Tarix təkrarlanır - 1 il əvvəl də...
02.08.2022 [10:56]
Kosovo-Serbiya qarşıdurması nə qədər davam edəcək?
NARDAR
Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı yeni qaydalar tətbiq etmək istəyi bölgədə gərginliyin yenidən artmasına səbəb olub. Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya girişi qadağan olunmalı, Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi verilməli di. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub. Kosovo polisi isə Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağlayıb. Kosovo mətbuatı bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirilib.
Serbiyanın Müdafiə Nazirliyi ordunun ölkənin inzibati sərhədini keçmədiyini açıqlayıb. Bildirilib ki, bəzi media resurslarında Serbiya Ordusu ilə Kosovo polisi arasında gərginliyin yaşandığına dair yayılan məlumatlar dezinformasiyadır. Serbiya Prezidenti Aleksandr Vuçiç isə Kosovo serblərinin belə zülmə dözməyəcəklərini deyib. O, ölkəsinin münaqişə istəyən tərəf olmadığını da vurğulayıb. A.Vuçiç paytaxt Belqradda Serbiyanın Baş qərargah rəisi Milan Moysiloviç və NATO-nun Kosovodakı Qüvvələrinin (KFOR) komandanı ilə görüşüb. Serbiya Prezidenti qarşıdakı dövrdə Kosovo ilə həll yolu tapmağı ümid etdiklərini bildirib.
Yaranmış gərginlikdən sonra Kosovo hökuməti isə avqustun 1-dən tətbiqi planlaşdırılan Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaların sentyabrın 1-nə qədər təxirə salındığını açıqlayıb. “Kosova hökuməti bu gün ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir. Söhbət Kosovonın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir”, - deyə hökumətin bəyanatında deyilir. Qeyd olunur ki, bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, görüşüblər. “Kosovo hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovonun şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Biz beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”, - deyə, bəyanatda vurğulanır.
Yaranmış vəziyyəti qəzetimizə şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, Serbiya ilə Kosovo arasında gərginliyin müəyyən tarixi var. Onun sözlərinə görə, bütün dünyaya məlum olan etnik münaqişə zəminində serblər Kosovoda müsəlman əhalini soyqırımına məruz qoyublar. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ilk soyqırımı idi. Münaqişənin ərazi məsələsindən qaynaqlandığını deyən politoloq qeyd edib ki, Yuqoslaviyanın parçalanması fonunda balkanlarda qanlı hadisələr baş verdi: “Kütləvi qətliamların qarşısını almaq üçün NATO prosesə müdaxilə etdi. Sonra hadisələr beynəlxalq nizamda bir dövlətin ərazi bütövlüyünün parçalanmasına gətirib çıxardı. 2008-ci ildə NATO qoşunlarının Kosovoya daxil olması ilə Kosovo və Serbiya ayrıldı. BMT-nin 200-ə yaxın ölkəsindən 98-i Kosovonın müstəqilliyini tanıyıb. Kosovonın müstəqilliyinin əleyhinə çıxan Rusiya, Çin və etnik münaqişələrdən əziyyət çəkən ölkələrdir”.
Hazırkı gərginliyin əsasının ötən ilin iyulundan qoyulduğunu xatırladan Y.Hacıyevanın sözlərinə görə, bir il öncə Serbiya təxminən eyni məsələlərlə bağlı qərar vermişdi. Yəni Kosovoya aid müəyyən sənədlər Serbiya tərəfindən tanınmamalı idi. Bu hadisə ilə bağlı gərginlik bir ay davam etdi və beynəlxalq nizamlayıcıların təsiri ilə proses sakitləşdi. İndi isə eyni prosesi Kosovo tətbiq etmək istəyir. “Vəziyyəti gərginləşdirməyə dair çağırışlar var. Rusiya tərəfindən Ukraynaya hərbi müdaxilənin oxşarını Serbiyadan olan bəzi deputatlar Kosovo üçün də səsləndirirlər. Amma NATO bəyan etdi ki, öz rolunu anlayır və prosesdə nizamlayıcı rolunu oynayacaq. Yəni Kosovoya müdaxilə edilərsə, NATO cavab addımları atacaq. Eyni zamanda, Türkiyə də tərəflər arasında gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olduğunu bəyan edib. Türkiyənin sülh üçün təşəbbüsləri hər zaman təqdir olunur. Lakin düşünürəm ki, bölgədəki gərginlik qısamüddətli olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi səbəbindən dünyada yaranmış ərzaq çatışmazlığı və digər böhranlar fonunda yeni münaqişə ocağının yaranması heç kimin marağında deyil”,-deyə Y.Hacıyeva söyləyib.
Kosovoda gərginliyin hansı zamanda baş verməsinə də diqqət çəkən politoloq deyib ki, bu hadisə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana nəzərdə tutlan səfəri və səfərin ləğv olunması günlərində baş verir: “Bu səfərdə məqsəd ABŞ-da reytinqi xeyli dərəcədə aşağı düşən Baydenin nüfuzunu artırmaq idi. Amma Tayvan beynəlxalq hüquqda Çinin ərazisi kimi tanınır. Ona görə də bu səfər təxribatçı səfər hesab olunmalıdır. Bu uğursuzluqdan sonra Kosovoda baş verən hadisələr müəyyən qədər diqqəti yayındırmaq, bölgədə ABŞ-ın fəallığını göstərmək üçün istifadə edilə bilər. Bütün hallarda isə beynəlxalq nizamda Kosovoda yeni hərbi münaqişə heç kimin marağında deyil”.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
