Səudiyyə seçim qarşısında: Çin, yoxsa ABŞ?
13.12.2022 [10:43]
Çin-Səudiyyə yaxınlaşması ABŞ-ı niyə narahat edir?
Murad KÖHNƏQALA
Ötən həftə Çin Xalq Respublikasının sədri Si Cinpin 2016-cı ildən bəri ilk dəfə Ər-Riyada üç günlük səfərə gedib. Xarici KİV-in yaydığı məlumata görə, səfər zamanı planlaşdırılan görüşlərdə əsasən Çin və Səudiyyə tərəfdaşlığının iqtisadi əməkdaşlıq aspektləri müzakirə olunub.
Bununla belə, Çin liderinin Səudiyyə krallığında səmimi qarşılanması ABŞ prezidenti Co Baydenin bu ölkəyə bir neçə ay əvvəlki səfəri fonunda kifayət qədər ziddiyyətli görünür. Bir çox siyasi icmalçının söylədiyinə görə, Çin liderinin bu səfəri yarımadada ABŞ-ın diktəsinin qəbul olunmayacağına dair açıq siyasi siqnal göndərmək məqsədi güdür.
Bildirilir ki, həmin işgüzar səfər üç sammitdən ibarət olub. Çin lideri Si Cinpin əvvəlcə Səudiyyə kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. İkincisi, görüş Çin lideri ilə Körfəz ölkələrinin nümayəndələri arasında keçirilib. Ərəb Liqası ölkələri təmsilçilərinin iştirakı ilə baş tutan yekun görüşdə isə məqsəd Çin və Səudiyyə Ərəbistanı liderlərinin regionda həlledici güc olduqlarını nümayiş etdirməkdən ibarət olub. Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi xəbər verir ki, iclasda 30-dan çox dövlət başçısı və beynəlxalq təşkilat rəhbəri iştirak edib.
Çin xammal müştərisi kimi
Ərəb mediası krallıqla Çin dövləti arasında 29,6 milyard dollarlıq ticarət müqaviləsi imzalanacağı haqda xəbərlər dərc edib. Verilən məlumata görə, bu saziş son illər ərzində iki ölkə arasında xeyli dərinləşmiş ticarət, biznes və investisiya əlaqələrini əhatə edəcək.
Çin dövləti Səudiyyə Ərəbistanının xam neftinin ən qabaqcıl müştərilərindəndir. Statistik məlumatlara görə, təkcə 2021-ci ildə Səudiyyə Ərəbistanının bütün neft ixracının 25 faizindən çoxunu Çin idxal edib. Nəzərdə tutulan ixracat gəlirləri həm yeni iqtisadi əməkdaşlıq müqaviləsinin tələblərindən doğan xərcləri qarşılamağa, həm də krallığın daxili iqtisadiyyatını gücləndirməyə xidmət edəcək. “Suudi Vision 2030” proqramı çərçivəsində tikilməkdə olan futuristik Neoma şəhərinin şaxələndirilməsi də layihənin prioritetləri sırasındadır.
Əlbəttə, nəzərdə tutulmuş ağıllı şəhər özünü doğruldan kimi Səudiyyə Ərəbistanına gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bu baxımdan Səudiyyə Ərəbistanı əsasən çinli turistlərin Qırmızı dəniz kurortlarını ziyarət etmə potensialını nəzərə alaraq, bir çox istiqamətdə Çinlə əməkdaşlığı daha da genişləndirməyə üstünlük verir.
“Nyu-York Tayms”ın yazdığına görə, Çin şirkətləri getdikcə krallığın dərinliklərinə nüfuz edərək nəhəng meqalayihələr həyata keçirməyi, ölkə ərazisində 5G texnologiyasına cavab verən infrastruktur qurmağı, eləcə də pilotsuz hərbi təyyarələr istehsal etməyi planlaşdırır.
Məlumatlarda deyilir ki, keçən ay Çin telekommunikasiya şirkəti “China Mobile İnternational” mərkəzi Ər-Riyadla “Səudiyyə Ərəbistanında rəqəmsal media ekosistemini inkişaf etdirmək üçün” anlaşma memorandumu imzalayıb.
