Səkkizinci sanksiyalar paketi gəlir
02.09.2022 [10:23]
Estoniya sanksiyaların daha da sərtləşdirilməsini təklif edir
N.BAYRAMLI
Baltikyanı ölkələr Avropa Komissiyasına Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi ilə bağlı konkret təkliflər hazırlayıb. Təkliflərə enerji, ticarət və SWIFT, yəni yerli və ya beynəlxalq banklar arasında xarici valyuta köçürə bilən sistemə sanksiyaların tətbiq olunması daxildir. Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Rusiyaya qarşı növbəti sanksiyalar paketinin mümkün qədər tez qəbul olunmasının tərəfdarı olduqlarını deyib: “Biz artıq bu məsələ ilə bağlı Avropa Komissiyasına konkret təkliflər vermişik. Söhbət enerji, ticarət, SWIFT sisteminə əlavə məhdudiyyətlər, o cümlədən sanksiya siyahısına daha çox insan və təşkilatın əlavə edilməsindən gedir”. Nazirin sözlərinə görə, əvvəllər qəbul edilmiş sanksiyalar işləyir, lakin bu kifayət deyil. O hesab edir ki, bütün mümkün vasitələrdən istifadə etməklə Rusiyanı dayandırmaq lazımdır. Estoniya XİN başçısı onu da qeyd edib ki, məhdudiyyətlər avropalılara da mənfi təsir göstərir. Amma bu, qısamüddətli perspektiv üçündür. Nazir Ukraynaya silah tədarükünün artırılmasının tərəfdarı olduğunu da bildirib və deyib ki, rəsmi Kiyevə adambaşına ən çox silahla Estoniya yardım edir.
Səkkizinci sanksiyalar paketi qəbul olunarsa, bu, Rusiyaya necə təsir edəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yeni paketdə Rusiyada daha çox vətəndaşa qarşı səfər və digər qadağaların tətbiq olunması təklif olunur. Bununla belə, bütün Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinin dayandırılması təklifi hələlik Brüsseldə birmənalı qarşılanmır. Ancaq ittifaqa üzv olan bir sıra ölkələr fərdi qaydada bunu edir və ya etməyi düşünürlər. Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyillərinin güclənməkdə olduğunu deyən millət vəkilinin sözlərinə görə, qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu isə ondan xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar eyni zamanda Qərb ölkələrinin iqtisadiyyatlarına da təsirsiz ötüşmür. Əsas təsirlər isə istehlak bazarında qiymət artımları və enerji təminatında özünü göstərir. Qərb ölkələrində son 40 ildə ən yüksək inflyasiya müşahidə olunur.
V.Bayramov hesab edir ki, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir: “Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir. Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən avqustun sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”.
Komitə üzvü əlavə edib ki, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. “Mavi qaz” verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür. Qərb sanksiyaları fonunda Ukraynada müharibə davam edir. Hər gün müharibə qurbanları var”,-deyə V.Bayramov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

