Rusiya ATƏT PA-dan uzaqlaşdırılır?
15.02.2023 [10:41]
Politoloq: Rusiya ilə bağlı edilən müraciət təkcəUkrayna ilə savaşdan qaynaqlanmır
Fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyası ərəfəsində təşkilata üzv olan 20 ölkədən 81 parlamentari Avstriya hökumətini Rusiya nümayəndə heyətini dəvət etməməyə çağırıb. Parlamentarilərin müraciətində Rusiyanın beynəlxalq tədbirdə iştirakının təxribat kimi qəbul olunacağı ifadə edilib. Onlar rusların toplantıda iştirakını qadağan etməyə çağırıblar. Fransa, Böyük Britaniya, Polşa və Ukrayna da daxil olmaqla, 20 ölkədən olan deputatların müraciətində deyilir ki, Rusiya parlamentariləri hökumətin tərkib hissəsidir və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak edir. Qeyd olunub ki, dürüst dialoqu və müharibəyə müqaviməti təbliğ edən təşkilatda onların yeri yoxdur. Amma məktubu ABŞ nümayəndələri imzalamayıblar. ABŞ-ın təşkilatdakı səfiri Maykl Karpenter bildirib ki, Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq olmasalar da, onlara viza verib-verməmək barədə qərarı Avstriya verməlidir.
Avstriyanın Xarici İşlər Nazirliyi isə parlamentarilərin müraciətini cavablandırıb. Nazir Aleksander Şallenberqin adından yayılan açıqlamada Avstriyanın beynəlxalq sazişlərə sadiq qalaraq Rusiya nümayəndə heyətinə ölkəyə səfər etməsinə qarşı çıxmayacağı qeyd olunub. Bildirilib ki, beynəlxalq hüquq bu mövzuda populyar olmasa da, həmin beynəlxalq hüquqa əməl olunacaq. Eyni zamanda, A. Şallenberq Rusiya nümayəndə heyətinin Vyanada olarkən səfərin təyinatı üzrə yalnız ATƏT PA iclaslarında iştirak etməli olduqlarını, əlavə tədbirlərə, xüsusilə də radikal qüvvələrin həmin vaxta təsadüf edən Akademiklər Balına qatılmayacaqlarını vurğulayıb.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilə yaxın tarixin ən mühüm və diqqət çəkən hadisələri arasında yer aldı. Birinci və İkinci Dünya müharibələrinin yaratdığı dağıntılara və müharibədən qaçmaq üçün bütün struktur tədbirlərə baxmayaraq, aradan keçən onilliklər və qlobal iqtisadiyyatı formalaşdıran beynəlxalq ticarət şəbəkəsi bu gün müharibə anlayışına tamamilə fərqli bir ölçü əlavə etdi. Şübhəsiz ki, silah və hərbi qüvvələr hələ də döyüş meydanında mühüm rol oynayır. Lakin son aylarda Ukraynada baş verən hadisələrdən də göründüyü kimi, iqtisadi sanksiyalar da ən azı silah və güllə qədər mühüm rol oynaya bilər. Qloballaşan iqtisadiyyat malların və xidmətlərin sərbəst hərəkəti prinsipi ilə bütün ölkələrin bir-birinin istehsal etdiyi əlavə dəyərdən faydalanmasına yol açır. Yanacaq və qida kimi əsas ehtiyaclardan tutmuş lüks mallara və rəqəmsal xidmətlərə qədər geniş çeşidi əhatə edən bu ticarət şəbəkəsinin faydaları ölkələrin ümumi milli məhsulu üçün böyük əhəmiyyət kəsb edir. Sərhədlərarası bank xidmətləri və kommersiya əlaqələrinin yaratdığı iqtisadi əlaqələr də qlobal iqtisadiyyatın aktorlarını bir-biri ilə əməkdaşlıq etməyə sövq edir. Qlobal ticarət şəbəkəsinin tərəfləri arasında müharibələr hamımızın faydalandığı bu sistemi pozur. Müharibəyə reaksiya verən ölkələr qlobal ticarətdəki mövqelərindən istifadə edərək Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, Rusiya da bu ölkələrə qarşı iqtisadi “kozırını” təhlükə kimi təqdim edir. Bütün qitəyə təsirin ötürülməsindən narahat olan təşkilatlar, o cümlədən ATƏT sanksiyalarla Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmağı hədəfləyir. Bundan başqa, Rusiya şirkətlərinə və yüksək səviyyəli dövlət məmurlarına qarşı sanksiyalar Kremlin Ukraynaya qarşı iradəsini qırmağa çalışır. Qarşılıqlı gedişlərin təsirləri təkcə tərəflərdə deyil, bütün dünyada öz izini qoyur.
Politoloqun sözlərinə görə, ATƏT PA-nın Vyanada keçiriləcək qış sessiyası ərəfəsində 20 ölkədən 81 parlamentari Avstriya hökumətinə etdiyi məlum müraciət təkcə Ukrayna ilə savaşdan qaynaqlanmır: “Rusiya onilliklərdir ki, Avropanın təhlükəsizlik sisteminə zərbə vurur. Son 30 ildə ən azı üç müstəqil dövlət hərbi təcavüzə məruz qalıb. Bu addımlar digər beynəlxalq hüquq prinsipləri kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Yekun Aktının müddəalarını, ATƏT-in əsas prinsiplərini və Avropada Adi Silahlı Qüvvələr haqqında Konvensiyanı (Treaty on Conventional Armed Forces in Europe) birbaşa pozur. Rusiyanın birtərəfli olaraq canlı qüvvəsini və texnikasını genişləndirməsi, Qara dənizdə döyüş gəmilərinin sayını artırması, Belarus və işğal olunmuş Krımda nüvə silahının yerləşdirilməsi ehtimalı birbaşa beynəlxalq nizama təhlükədir. Konvensiyanın pozulması daxili siyasətdə də özünü büruzə verir: müxalifət liderlərinə (Nemtsov, Navalnı) qarşı sui-qəsd, insan haqlarının sistematik şəkildə pozulması, məhbuslara işgəncə verilməsi, üstəlik, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını qanuni olaraq tanımaqdan imtina etməsi, keçmiş prezident Dmitri Medvedevin ölüm hökmünün bərpasının zəruriliyi ilə bağlı son bəyanatlar, və Ukraynada müharibəyə qarşı çıxan etirazçıların həbs edilməsi”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