Çin İranı etibarlı müttəfiq saymır
Rəsmi Pekinin mövqeyinə görə, Səudiyyə Ərəbistanı Çinin iqtisadi və mədəni inkişafı üçün mühüm təbii enerji mənbəyidir. Rəsmi Pekin iqtisadi partnyorlarından biri olan Tehranın iqtisadi sanksiyalara məruz qalması səbəbindən onun neft tədarükünün o qədər də etibarlı mənbə olmadığı qənaətindədir, buna görə daha sabit ölkə saydığı Səudiyyə Ərəbistanına üstünlük verir. Çin rəsmilərinin fikrincə, İran artan beynəlxalq təzyiqlər nəticəsində ixrac qabiliyyətini hər zaman azalda bilər. Bu mənada Səudiyyə Ərəbistanı ilə ikitərəfli əməkdaşlıq daha təhlükəsiz və əhəmiyyətli görünməkdədir.
Bir il bundan əvvəl CNN xəbər vermişdi ki, Pekin Ər-Riyadın ballistik raket istehsal etmək səylərini dəstəkləyib. Bundan əlavə, çinlilər Səudiyyə Ərəbistanına pilotsuz hərbi təyyarələr satmaqla ABŞ-ın onlara “rəva bilmədiyi” boşluqların da yerini doldurmağa başlayıblar.
Çinlə Səudiyyə arasındakı müdafiə və təhlükəsizlik münasibətləri Vaşinqtonun ciddi narahatlığına səbəb olub. Əslində isə Pekinlə əməkdaşlıq rəsmi Ər-Riyad üçün daha asandır. Çünki ABŞ-dan fərqli olaraq Çin Səudiyyə Ərəbistanında insan haqları məsələsinə qarışmır, ölkədaxili siyasətə müdaxilə etmir. Üstəlik, Birləşmiş Ştatlardan fərqli olaraq Çin Ərəbistana verəcəyi hərbi texnikanın istifadəsinə hər hansı məhdudiyyət qoymağı da nəzərdə tutmur.
Çin ABŞ-ı əvəz edə bilərmi?
Bununla belə, Qərb siyasi analitikləri bölgədə Çin-Səudiyyə təhlükəsizlik əməkdaşlığının rolunu çox da şişirtməyə ehtiyac görmürlər. Onların fikrincə, Çin Səudiyyə Ərəbistanının müdafiə qarantı kimi ABŞ-ı əvəz etməyə qadir deyil. Mütəxəssislərin dediyinə görə, Çin istehsallı silahlar da Amerika silahlarının effektivliyi ilə rəqabət apara bilməz. İkincisi, Çin Ərəb körfəzində özünün naviqasiya sərbəstliyini təmin edə bilmir, çünki bu ölkənin də enerji təchizatını Amerika donanması qoruyur.
Çinlə Səudiyyə arasında istiləşən münasibətə baxmayaraq, çox güman, ABŞ təhlükəsizlik və kəşfiyyat sahəsində Ər-Riyadın əsas tərəfdaşı olaraq qalmaqda davam edəcək. Üstəlik, İrandan gələn təhdidlər də Səudiyyə Ərəbistanını rəsmi Vaşinqtondan asılı vəziyyətdə saxlayacaq.
Bununla belə, Ər-Riyad Pekinlə təhlükəsizlik sahəsində əməkdaşlığını olduğundan daha miqyaslı qələmə verməyə can atır. Bu, Səudiyyə Ərəbistanının Vaşinqtondakı məmurlar üzərində daha çox təsir rıçaqları əldə etmək və krallığın çoxqütblü dünyada üz tuta biləcəyi başqa güclü dostlarının da olduğunu amerikalılara xatırlatmaq cəhdidir.
Beynəlxalq Karnegi Sülh Fondunun baş elmi işçisi, ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə keçmiş analitiki Aaron Devid Millerin “Foreign Policy” jurnalında yazdığı kimi, Ər-Riyadın Vaşinqtonla “monoqam izdivacı” çox güman ki, keçmişdə qalır. Devid Millerin fikrincə, Səudiyyə Ərəbistanı bugünkü soyuq və isti müharibələrin fonunda tərəfdaş seçməkdən imtina etməyəcək, əksinə, Pekin və Moskva ilə öz maraqlarına uyğun yaxınlaşmağa üstünlük verəcək.
Ancaq əksini düşünənlər də çoxdur. Onların fikrincə, ABŞ yaxın Şərqdə öz nüfuzunu hələ uzun müddət qoruyub saxlamaq gücündədir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
