nəhayət, komissiyanın lisenziyanın geri alınması ilə nəticələnib.
Siyasi həmfikirlərin təqibi
Bu gün Ermənistanda N.Paşinyanın təkhakimiyyətliliyini təmin etməkdən ötrü ardıcıl səylər göstərilir. Bildirilir ki, baş nazir hətta qeyri-leqal şəkildə müvafiq qurumlara siyasi həmfikirlərini təqib etməklə bağlı göstərişlər verib. N.Paşinyan komandasının bütün üzvləri ilə bağlı dosye toplamaq və onları daim qorxu içində saxlamaq qərarına gəlib. Bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin dərc etdiyi yazıdan sitat: “Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarına kimin nə qədər varlandığını bilmək üçün “Mülki Müqavilə”nin nümayəndələrinin, onların qohumlarının və onlarla əlaqəli şəxslərin, o cümlədən dostlarının əmlakı məsələsini öyrənməyi tapşırıb”.
Qəzetin yazdığına görə, ola bilsin ki, Ermənistanın baş prokuroru parlamentə hansısa deputatın toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı müraciət ünvanlasın. Lakin bu dəfə “qurban” hakim fraksiyadan olacaq. “Fraksiya üzvləri artıq bu məlumatı fəal müzakirə edərək, kimin “qurban” olacağını anlamağa çalışırlar. Hər kəs də özündən şübhələnir”, - deyə mənbə bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39

