İran hakimiyyəti repressiyaları niyə gücləndirir?
19.01.2023 [10:39]
Edam hökmlərinin icrası insanları qorxu altında saxlamağa xidmət edir
Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar 5-ci aydır ki, davam edir. Bu müddət ərzində İranda etirazlarda 520 nəfər həlak olub. Bu barədə İranda ABŞ mərkəzli Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir. Qeyd olunub ki, 17 sentyabr 2022-ci ildən aparılan hesablamaya görə, 19 396 nəfər həbs olunub. Onlardan 4 888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 708 nəfər tələbədir. Nümayişlərə 144 universitetin tələbələri qoşulub. Məlumata görə, ölkənin 163 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb. Həbsdə olanlar isə həbsxanalarda və polis bölmələrində pis rəftara məruz qalırlar. Hətta bəzi etirazçılara ölüm hökmü belə çıxarılıb. Xarici mətbuatın hakimiyyət daxilindəki mənbələrinin məlumatına görə, həbs olunanların əksəriyyətini edam hökmü gözləyir.
2023-cü ilin yanvarında daha iki nəfərin dar ağacından asılması...
“Frans Press” agentliyi isə bildirib ki, İran rejimi daxilində ölkədə aylardır keçirilən etirazlarla mübarizə məsələsində fikir ayrılığı nəzərə çarpır. KİV-in yaydığı məlumatda bildirilir ki, ABŞ-ın Denver Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Nadir Haşimi “Frans Press”ə İran hakimiyyətindən onlara daxil olan informasiyalarda etirazlarla bağlı gərgin müzakirələrin getdiyinin yer aldığını bildirib. Onun sözlərinə görə, xüsusilə böhran zamanı repressiyanın dərəcəsinə münasibətdə bəzi iqtidar nümayəndələri daha yumşaq mövqeyə yönəlir. “Frans Press” vurğulayır ki, İran Ali Məhkəməsinin barəsində ölüm hökmü çıxarılmış bir neçə etirazçının işini ilkin məhkəmə instansiyana qaytarması və aksiyalara dəstək verdiyinə görə tutulan bəzi tanınmış şəxslərin sərbəst buraxılması məhz rejimdaxili debatların, bir sıra rəsmilərin daha yumşaq mövqe seçməsinin nəticəsidir: “Lakin 2022-ci ilin dekabrında edam edilmiş iki aksiyaçının ardınca 2023-cü ilin yanvarında daha iki nəfərin dar ağacından asılması bizə rejimin güzəştsiz mövqeyini də xatırladır”.
Ölüm hökmləri icra edilir - həbsdə olan jurnalistlər təhlükədədir
Yazıda o da bildirilir ki, İranın Ali Məhkəməsi bəzi ölüm hökmlərini qüvvədə saxlayıb. 4 nəfər barəsində çıxarılmış hökm ötən ilin sonu, bu ilin əvvəli icra edilib. 6 nəfərlə bağlı işi isə Ali Məhkəmə yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qaytarıb. ABŞ-da yaşayan iranlı ekspert, “İnqilabdan sonrakı İran” kitabının həmmüəllifi Mehrzad Borucerdi açıqlamasında rejimin bu taktikasını “siyasi hesablama” kimi qiymətləndirib. Belə ki, rejim vəziyyətin nəzarətdən çıxmasına imkan verməmək, etirazçıları qorxu altında saxlamaq üçün edam cəzasının mövcudluğunu xatırlatmağı zəruri sayır. Mehrzad Borucerdi o fikirdədir ki, rejim gerçək təzyiq mexanizmlərindən tutmuş uzunmüddətli həbs cəzalarına, edamlaradək ən müxtəlif üsullara əl atır: “Hakimiyyət daha effektli siyasət formalaşdıra bilmək üçün faktiki bütün üsulları sınaqdan keçirir”.
Böyük Britaniyanın Darem Universitetinin Yaxın Şərq və İslam Araşdırmaları İnstitutunun direktoru Anuş Ehteşami isə İranda Ali Məhkəmənin bəzi işləri yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qaytarmasını tək daxili deyil, həm də xarici təzyiqlərlə əlaqələndirib. O da təsdiqləyib ki, rejimin öz daxilində bu proseslərə münasibət birmənalı deyil, fikir ayrılıqları mövcuddur.
Bununla belə İran həbsxanalarında hələ də bir sıra məşhur simanın saxlanıldığı qeyd edilir. Onların arasında Məhsa Əmininin ölüm işinin açılmasına yardım etmiş jurnalistlər də var.
Kütləvi miqrasiya - səhiyyə işçiləri qaçır
İran əhalisi isə gizlin şəkildə bu ölkəni tərk edir. Ən əsası isə tibb sahəsindən məzun olanlar ağır şərtlərlə üz-üzə qalıblar. İranlı media nümayəndələrinin yazdığına görə, mövcud vəziyyətdən narahat olub İranı tərk etmək istəyən məzunları 14 ilə qədər həbs cəzası gözləyir: “Səhiyyə Nazirliyinin gizli göstərişi ilə həkimlərin mühacirətinin qarşısını almaq məqsədi ilə tibb məzunlarına 5 ildən 14 ilə qədər həbs cəzası verilir. Bütün məzunlar yalnız əlverişsiz bölgələrdə beş il xidmət etdikdən və ən azı 210 milyon tümən ödədikdən sonra tibb dərəcəsini ala və İranı tərk edə bilərlər”.
Qeyd edək ki, həkimlərin və tibb işçilərinin kütləvi miqrasiyası bir müddətdir İranda böhran yaradıb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin İnsan Resursları Baş İdarəsinin rəisi Seyfullah Muradi Səhiyyə Nazirliyinin ən azı 100 min işçiyə ehtiyacı olduğu barədə açıqlama vermişdi. Mühacirət edən tibb işçilərinin dəqiq statistikası məlum olmasa da, ildə təxminən 1250 tibb işçisinin ölkədən getmək üçün nazirliyə müraciət etdiyi bildirilir. Hazırda İranda hər 1000 nəfərə 1-6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır.
Tehran yeni sanksiyalarla üz-üzə - İİKK siyahıya əlavə edilə bilər
Rəsmi Tehrana qarşı beynəlxalq təzyiq isə gündən-günə daha da güclənir. Belə ki, Avropa İttifaqı repressiyalara və Ukraynadakı müharibə üçün Rusiyaya silah tədarükünə görə İrana qarşı sanksiyaların dördüncü mərhələsini müzakirə edir. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. “Biz həqiqətən də sanksiyaların yeni mərhələsini nəzərdən keçiririk və mən İslam İnqilabı Keşikçiləri Korpusunun da siyahıya daxil edilməsini dəstəkləyərdim. Bir neçə nazirin bunu xahiş etdiyini eşitmişəm və hesab edirəm ki, haqlıdırlar”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20

