“Krım Kaliforniyası”...
19.10.2022 [12:44]
Mif, yoxsa tarixi fakt - Stalinin böyük oyunu
SADİQ
Tarixi mühakimə etmirlər. Tarixi yaradırlar və yaşadırlar. Bununla belə, tarix özünün mifologiyası ilə də mülahizələrə yol açır. Bu mülahizələr isə fikir toqquşmaları ilə yanaşı, faktoloji mübahisələri də özündə əks etdirir.
Bir qayda olaraq, tarixi mif keçmişin hansısa bir “qara səhifəsini” ağartmaq və ya bəzi hallarda konkret cinayətə haqq qazandırmaq üçün yaradılır. Bəzən bir tarixi epizodla bağlı bir neçə mif mövcud olur. Məsələn, Krımın ilhaqı məsələsində olduğu kimi. Amma zaman-zaman elə fundamental “rəvayətlər” ortaya çıxır ki, bunlar bir anda bir neçə real hadisəni “izah etmək” kimi iddaları özündə əks etdirir. Məsələn, Krım tatarlarının yarımadadan deportasiyası və Krımın XX əsrin ortalarında Rusiyadan Ukraynaya verilməsi ilə bağlı “Krım Kaliforniyası” haqqında mifi buna misal çəkmək olar.
Krım torpaqlarını 200 amerikalı səhmdar aldı
Maraqlıdır ki, Ukraynada Maydan hadisələrindən öncə Krım Tatar Xalqının Milli Hərəkatının veteranlarından ibarət Simferopol Təzminat Tələb Komitəsi Barak Obamadan açıq üzr istəmək və Krım tatarlarına dəyən ziyana görə kompensasiya tələb etmişdi. Müraciət müəlliflərinin fikrincə, 1944-cü ilin mayında Krım tatarlarının repressiyasının və məcburi köçürməsinin arxasında birbaşa ABŞ prezidenti Franklin Delano Ruzvelt dayanıb. Bu iddianın arxasında isə bir sıra miflər dayanırdı.
Belə ki, ötən əsrin 20-ci illərində ABŞ-ın maliyyə dairələri Krım ərazisində ABŞ-a dost bir yəhudi dövləti yaratmaq ideyasını ortaya atmışdılar. ABŞ-la diplomatik münasibətlər qurulmazdan əvvəl bu ölkənin maraqlarını Sovet Rusiyasında təmsil edən “Joint” yəhudi-amerikan təşkilatı SSRİ-yə 20 milyon dollar kredit ayırmışdı. Qarşılığında isə 375 min hektar Krım torpağı girov olaraq qoyulmuşdu. Borc məbləği isə qiymətli kağızlarla müəyyən olunmuşdu. Bu qiymətli kağızları - dövlət veksellərini isə ən qısa müddətdə 200 səhmdar, o cümlədən Ruzvelt ailəsi, Huverlər, milyonçu Lyuis Marşalın başçılıq etdiyi Joint liderləri də daxil olmaqla satın aldı. Yəni sovet tərəfi borc öhdəliklərini yerinə yetirə bilməsə, onlar Krım ərazilərinin sahibinə çevriləcəkdilər. Müqavilənin müddəti isə 1954-cü ildə başa çatırdı.
Borc alınan pulun bir hissəsi sovet yəhudilərinin Krıma kütləvi şəkildə köçürülməsi və orada milli muxtariyyət yaradılması üçün nəzərdə tutulmuşdu. Köçürmə prosesi başladı, yəhudi kolxozları yaxşı nəticələr verdi, lakin “bədbəxtlikdən” köçürülən yəhudilər ilə Krım tatarları arasında gərginliklər başladı. Bundan əlavə, günü-gündən güclənən Sovet İttifaqı yarımadının ayrılmasını özündə əks etdirən layihəni hazırlamaq istəmirdi. Beləliklə, yəhudilərin köçürməsi prosesi ləngidildi, Yəhudi Muxtar Vilayəti Uzaq Şərqdə yaradıldı.
Ruzvelt Krımı boşaltdırırdı?
Birləşmiş Ştatlar növbəti dəfə bu məsələnin üstünə SSRİ üçün ağır olan müharibə illərində qayıtdı. Xüsusilə, 1943-cü ildə Amerika və Böyük Britaniyaya səfəri zamanı, əslində Stalinin elçiləri olan Yəhudi Antifaşist Komitəsinin rəhbərləri Mixoels və Feferə bildirildi ki, ABŞ-ın Almaniyaya qarşı mübarizədə SSRİ-yə köməyi müqabilində Hitler üzərində qələbədən sonra Krımda yəhudi dövlətinin yaradılmasını gözləyirlər.
Hadisələri bir az qabaqlayaraq bildirmək yerinə düşər ki, 1943-cü ildə Tehran konfransında ABŞ prezidenti Ruzvelt Stalinlə söhbətində Sovet rəhbərinin qarşısına şərt qoyur - Krım Kaliforniya layihəsi yenidən canlandırılmasa, ABŞ prezident administrasiyası tezliklə SSRİ-yə Lend-Lease tədarükləri ilə bağlı problemlər yaşadacaq. Bunu çox məlumatlı mənbə - Yuqoslaviyanın gələcək vitse-prezidenti Milovan Djilas yazıb. O yazır ki, Yuqoslaviya Kommunistlər İttifaqının baş katibi İosip Broz Tito ilə birgə gizli şəkildə SSRİ-yə gəlmişdi və şəxsi söhbəti Stalindən 1944-cü ilin yazında tatarların Krımdan niyə deportasiya edildiyini soruşmuşdu. Onun sözlərinə görə, Stalin məlumatlara istinad ed Ruzveltin Krımı yəhudi köçkünləri üçün təmizləmək öhdəliyini yerinə yetirmək üçün bu addımı atdığını deyib. Stalin başa düşürdü ki, amerikalılar Krım layihəsini sovet yəhudilərinin maraqları üçün deyil, öz geosiyasi məqsədləri üçün həyata keçirirlər. Lakin çətin şərait “Krım Kaliforniyası” ətrafında sövdələşmələri davam etdirmək məcburiyyəti yaratmışdı. Stalin israr edirdi ki, bu dövlət quruluşu muxtar respublika statusunda SSRİ-nin tərkibində olmalıdır (Lazar Kaqanoviç başçı təyin olunacaqdı) və o, ölkə iqtisadiyyatını bərpa etmək üçün 10 milyard dollar kredit almaq istəyirdi. Pul vəd edilmişdi - amma Krımın SSRİ-dən ayrılması şərti ilə. Beləliklə, proses yenidən dayandı...
İsrail dövlətinin yaranması Krımı “xilas etdi”
İ.V. Stalin Yəhudi SSR-in yaradılmasının qatı əleyhdarı idi. Sov.İKP MK-nın üzvü Leonid Yefremovun xatirələrinə görə, İ.V.Stalin sağlığında Sov.İKP MK Plenumunun sonuncu iclasında V.M.Molotovu kifayət qədər kəskin formada tənqid etmişdi. Çünki o, Krımın yəhudilərə verilməsini təklif edirdi.
Beləliklə, Yəhudi SSR-nin yaradılması üzrə tədbirlər sabotaj edildi - boş qalan tatar kəndləri, işğaldan azad edilmiş rayonların dağıdılmış kəndləri belarus, rus və ukraynalı kəndlilər tərəfindən sürətlə məskunlaşdırılmağa başladı. Tezliklə beynəlxalq vəziyyət də dəyişdi - ABŞ SSRİ-nin müttəfiqliyindən düşmənə çevrildi. “Soyuq müharibə” İ.V.Stalinə mühüm “imkanlar” tanıdı. Bundan əlavə, Yaxın Şərqdə Avropadan gələn qaçqınlar hesabına Yəhudi İsrail dövlətinin yaranması prosesin gedişinə mühüm təsir göstərdi. İ.V. Stalin bu ideyaya dəstək verdi. 1946-cı ildə ərəblərə və ingilislərə qarşı döyüşən yəhudilərə silah verilməsi əmr olundu. 14 may 1948-ci ildə Yəhudi İsrail Dövləti elan edildi. Cəmisi 3 gün sonra, mayın 17-də Sovet İttifaqı yəhudi dövlətini tam şəkildə tanıyan ilk ölkə kimi tarixə düşdü.
Bununla belə, Krım layihəsi hələ də sona çatmamışdı. 1948-ci il sentyabrın 3-də SSRİ-yə səfir təyin olunmuş Qolda Meir Moskvaya gəldi. İki həftə ərzində o, Moskvada hər biri 50 min nəfərlik iki mitinq təşkil etdi. Mitinqdə Leninqraddan, Moskvadan və hətta Sibirdən Amerikaya verilən vədləri yerinə yetirməyi tələb edən insanlar iştirak edirdilər. Bundan sonra, Stalin daha qəti addımlar atmağa başladı. 20 noyabr 1948-ci ildə Yəhudi Antifaşist Komitəsi ləğv edildi və antisovet təbliğat mərkəzi kimi bağlandı - İsraillə dostluq başa çatdı. 1949-cu ilin əvvəlində YAK-ın fəal üzvləri həbs edildi və ölkədə “kosmopolitizmlə mübarizə” kimi tanınan fəaliyyətlər başladı. Hadisələr 1953-cü ildə kulminasiya nöqtəsinə çatdı, lakin Stalinin ölümü prosesi dayandırdı.
Krım ABŞ-ın deyil, Ukraynanın oldu
Müştərək borcun qaytarılması müddəti isə 1954-cü ildə başa çatırdı. Sovet İttifaqı bütün kredit ödənişlərini 1954-cü ilə qədər ödəmək imkanında deyildi. Beləliklə, yenidən kreditlə bağlı böyük bir qalmaqal yarandı. Artıq Krımı girovluqdan xilas etməyin yolları axtarılırdı. Amerikalılar hesab edirdilər ki, iyirmi milyonluq borcun qalan hissəsini hələ də SSRİ qaytarmalıdır. SSRİ isə borcu ödədiyini düşünürdü. Çünki ərəblərlə müharibə üçün almanlardan ələ keçirilən hərbi qənimətlər - alman silahları, təyyarələr məhz “Joint” vasitəsilə İsrailə ötürülmşd. Vaşinqton isə Krım torpaqları tələbindən geri çəkilmək istəmirdi. Beləliklə, SSRİ-nin yeni kollektiv rəhbərliyi - Xruşşov, Bulganin, Malenkov, Molotov, Kaqanoviç yeni, amma təhlükəsiz oyun qurmaq qərarına gəldi.
1953-cü ilin payızında Xruşşov Krıma səfər etdi. Yarımada onda məyusedici təsir bağışlayırdı. Sonra o, Kiyevə uçdu. urada uzun müddət Ukrayna SSR rəhbərliyini Krımı öz yurisdiksiyasına qəbul etməyə inandırdı. Ukraynalı “yoldaşlar” Krımı almaq istəmirdilər - müharibədən sonra onların öz problemləri kifayət qədər idi. Ancaq köhnə əlaqələrdən istifadə edərək Xruşşov Ukrayna liderlərini razı saldı. İndi Ukrayna SSR köhnə sovet borcuna görə cavab verməli idi. Yarımadanı ona təhvil verən Moskva Qara Dəniz Donanmasının əsas bazasını - Sevastopolu saxladı.
Xruşşov mükəmməl bir yol tapmışdı. Krımın Ukraynaya verilməsinin hiyləsi ondadır ki, “Joint” kredit müqaviləsini RSFSR ilə bağlamışdı. Və tələb olunacaq borca görə Ukrayna cavabdehlik daşımırdı. Çünki SSRİ-nin birliyinə baxmayaraq, hər bir respublikanın bir sıra məsələlərdə iqtisadi və sosial manevr imkanları mövcud idi. Məsələn, hər bir respublikanın öz Cinayət Məcəlləsi var idi. Ukrayna və Belarus Sovet Sosialist Respublikaları SSRİ ilə birlikdə BMT-nin tamhüquqlu üzvləri idi.
Beləliklə də, Krım ABŞ-ın deyil, Ukraynanın olmuşdu. Bu isə tarix üçün yeni bir dərs idi...
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
